Masallı Rayon İcra Hakimiyyəti

Masallı Rayon İcra Hakimiyyəti Masallı

Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026Masallı Rayon İcra Hakimiyyətinin başçıs...
09/09/2026

Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026

Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Bütün qeyd olunanlara nümunə olaraq 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində keçirilmiş vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının Birinci müavini Tohid Hüseynov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəsi, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə şəhidlərin məzarı ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər gül dəstələri düzülərək şəhidlərin ruhu ehtiramla yad edilmişdir.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlə...
09/09/2026

09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Səyyar görüş zamanı rayon rəhbəri ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə məlumat vermiş və əlavə olaraq bildirmişdir ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həbib Həbibov bildirmişdir ki, ərazidə keçirilmiş əvvəlki qəbul zamanı 11 vətəndaş tərəfindən 15 məsələ qaldırılmış, həmin məsələlərdən 13-ü müsbət həll edilmiş, 2 məsələ ilə bağlı isə vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun izahat verilmişdir.
Qəbulda sakinlər tərəfindən əsasən əhalini narahat edən sosial və şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər edilmiş, məsul əməkdaşlar tərəfindən rayon rəhbərinin tapşırığı əsasında müraciətlər qeydə alınmış və müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Rayon rəhbəri çıxışında bildirib ki, yaşayış məntəqələrinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək. O, sakinləri fəallığa çağıraraq, hər bir müraciətin diqqətlə araşdırılacağını və səlahiyyətləri daxilində həll ediləcəyini vurğulayıb.
Səyyar görüş şəhər sakinləri tərəfindən razılıqla qarşılanıb və vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilibMasallı şəhərində əlilliyi olan uşaqlara dəstək məqsədilə...
07/09/2026

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

Masallı şəhərində əlilliyi olan uşaqlara dəstək məqsədilə növbəti xeyriyyə tədbiri keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov iştirak edib.
Rayon rəhbəri çıxışında belə xeyriyyə tədbirlərinin təşkilinin əhəmiyyətini vurğulayaraq bildirib ki, əlilliyi olan şəxslər, o cümlədən uşaqlar və sosial müdafiəyə ehtiyacı olan digər həssas qruplar dövlətin daim diqqət və qayğısı ilə əhatə olunurlar. Araz Əhmədov tədbirdə iştirak edən uşaqlar və onların valideynləri ilə səmimi söhbət edib, onların qayğı və istəkləri ilə maraqlanıb.
Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən sosial həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə hər zaman xüsusi diqqət və qayğı göstərilir.
Masallı şəhərində yerləşən “Karal Hotel”də keçirilən tədbir “Masallı Xəbərləri” MİP-in təsisçisi və baş redaktoru Rauf Cəbiyevin və təqaüdçü müəllimə, “Tərəqqi” medallı Əminə Abıyevanın təşkilatçılığı ilə baş tutub.
Xeyriyyə tədbiri çərçivəsində “Ümid Yelkəni” İctimai Birliyinin sədri Laləzar Abıyevanın maliyyə dəstəyi ilə Masallı rayonunda yaşayan 35 əlilliyi olan uşağa ərzaq payları təqdim olunub.
Tədbirdə uşaqlar və onların valideynləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, tədbirin təşkilatçılarına və “Ümid Yelkəni” İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər.
Səmimi və xoş ovqatda keçən görüş uşaqların böyük sevincinə səbəb olub.

Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilibTürkiyə vətəndaşı Gül Kurnaz Masallı Rayon İcra Hakimiyy...
04/09/2026

Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib

Türkiyə vətəndaşı Gül Kurnaz Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova müraciət edərək Masallı şəhərində kirayə yaşadığı evdə övlad dünyaya gətirdiyini, hazırda maddi çətinliklərlə üzləşdiyini, kirayə haqqını ödəmək imkanının olmadığını və dəstəyə ehtiyac duyduğunu bildirib.
Müraciət əsasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramizoğlu və tibb işçiləri ilə birlikdə Gül Kurnazın yaşadığı ünvana baş çəkib. Rayon rəhbəri ana və yeni doğulan körpənin səhhəti ilə maraqlanıb, onların mövcud vəziyyəti və ehtiyacları ilə bağlı məlumat alıb.
Gül Kurnaza və yeni doğulan körpəyə zəruri əşyalar təqdim olunub. Ailənin ərzaqla təmin edilməsi və digər zəruri ehtiyaclarının qarşılanması istiqamətində müvafiq köməklik göstərilməsi nəzərdə tutulub. Həmçinin Gül Kurnazın yaşadığı mənzilin aylıq kirayə haqqının rayon rəhbəri tərəfindən ödənilməsi təmin ediləcək.
Daha sonra ana və yeni doğulan körpə tibb işçiləri tərəfindən müayinə olunub, onların səhhəti qiymətləndirilib və zəruri tibbi tövsiyələr verilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olubMas...
03/09/2026

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub

Masallı rayonunun Həsənli kəndində kənddaxili yol infrastrukturunun yaxşılaşdırılması və ərazinin abadlaşdırılması istiqamətində işlər davam etdirilir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə yerində tanış olub.
Baxış zamanı Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə nümayəndələri, xeyriyyəçilər və kənd sakinləri iştirak ediblər.
Qeyd olunub ki, Xırmandalı bələdiyyəsinin və xeyriyyəçilərin maliyyə dəstəyi ilə Həsənli kəndində şəhid Azər Musayevin adını daşıyan küçəyə 675 metr uzunluğunda asfalt örtüyü çəkilib. Bundan əlavə, Həsənli kənd məscidinin qarşısında 150 kvadratmetr sahədə asfaltlaşdırma işləri aparılıb. Görülən işlərin ümumi dəyəri 41 800 manat təşkil edir.
Rayon rəhbəri görülən işlərlə tanış olaraq, aparılan abadlıq işlərinin keyfiyyətlə həyata keçirilməsinin, eləcə də piyadaların rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Araz Əhmədov yaşayış məntəqələrində abadlıq-quruculuq və infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.
Kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də Həsənli kəndində həyata keçirilən abadlıq və yol infrastrukturu işlərinə görə minnətdarlıqlarını ifadə ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri i...
03/09/2026

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub

Masallı rayonunun Köhnə Alvadı kəndində kənddaxili yol infrastrukturunun yaxşılaşdırılması və ərazinin abadlaşdırılması istiqamətində işlər davam etdirilir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kənddə aparılan asfaltlaşdırma və abadlıq işləri ilə yerində tanış olub.
Baxış zamanı Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəliyinin əməkdaşları, xeyriyyəçilər və kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, xeyriyyəçilərin dəstəyi ilə Birinci Qarabağ müharibəsi şəhidi Əlihasil Əskərovun adını daşıyan Köhnə Alvadı kənd tam orta məktəbinə gedən yolun 300 metr uzunluğunda hissəsinə yeni asfalt örtüyü döşənib. Hazırda asfaltlaşdırılmış yolun kənarlarında piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə səki salınması işləri davam etdirilir.
Rayon rəhbəri görülən işlərlə tanış olub, səki salınması işlərinin keyfiyyətlə aparılmasının, yolun kənarlarının səliqəyə salınmasının və piyadaların rahat hərəkəti üçün əlverişli şərait yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Həyata keçirilən işlər, xüsusilə məktəblilərin rahat və təhlükəsiz gediş-gəlişinə şərait yaratmaqla yanaşı, kəndin yol infrastrukturunun yaxşılaşdırılmasına və abad görünüşünün təmin olunmasına xidmət edir.
Araz Əhmədov yaşayış məntəqələrində abadlıq-quruculuq və infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.
Kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də həyata keçirilən işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib03 sentyabr 2026-cı il tari...
03/09/2026

Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib

03 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev Boradigah qəsəbəsində birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Qeysər Heybət oğlunun anası Məmmədova Südabə İbrahim qızını evində ziyarət ediblər.
Görüş zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanılıb, onun müraciətləri dinlənilib. Bildirilib ki, şəhid ailələrinin sosial-məişət problemlərinin həlli, onların qayğı və ehtiyaclarının diqqətdə saxlanılması Masallı Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biridir.
Şəhid anası göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda şəhid Qeysər Məmmədovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti  vətəndaş qəbulu keçirilmişdir.03 sentyabr 202...
03/09/2026

Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.

03 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbul zamanı rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşlar iştirak edərək onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Görüş zamanı vətəndaşlar əsasən sosial-məişət məsələləri, məşğulluq və digər mövzular üzrə müraciətlər ediblər.
Rayon rəhbəri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bir sıra müraciətlər yerindəcə həll olunub, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq struktur bölmələrinə göstərişlər verilib və icrası nəzarətə götürülmüşdür.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulunu yekunlaşdıraraq keçirilən görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, vətəndaş müraciətlərinin operativ və şəffaf şəkildə araşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb02 sentyabr 2026-cı il tarixində Ma...
02/09/2026

Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb

02 sentyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Musakücə kəndində həsirçilik sənəti ilə məşğul olan qadın sənətkarlarla görüşüb.
Görüş zamanı rayon rəhbəri qadın sənətkarların hazırladıqları əl işləri ilə tanış olub, həsir toxuma prosesi ilə maraqlanıb və onların fəaliyyəti barədə məlumat alıb.
Bildirilib ki, Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlar təbii qamış bitkilərini toplayır, qurudur və ənənəvi üsullarla müxtəlif həsir nümunələri hazırlayırlar. Nəsildən-nəslə ötürülən bu qədim sənət Masallı rayonunun sənətkarlıq ənənələrinin yaşadılmasında mühüm rol oynayır.
Səmimi görüş zamanı sənətkar qadınlar həsir toxuma prosesini nümayiş etdirib, hazırladıqları əl işləri barədə məlumat veriblər.
Görüşdə həsirçilik sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qadın sənətkarların fəaliyyətini yüksək qiymətləndirib, bu qədim sənət növünün yaşadılmasının və sənətkarların fəaliyyətinə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanı...
02/09/2026

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qəriblər ərazisində yerləşən bir neçə turizm və istirahət obyektində olub, burada mövcud vəziyyətlə tanış olub.
Baxış zamanı ərazidə fəaliyyət göstərən turizm obyektlərinin mövcud vəziyyəti, göstərilən xidmətlərin səviyyəsi, sanitar-gigiyenik şərait, abadlıq və təmizlik işləri, eləcə də turistlərin rahatlığının təmin olunması məsələləri diqqət mərkəzində saxlanılıb.
Rayon rəhbərinə obyektlərdə görülən işlər, göstərilən xidmətlər və mövcud infrastruktur barədə məlumat verilib. Eyni zamanda, ərazidə yolların vəziyyəti, tullantıların idarə olunması, ətraf mühitin qorunması, abadlıq və digər infrastruktur məsələləri nəzərdən keçirilib.
Araz Əhmədov turizm obyektlərinin Qəriblər ərazisinin turizm potensialının inkişafında mühüm rol oynadığını qeyd edib. Rayon rəhbəri obyektlərdə xidmət səviyyəsinin daha da yüksəldilməsinin, sanitar-gigiyenik normalara riayət olunmasının, ətraf ərazilərdə abadlıq və təmizlik işlərinin davamlı şəkildə aparılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Qəriblər ərazisi zəngin təbiəti, əlverişli coğrafi mövqeyi və turizm imkanları ilə seçilir. Ərazidə fəaliyyət göstərən turizm və istirahət obyektləri rayonun turizm potensialının genişləndirilməsinə, yerli əhalinin məşğulluğunun artırılmasına və iqtisadi imkanların inkişafına mühüm töhfə verir.
Rayon rəhbəri turizm obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi, istirahət üçün daha əlverişli şəraitin yaradılması, ərazinin abad və səliqəli saxlanılması, həmçinin Qəriblərin turistlər üçün daha cəlbedici məkana çevrilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini bildirib.

Address

Azərbaycan Respublikası
Masallı
ŞƏHƏRQARABAĞKÜÇƏSI20

Alerts

Be the first to know and let us send you an email when Masallı Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Masallı Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share