Kəlbəcər rayon 114 nömrəli tam orta məktəb

Kəlbəcər rayon 114 nömrəli tam orta məktəb Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbi

Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Lətifova Gül Fizuli qızı müəlliml...
18/06/2026

Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Lətifova Gül Fizuli qızı müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərərək 55 bal toplamışdır.
Bu uğur müəllimimizin peşəkarlığının, zəhmətinin, bilik və bacarıqlarının göstəricisidir. Məktəb rəhbərliyi və kollektiv adından müəllimimizi səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər, möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Təhsilə xidmət edən ömür – 65 yaşın mübarək, Nəbi Həsənov  müəllim!Məktəbimizin Təlim-tərbiyə işləri üzrə direktor müavi...
15/06/2026

Təhsilə xidmət edən ömür – 65 yaşın mübarək, Nəbi Həsənov müəllim!

Məktəbimizin Təlim-tərbiyə işləri üzrə direktor müavini Həsənov Nəbi Xasay oğlunun 65 illik yubileyi münasibətilə məktəb rəhbəri Elçin Nurməmmədovun təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitə rəhbərliyinin iştirakı ilə görüş keçirildi.
Görüş zamanı uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsində mühüm xidmətləri olan Nəbi Həsənovun yubileyi münasibətilə səmimi təbrik edildi, onun təhsilimizin inkişafına verdiyi töhfələr xüsusi vurğulandı.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən Nəbi Həsənov müəllimi Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olundu. Eyni zamanda, məktəb kollektivi adından da yubilyara hədiyyə təqdim edildi. Təltifetmə mərasimində Komitənin baş məsləhətçisi Zahid Kazımov iştirak etdi.
Nəbi müəllimə uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
65 illik ömür yolu, təhsilə sədaqətli xidmət və müəllim adına göstərilən böyük ehtiram!

13/06/2026
13 iyun 2026-cı il tarixində məktəbimizdə IX sinif məzunları üçün  “Son zəng” tədbiri keçirildi.Tədbir Azərbaycan Respub...
13/06/2026

13 iyun 2026-cı il tarixində məktəbimizdə IX sinif məzunları üçün “Son zəng” tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə məktəbin direktoru Elçin Nurməmmədov, Təlim-tərbiyə işləri üzrə direktor müavini Nəbi Həsənov müəllim, şəhidimiz Cahangir Tağızadənin atası Qurban Tağızadə və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Kəlbəcər rayon təşkilatının baş məsləhətçisi Zahid Kazımov çıxış edərək məzunları təbrik etdilər, onlara gələcək həyat və təhsil yollarında uğurlar arzuladılar. Məzunlarımıza yeni həyat mərhələsində uğurlar, parlaq gələcək və Vətənimizə layiqli vətəndaş olmalarını diləyirik!” 🎓🇦🇿

Ekskursiyalar əməkdaşlığı möhkəmləndirən, xatirələri zənginləşdirən  körpüdür. Məktəb rəhbərliyinin təşəbbüsü və ekskurs...
31/05/2026

Ekskursiyalar əməkdaşlığı möhkəmləndirən, xatirələri zənginləşdirən körpüdür.

Məktəb rəhbərliyinin təşəbbüsü və ekskursiyanın təşkilində fəal iştirak edən müəllimlərimizin dəstəyi ilə 30.05.2026-cı il tarixində Gədəbəy rayonuna ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın məqsədi əməkdaşlar arasında ünsiyyətin, əməkdaşlığın və komanda ruhunun daha da möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin gözəl guşələrindən biri olan Gədəbəy rayonun təbii və tarixi məkanları ilə yaxından tanış olmaq olmuşdur.

İstirahət bir gün, birlik isə hər gün dəyərlidir!

06/05/2026
“Erkən nikaha yox, narkomaniyaya yox!” – Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbdə keçirilən tədbir məkt...
27/04/2026

“Erkən nikaha yox, narkomaniyaya yox!” – Kəlbəcər rayon 114 nömrəli ümumi orta ümumtəhsil məktəbdə keçirilən tədbir məktəbin illik fəaliyyət planına uyğun olaraq təşkil olunub. Tədbirdə sosial pedaqoq Sevil Abdullayeva, psixoloq Məhəmməd Quluyev və Uşaq Birliyi Təşkilatı rəhbəri Səkinə Qasımova iştirak edib və şagirdlərə sağlam həyat tərzi və təhlükəsiz gələcək mövzusunda maarifləndirici tövsiyələr verilib.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli...
31/03/2026

Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.

Address

Bağ Massivi
Mingächevir

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayon 114 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category