Siğdaş

Siğdaş Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siğdaş, Public & Government Service, Masallı.

11/05/2024

09 may 2015-ci il tarixdə bütün keçmiş SSRİ xalqları faşizm üzərində qələbənin 70 illiyini qeyd etdi. Təbii ki, həmin qələbədə Azərbaycanda yaşayan xalqların, o cümlədən də talışların da özünəməxsus rolu olmuşdur. Bununla əlaqədar Masallı rayonun Sığdaş kəndindən 2-ci Dünya müharibəsində iştirak etmiş şəxslər barədə kiçik bir araşdırma apardım. Məndə olan məlumata görə Sığdaş kəndindən bu müharibədə təxminən 60 nəfər iştirak etmişdir. Mən onların 54 nəfərinin şəxsiyyətini və müharibədən sağ qayıdıb-qayıtmadığını aydınlaşdıra bildim. Öz yaxınlarının adını bu siyahıda görənlər əminəm ki, buna görə qürur və fəxarət hissi keçirəcəklər... Çünki bu qələbə birbaşa onların əməyi, canı və qanı bahasına qazanılmışdır...

SIĞDAŞ

1. Sahibov İrac Sahib oğlu -qayıtmayıb
2. Əmirov Xanbaba Ağalla oğlu -qayıtmayıb
3. Əmirov Xanoğlan Ağalla oğlu -sağ qalıb
4. Əliyev Məmmədhüseyn Həzərxan oğlu -qayıtmayıb
5. Əliyev Məmmədyar Həzəzrxan oğlu -qayıtmayıb
6. Əliyev Mehrəli Əlibala oğlu -qayıtmayıb
7. Əliyev Xannər Əlibala oğlu -sağ qalıb
8. Kəlbiyev Zabut Qədiməli oğlu -qayıtmayıb
9. Məmmədov Vəli Əzim oğlu -qayıtmayıb
10. Həsənov Ataxan Qulaməli oğlu -qayıtmayıb
11. Həsənov Surxay Qulaməli oğlu -sağ qalıb
12. Gənciyev İman Sarbala oğlu -sağ qalıb
13. Cəfərov Ziyadxan -sağ qalıb
14. Cəfərov Sərxan -qayıtmayıb
15. Xanışov Ağaxan -sağ qalıb
16. Şərifov Allahyar Şərif oğlu -qayıtmayıb
17. Əkbərov Həsənqulu Əkbər oğlu -qayıtmayıb
18. Əkbərov Hüseynqulu Əkbər oğlu -qayıtmayıb
19. Səbziyev Sabzi Rükəxan oğlu -qayıtmayıb
20. Quliyev Xalıq Müzəffər oğlu -sağ qalıb
21. Quliyev İman Müzəffər oğlu -sağ qalıb
22. Quliyev Umud Qəzənfər oğlu -sağ qalıb
23. Ağayev Xudaş Ağaşirin oğlu -qayıtmayıb
24. Ağayev Kərəm Ağaşirin oğlu -sağ qalıb
25. Ağayev Mirzəmməd Ağaşirin oğlu -sağ qalıb
26. Zöhrabov Ataxan Gəncəli oğlu -qayıtmayıb
27. Tarverdiyev Səməd Tarverdi oğlu -qayıtmayıb
28. Tarverdiyev Camal Tarverdi oğlu -qayıtmayıb
29. Tarverdiyev Məsti Tarverdi oğlu -qayıtmayıb
30. İsmiyev Bəhmən Allahqulu oğlu -sağ qalıb
31. İsmiyev Həbibulla Ağali oğlu -qayıtmayıb
32. Qurbanov Qurbanəli Babali oğlu -qayıtmayıb
33. Əliyev Qılman Mahmud oğlu -qayıtmayıb
34. Abbasov Muxtar Hüseyn oğlu -qayıtmayıb
35. Qurbanov Kərim Babali oğlu -sağ qalıb
36. Zöhrabov Aşur Nağdəli oğlu -sağ qalıb
37. İsmiyev İsimxan Əziz oğlu -qayıtmayıb
38. İsmiyev İslam Əziz oğlu -sağ qalıb
39. Quliyev Xeybər Rzaqulu oğlu -sağ qalıb
40. Şüşəxanov Süleyman İbrahim oğlu -sağ qalıb
41. Qənbərov Mirzəxan Həzərxan oğlu -sağ qalıb
42. Salayev Yadi Məsti oğlu -qayıtmayıb
43. Salayev Murad Musa oğlu -sağ qalıb
44. Məmmədov Ağayar Mirzə oğlu -qayıtmayıb
45. Məmmədov Bayram Mirzə oğlu -qayıtmayıb
46. Məmmədov Salam Mirzə oğlu -sağ qalıb
47. Məmmədov Xalıq Şahpələng oğlu -qayıtmayıb
48. Məmmədov Cəfərqulu Sərdar oğlu -qayıtmayıb
49. Rəhmətov Qulam Dünyamalı oğlu -qayıtmayıb
50. Məmmədov Nəriman Mirzə oğlu -sağ qalıb
51. Məmmədov Fərman Şiri oğlu -qayıtmayıb
52. Məmmədov Rəhman Şiri oğlu -qayıtmayıb
53. Məmmədov Sənham Şiri oğlu -qayıtmayıb
54. Əliyev Əbülfəz Qənbər oğlu -sağ qalıb

Mənbə: Şamxal Əmirov

Respublika fənn olimpiadalarının mükafatlandırma mərasimindən.Başda öz şagirdlərim olmaqla bütün qalibləri təbrik edirəm...
14/07/2023

Respublika fənn olimpiadalarının mükafatlandırma mərasimindən.
Başda öz şagirdlərim olmaqla bütün qalibləri təbrik edirəm,gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Sığdaş...
23/12/2021

Sığdaş...

24/03/2021

Mədəniyyət yoldan başlayır

Bu gün Sığdaş kəndinin yuxarı məhəlləsində eyniadlı ərazinin Rusiyada yaşayan şəxslərinin maddi və təşkilati dəstəyi ilə mərkəzi küçənin yolununun təmirinə başlanıldı.Təmir işləri sabah da davam edəcək.Bu işdə dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildiririk.

Mədəniyyət yoldan başlayırBu gün Sığdaş kəndinin yuxarı məhəlləsində eyniadlı ərazinin Rusiyada yaşayan şəxslərinin madd...
24/03/2021

Mədəniyyət yoldan başlayır

Bu gün Sığdaş kəndinin yuxarı məhəlləsində eyniadlı ərazinin Rusiyada yaşayan şəxslərinin maddi və təşkilati dəstəyi ilə mərkəzi küçənin yolununun təmirinə başlanıldı.Təmir işləri sabah da davam edəcək.Bu işdə dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildiririk.

Bəşirov Çingiz Rəşid oğlu 1997-ci il aprelin 19-da Sumqayıt şəhərində anadan olmuşdur.2003-cü ildə Masallı rayon Nizami ...
20/01/2021

Bəşirov Çingiz Rəşid oğlu 1997-ci il aprelin 19-da Sumqayıt şəhərində anadan olmuşdur.2003-cü ildə Masallı rayon Nizami Bağışov adına Xanalion kənd ümumi orta məktəbinə getmişdir.2012-ci ildə məktəbi bitirərək Astara pedaqoji kollecində Fiziki tərbiyə müəllimliyi ixtisasına qəbul olmuşdur.Təhsilini başa vurduqdan sonra 2016-cı ildə həqiqi hərbi xidmətə yola düşmüşdür.Tərtər rayonu N saylı hərbi hissəsində hərbi xidmətini başa vurmuşdur.
29 Sentyabr 2020-ci ildə könüllü olaraq ordu sıralarına qatılmışdır.O Füzuli,Cəbrayıl,
Zəngilan,Qubadlı,Laçın,Şuşa və Xocavəndin(Hadrud) düşməndən azad edilməsi əməliyyatlarında yaxından iştirak etmişdir.Ali baş komandan İlham Əliyev tərəfindən "Cəbrayılın azad edilməsinə görə" və "Qubadlının azad edilməsinə görə" medalı ilə təltif edilmişdir.11 yanvar 2021-ci ildə ordudn tərxis olunmuşdur.
Qəhrəmanımızla fəxr edirik.

Atakişizadə Səməd Rahim oğlu 1997-ci il Masallı rayonu Xanəlion kəndində anadan olub.2003-cü ildə N.Bağışov adın Xanalio...
10/01/2021

Atakişizadə Səməd Rahim oğlu 1997-ci il Masallı rayonu Xanəlion kəndində anadan olub.2003-cü ildə N.Bağışov adın Xanalion kənd ümumi orta məktəbinə daxil olmuşdur.2013-cü ildə məktəbi bitirib Bədəlan kəndində yerləşən Masallı peşə məktəbinə daxil olmuşdur.2015-ci ildə həqiqi hərbi xidmətə yola düşmüşdür.2017-ci ildə hərbi xidmətini başa vurmuşdur.
27 sentyabr 2020-ci ildə Azərbaycan ordusunun əkshücum əməliyyatına başladığı gün könüllü olaraq Hərbi Komissarlığa müraciət etmiş və ordu sıralarına qatılmışdı.Cəbrayıl,Füzuli,Zəngilan və Qubadlı rayonunun işğaldan azad edilməsində yaxından iştirak etmişdir.23 oktyabrda Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə snayperlə sol ayağından dəlib keçən güllə ilə vurulmuşdur.
Azərbaycan Respublikasının prezidenti tərəfindən "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə"medalı ilə təltif olunmuşdur.
Allah qəhrəmanımıza şəfa versin.
Hər birimiz səninlə fəxr edirik ....

Quliyev Əli Turac oğlu 22 oktyabr 2001-ci ildə İran İslam Respublikasının müqəddəs Məşhəd şəhərində dünyaya göz açmışdır...
03/01/2021

Quliyev Əli Turac oğlu 22 oktyabr 2001-ci ildə İran İslam Respublikasının müqəddəs Məşhəd şəhərində dünyaya göz açmışdır. 5-ci sinfin sonuna qədər təhsilini Məşhəd şəhərində davam etdirmişdir. Bundan sonra o, ailəsi ilə birlikdə yaşamaq üçün Azərbaycan Respublikası Masallı rayonunun Böyük Kolatan kəndinə, öz doğma kəndinə köçməli olur. Təhsilini 6-cı sinifdən başlayaraq Masallı rayon Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbində davam etdirmişdir. 2019-cu ildə məzun olandan sonra Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşür. O, hərbi xidmətinə Cocuq Mərcanlıda başlayır. 27 sentyabrda başlayan II Qarabağ müharibəsində Füzuli və Xocavənd rayonlarında gedən döyüşlər zamanı düşmənin bir neçə postunun alınmasında fəal iştirak etmişdir. Oktyabrın 26-dan 27-nə keçən gecə düşmən gülləsinə tuş gələrək qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmışdı. Şəhid Quliyev Əli dünyaya göz açdığı ayda–oktyabr ayının 29-da yaşadığı Böyük Kolatan kəndində böyük izdihamla dəfn olunmuşdur.
15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Allah cəmiyyən şəhidlərimizə rəhmət eləsin.

Zəfərə gedən yol səninlə başladı,sənsiz bitdi cənab general.Allah rəhmət eləsin.Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbə...
02/01/2021

Zəfərə gedən yol səninlə başladı,sənsiz bitdi cənab general.Allah rəhmət eləsin.
Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulmuş, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. O, ailəli idi, 2 oğul və 1 qız atası idi.
Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur.
2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır.Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir.Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur.General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olur.Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı oldu.İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam
qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu.

Rəhmətov Çingiz Rafiq oğlu 1995-ci ildə fevral ayının 12-də Masallı rayonun Sığdaş kəndində doğulmuşdur.2000-ci ildə Sığ...
01/01/2021

Rəhmətov Çingiz Rafiq oğlu 1995-ci ildə fevral ayının 12-də Masallı rayonun Sığdaş kəndində doğulmuşdur.2000-ci ildə Sığdaş kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur.2011-ci ildə orta məktəbi bitirdikdən sonra ll qrup üzrə qəbul imtahanında 570 bal toplayaraq Milli Aviasiya Akademiyasının Menecment(hava nəqliyyatında) ixtisasına qəbul olunmuşdur.2015-ci ildə ali məktəbi bitirərək həqiqi hərbi xidmətə yola düşmüşdür.Bir il hərbi xidmətinin sonunda zabitlik kursunu bitirərək əlavə iki il Murovdağ istiqamətində leytenant kimi xidmət etmişdir.
21 sentyabrda hərbi təlimlərə yenidən qoşulmuşdur ,27 sentyabrda düşmənin təxribatına cavab olaraq ordumuzun genişmiqyaslı əkshücum əməliyyatı zamanı döyüşlərə qoşulmuşdur.Əvvəlcə Füzuli istiqamətində,sonrakı günlərdə Cəbrayıl istiqamətində,daha sonra Hadrut istiqamətindəki döyüşlərdə böyük şücayət göstərərək ,həmin ərazilərin işğaldan azad olunmasında yaxından iştirak etmişdir.
Sonrakı günlərdə Xocavəndin Tuğ ,Böyük Tağlar və digər kəndlərinin azad olunmasından sonra Şuşa istiqamətində döyüşlərdə iştirak etmişdir.Əslində Xocavəndin bir çox kəndlərinin,o cümlədən Hadrud qəsəbəsinin və Şuşanın kəndlərinin azad olunmasında yaxından iştirak etsə də,yalnız "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Qəhrəmanımızla fəxr edirik.

Mirzəyev Ağasəlim Təriş oğlu 1999-cu il yanvarın 1-də Masallı rayon Ninalov kəndində anadan olmuşdur.2005-ci ildə Sığdaş...
25/12/2020

Mirzəyev Ağasəlim Təriş oğlu 1999-cu il yanvarın 1-də Masallı rayon Ninalov kəndində anadan olmuşdur.2005-ci ildə Sığdaş kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuşdur.2016-cı ildə orta məktəbi bitirmişdir.
2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdı.2018-ci ilin iyul ayında tərxis olunmuşdur.
27 sentyabr 2020-ci ildə Azərbaycan ordusunun əkshücum əməliyyatına başladığı müddətdən bir gün sonra könüllü olaraq ordu sıralarına qatılmışdı.Cəbrayıl rayonunun işğaldan azad edilməsində yaxından iştirak etmiş,böyük şücaət göstərmişdir.Oktyabrın 8-də Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə sol kürək nahiyəsindən yaralanmışdır.Azərbaycan Respublikasının prezidenti tərəfindən "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə"medalı ilə təltif olunmuşdur.Allah qəhrəmanımıza şəfa versin.Hər birimiz səninlə fəxr edirik ....

II Qarabağ müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sığdaş kənd sakini Salayev Amid Yədu...
25/12/2020

II Qarabağ müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sığdaş kənd sakini Salayev Amid Yədulla oğlu Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə" (ölümündən sonra) medalı ilə təltif olunmuşdur. Qeyd edək ki, daha əvvəl qəhrəmanımıza " Vətən uğrunda" medalı verilmişdir.
Qürur duyuruq...

Address

Masallı
02521

Website

Alerts

Be the first to know and let us send you an email when Siğdaş posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Siğdaş:

Share