02/09/2026
🎬 Masallıda “Bir film, min fikir” layihəsi çərçivəsində açıq havada film nümayişi keçirilib ✅
Sentyabrın 1-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Masallı Gənclər Evinin təşkilatçılığı, İnteqro Center Psixologiya Mərkəzinin dəstəyi ilə “Bir film, min fikir” layihəsi çərçivəsində Masallı rayon Nizami Gəncəvi adına parkda açıq havada Azərbaycan istehsalı olan “Dərviş Parisi partladır” filminin nümayişi keçirilib.
Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, film vasitəsilə onların müxtəlif mövzular üzərində düşünməsinə, fikirlərini sərbəst ifadə etməsinə və fərqli baxışları müzakirə etməsinə şərait yaratmaqdır.
Film nümayişi zamanı İnteqro Center Psixologiya Mərkəzinin baş psixoloqu Röyalə Vüqarqızının iştirakı ilə filmin ayrı-ayrı epizodları və obrazları üzərindən interaktiv müzakirələr aparılıb. Gənclər filmdəki obrazların xarakter xüsusiyyətlərini və davranışlarını təhlil edib, hadisələrin psixoloji tərəfləri barədə fikirlərini bölüşüblər.
Psixoloqun iştirakı ilə keçirilən interaktiv müzakirə gənclərə filmə yalnız tamaşaçı kimi deyil, düşünən, təhlil edən və öz fikrini ifadə edən iştirakçı kimi yanaşmaq imkanı yaradıb.
SülhAylığı