MƏRDƏKAN Qalası

MƏRDƏKAN Qalası Mərdəkan Qalasi Haqqinda Mərdəkan qalası — Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qala. Daxili həyəti-28x25-dir. İçəridən qala 5 yarusa bölünür.

Qala dörd künc formada XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir. Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Mərdəkan Haqqinda
Mərdəkan şəhər tipli

qəsəbə olmaqla yanaşı müalicə-istirahət zonalarından biridir. Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda tunc dövrünə (e.ə. 3-2-ci minilliklər) aid keçi, kaman və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilmişdir. Hələ qədimdən xalq memarlığının mərkəzi sayılan Mərdəkan haqqında müxtəlif xarici səyyahların salnamələrində məlumatlar var. Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqalarının burada bağları, yaraşıqlı binaları olmuşdur. Məşhur rus şərqşünası İ.N.Berezin "Abşeron yarımadasına səyahət" (1845) adlı əsərində Mərdəkanda olmasından, bu kəndin tarixi-memarlıq abidələrinin qeyri-adiliyindən yazmışdır. O, 1720-21-ci illərdə Bakı hakimi Mİrzə Məhəmməd xan tərəfindən tikdirilmiş bir qalanı (hazırda dağılmışdır) təsvir etmişdir. Tədqiqatçılar bildirirlər ki, Herodot, Strabon kimi səyyahların da Mərdəkan haqqında yazıları olub
Mərdəkanın qədim tikililərinə dördkünc Mərdəkan qalası-1 (XIV əsr), dairəvi Mərdəkan qalası-2 (1232), Xanbaba hamamı (XIX əsr),Şeyx Kazım hamamı, Pir-Həsən məqbərəsi (1612), Tağıyevin imarəti (1900-cü illər) , Tuba Şahi məscidi (1482) ,türbələr (XV və XVII əsrlər) və sair daxildir. Mərdəkanda 4 ümümtəhsil məktəbi, 5 uşaq bağçası, internat, musiqi evi, mədəniyyət sarayı, kitabxana, dendrologiya parkı, xəstəxana, bir neçə sanatoriya və pansionat, eləcə də Avtomat Telefon Stansiyası yerləşir. Dördkünc qala dördkünc həyətin içərisində tikilib. Həyət yeddi metr hündürlüyündə qala divarları ilə əhatə olunmuşdur. Qalanın hündürlüyü 22 m. Kvadrat qalanın üzərindəki yazıda belə məlumat verilir: Müdrik İslamın şahı, Şirvanşah Ahsitan, II Mənuçöhrün oğlu hicri ilə 583-cü il (1187-1189 illər).

Can MƏRDƏKAN..
10/05/2018

Can MƏRDƏKAN..

MƏRDƏKAN QALASI _
10/04/2013

MƏRDƏKAN QALASI _

08/09/2011
28/07/2011

A great Azerbaijani song

15/07/2011

Address

Mərdəkan Qalası
Mardakyany
1076

Website

Alerts

Be the first to know and let us send you an email when MƏRDƏKAN Qalası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MƏRDƏKAN Qalası:

Share