Masallı rayon Heydər Əliyev Mərkəzi

Masallı rayon Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Masallı rayon Heydər Əliyev Mərkəzi, Government Organization, Masallı.

03/09/2026
02/09/2026
02/09/2026

Mədəniyyət naziri Adil Kərimli
Naxçıvanda vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il sentyabrın 18-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Laçın – doğma yurdun rəngləri” adlı rəsm sərgisi başa çatıb.Masall...
28/08/2026

Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Laçın – doğma yurdun rəngləri” adlı rəsm sərgisi başa çatıb.

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Laçın şəhəri günü münasibətilə keçirilən sərgidə Mərkəzdə fəaliyyət göstərən rəsm kursu üzvlərinin Laçının tarixi, təbiəti, mədəni irsi və doğma yurdun gözəlliklərini əks etdirən əl işləri nümayiş olunub.

Üç gün davam edən sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgiyə ümumilikdə 50 nəfər baxış keçirib.

Sərginin keçirilməsində əsas məqsəd Laçının zəngin tarixi-mədəni irsinin, füsunkar təbiətinin və doğma yurd anlayışının gənc nəsil arasında təbliği, eləcə də rəsm kursu iştirakçılarının yaradıcılıq imkanlarının nümayiş etdirilməsi olub.

Avqustun 27-də Milli mədəni irsin öyrənilməsi və təbliği məqsədilə Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tə...
28/08/2026

Avqustun 27-də Milli mədəni irsin öyrənilməsi və təbliği məqsədilə Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Masallı rayonunun Musaküçə kəndi ərazisində yerləşən “Həsir evi”nə ziyarət təşkil olunub.

Ziyarət zamanı əməkdaşlar xalqımızın qədim sənətkarlıq ənənələrindən biri olan həsirçilik sənəti, onun hazırlanma üsulları və milli mədəni irsimizdəki yeri ilə tanış olublar.

“Həsir evi”nin ziyarəti milli-mədəni dəyərlərimizin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli olub.

Ziyarət çərçivəsində milli irsimizin nümunələrinin yaşadılması və təbliği istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.

26/08/2026

26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək! Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam irsimizi qürurla yaşadırıq.

Avqustun 25-də 26 Avqust – Laçın Şəhəri Günü münasibətilə Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Ka...
25/08/2026

Avqustun 25-də 26 Avqust – Laçın Şəhəri Günü münasibətilə Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Laçın – Zəfərdən Böyük Qayıdışa” mövzusunda gənclər üçün mühazirə oxunub.

Mühazirə zamanı Laçının Azərbaycanın tarixi və mədəni irsində xüsusi yeri, şəhərin azadlığının tarixi əhəmiyyəti, eləcə də Böyük Qayıdış çərçivəsində Laçında görülən işlər və şəhərin gələcək inkişaf perspektivlərindən bəhs olunub.

Tədbirin davamında gənclərə Laçının tarixi və müasir həyatına həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib. Film vasitəsilə Laçının keçmişi, işğal illəri, azadlığı və Zəfərdən sonrakı quruculuq prosesi əyani şəkildə təqdim olunub.

Address

Masallı

Website

Alerts

Be the first to know and let us send you an email when Masallı rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share