Mingəçevir Gənclər evi

Mingəçevir Gənclər evi Asudə vaxtınızı bizə etibar edin, çünki biz sizin üçün çalışırıq. Mərkəzlərdə yerinə yetirilən proqramlar üçün vahid standartlar hazırlanmaqdadır. tədbirlər.

“Gənclər evləri” – 14-29 yaş arasında olan gəncləri cəlb edən, onların təhsil almaları və asudə vaxtlarının səmərəli keçirilməsi üçün rahat şərait yaradan, onların digər ehtiyaclarını ödəyən, öz siyasətlərinə, proqramlarına və müvafiq atributlarına malik olan gənclərin dostluq mərkəzləridir. Gənclər, tələbatlarını və gözlədiklərinə müvafiq olaraq həyat vərdişlərini və asudə vaxtlarının keçirilməsi

üzrə istəklərini ödəməkdən ötrü informasiya və xidmətləri almaq üçün bu mərkəzlərə gəlirlər. Proqramlar gənclərin iştirakı ilə tərtib edilir, onların təlabatlarını əks etdirir və gənclərin bilavasitə iştirakı ilə həyata keçirilir. Proqramlar ölkənin gənc vətənpərvərlərinin formalaşmasına yönəldiləcəkdir. Həmin anlayışın əsas komponentlərinə cəmiyyətin inkişafına öz töhvəsini vermək bacarığına malik olan, özünə inamlı şəxsiyyətlərin formalaşdırması daxildir. Gənclər mərkəzlərinin təklif etdikləri bütün xidmətlər sağlamlıq imkanları məhdud olan bütün gənclər üçün əlverişlidir. Gender bərabərliyi məsələləri bütün gənclər mərkəzləri bazasında işlərin planlaşdırılmasında və həyata keçirilməsində nəzərə alınır. Gənclər mərkəzləri bazasında görülən işlərdən əlavə məktəblərdə, poliklinikalarda və gənclərin daha çox getdikləri yerlərdə (outreach) aktiv iş aparılmalıdır. Gənclər mərkəzinin təklif etmədiyi xidmətlər üçün (gənclər üçün tibbi xidmətlər və s.) Gənclər mərkəzləri istiqamətləndirici bənddir. Gənclər mərkəzlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir. Gənclər mərkəzlərinin qarşısında duran vəzifələr aşağıdılardır:

1) gənclərin tələbatlarına və gözlədiklərinə müvafiq olan informasiya və xidmətlərin təqdim edilməsi;

2) respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında gənclərin aktiv iştirakının təmin edilməsi;

3) gənclərin təşəbbüslərini, gənclərin könüllülük hərəkatı və gənclərin özünü idarəsinin dəstəklənməsi;

4) uğur qazanan azərbaycanlı gənc obrazının formalaşdırılması və irəli çəkilməsi. Gənclər mərkəzlərinin fəaliyyət növləri:

1) qeyri-formal təhsil fəaliyyəti;

2) könüllülük hərəkatı;

3) sağlam həyat tərzi;

4) informasiya-məsləhət fəaliyyəti;

5) asudə vaxtın təşkili;

6) gənclərin layihələrinin və proqramlarının inkişafı;

7) digərləri. Gənclər mərkəzləri yaşı 14-dən 18-dək olan yeniyetmələr və yaşı 29-a qədər olan gənclər ilə iş qurur. Müəssisənin fəaliyyətinə daxildir: nəzəri və praktiki tədris məşğələləri, kütləvi-müsabiqə, konsert və asudə vaxt tədbirləri, onlara hazırlıq, öyrənənlər üçün yarışlar, treninqlər, ekskursiyalar, yürüşlər, müxtəlif təşkilatlara gəzintilər və s. Gənclər mərkəzə gələrkən onun avadanlıqlarından, inventarlarından, materiallarından istifadə edirlər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə “A...
03/08/2026

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə “Asılılıqlara qarşı mübarizə” proqramı çərçivəsində “Qumar asılılığı” mövzusunda təlim keçirilib.
Mingəçevir Gənclər Evi və “ASAN xidmət”in birgə təşkil etdiyi görüşdə könüllülər psixoloq Aynaz Azər qızının təqdimatını dinləyiblər. Təlimdə qumar asılılığının səbəbləri, təsirləri və qarşısının alınması yolları barədə məlumat verilib.
Görüşün məqsədi gənclər arasında sağlam həyat tərzini təşviq etmək və asılılıqlarla bağlı maarifləndirməni artırmaqdır.

Mingəçevir Gənclər evinin həftəlik fəaliyyət cədvəli artıq hazırdır! 💚Bu həftə səni yeni biliklər, maraqlı təcrübələr və...
02/08/2026

Mingəçevir Gənclər evinin həftəlik fəaliyyət cədvəli artıq hazırdır! 💚
Bu həftə səni yeni biliklər, maraqlı təcrübələr və əyləncəli fəaliyyətlər gözləyir! 🎯✨

📜 Mingəçevir Gənclər Evində keçirilən “Milli Mədəni İrsimiz və Tarixi Dəyərlərimiz” seminarı uğurla başa çatdı.İştirakçı...
02/08/2026

📜 Mingəçevir Gənclər Evində keçirilən “Milli Mədəni İrsimiz və Tarixi Dəyərlərimiz” seminarı uğurla başa çatdı.
İştirakçılar milli irsimiz, tarixi abidələrimiz və mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyəti barədə məlumat aldılar, fikir mübadiləsi aparıldı və gənclərin sualları cavablandırıldı.

01/08/2026
Azərbaycan Əlifbası və Azərbaycan dili günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Gənclər evinin ...
01/08/2026

Azərbaycan Əlifbası və Azərbaycan dili günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Gənclər evinin təşkilatçılığı ilə Ana dili abidəsi önündə görüş keçirilib. Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elşən Əliyev Azərbaycan dilinin tarixi, dövlət dili kimi əhəmiyyəti və ana dilimizin qorunmasının vacibliyi barədə məlumat verib.

🗣️ Mingəçevir Gənclər evində “Anlamaqdan Başlayan Münasibət” adlı interaktiv təlim keçirilib.Təlim zamanı valideyn–gənc ...
31/07/2026

🗣️ Mingəçevir Gənclər evində “Anlamaqdan Başlayan Münasibət” adlı interaktiv təlim keçirilib.
Təlim zamanı valideyn–gənc münasibətləri, qarşılıqlı anlaşma və effektiv ünsiyyət mövzuları müzakirə olunub. İştirakçılar mövzu üzrə fikir mübadiləsi aparıb, sonda isə qrup işi həyata keçirərək praktiki tapşırıqları yerinə yetiriblər.

📢 Əziz gənclər! Sizi milli kimliyimizi formalaşdıran tarixi irsimiz, zəngin mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizə...
31/07/2026

📢 Əziz gənclər! Sizi milli kimliyimizi formalaşdıran tarixi irsimiz, zəngin mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizə həsr olunmuş seminara dəvət edirik.
🎙 Qonaqlar:
• Polad Osmanov – tar müəllimi
• Saməddin Əmrahov – tarix müəllimi
• Elçin Məhərrəm – yazıçı və dramaturq

📌 Mövzular:
• Tarix və mədəni irsimiz
• Milli dəyərlərin qorunması
• Musiqi və ədəbiyyatın rolu
• Gənclərin irsin təbliğində rolu
📅 31 iyul | 🕟 16:30
📍 Mingəçevir Gənclər Evi

Sizi maraqlı və faydalı görüş gözləyir!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə həya...
30/07/2026

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilən “Asılılıqlara qarşı mübarizə: tətbiqedici təlim proqramı” çərçivəsində növbəti “Sağlam həyat tərzinin təbliği” təlimi uğurla baş tutub.
Təlimin qonaqları Yevlax şəhərində fəaliyyət göstərən “Uşaq Nitq və İnkişaf Mərkəzi”-nin rəhbərliyi, müəllim heyəti və könüllüləri olublar.
Görüş zamanı sağlam həyat tərzinin təşviqi, asılılıqların yaratdığı risklər və onların qarşısının alınması istiqamətində maarifləndirici məlumatlar təqdim olunub, iştirakçılarla mövzu ətrafında səmərəli fikir mübadiləsi və maraqlı müzakirələr aparılıb.

🎤 “Peşəkarla Bir Səhnə” – Karaoke Saatı uğurla başa çatdı!Mingəçevir Gənclər Evində keçirilən tədbirdə gənclər Fuad Nəbi...
28/07/2026

🎤 “Peşəkarla Bir Səhnə” – Karaoke Saatı uğurla başa çatdı!
Mingəçevir Gənclər Evində keçirilən tədbirdə gənclər Fuad Nəbiyevlə eyni səhnəni bölüşərək bacarıqlarını nümayiş etdirdi və dəyərli təcrübə qazandı. Səmimi atmosfer və yüksək əhval-ruhiyyə ilə yadda qalan bu musiqi axşamında iştirak edən hər kəsə təşəkkür edirik. Yenidən görüşənədək

21-22 iyul 2026-cı il tarixlərində Gənclər və İdman Nazirliyinin, Səhiyyə Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemlər...
28/07/2026

21-22 iyul 2026-cı il tarixlərində Gənclər və İdman Nazirliyinin, Səhiyyə Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə regional gənclər və idman idarələrinin, onların tabeliyində olan rayon, şəhər gənclər və idman sektorlarının və “Gənclər Evi” sosial xidmət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün “Sağlam ailə və reproduktiv sağlamlıq” mövzusunda təlimlər keçirilib.

Sabunçu Gənclər Evində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təlimin açılışında iştirak edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova təlimin əsas məqsədinin dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclər arasında sağlam həyat tərzini aşılamaq, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, sağlam həyat tərzi, erkən evlilik və erkən hamiləliyin mənfi nəticələri sahəsində bilik və bacarıqları artırmaq, habelə gənclərlə işləyən kadrların potensialını gücləndirmək və maarifləndirmə işini daha effektiv qurmaq olduğunu vurğulayıb.

Təlimlər Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova, psixoloq Aysel Musayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva tərəfindən keçirilib.

İki günlük təlim proqramı “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: Sağlam gələcəyə tibbi baxış”, “Erkən hamiləliyin tibbi fəsadları və sağlam həyat tərzi”, “Stressin reproduktiv sağlamlığa təsiri”, habelə “Sağlam ailənin təməli: hüquqi biliklər və məsuliyyətli ailə quruculuğu” mövzularını əhatə edib. İştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Address

Müşfiq Mirzəyev Adına Dostluq Parkı
Mingächevir

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

(024) 274 28 56

Website

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir Gənclər evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mingəçevir Gənclər evi:

Shortcuts

Share