02/05/2026
27 aprel – 1 may tarixlərində Masallı rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ümumilikdə 5 ekskursiya təşkil olunub.
Ekskursiyada Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri,Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak edərək Ümummilli Liderin həyat və fəaliyyətinə dair geniş məlumat əldə ediblər. Bələdçi tərəfindən iştirakçılara Heydər Əliyevin dövlətçilik ideyaları, Azərbaycan tarixindəki rolu və zəngin siyasi irsi haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyətinin inkişaf strategiyası” mövzusunda təşkil olunmuş sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən foto şəkillər vasitəsilə ziyarətçilərə Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı, milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlər barədə ətraflı məlumat təqdim olunub.