22/07/2026
Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizdə obyektiv və operativ informasiya təminatının inkişafına töhfə verən bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
Cəmiyyətin düzgün məlumatlandırılması, şəffaflığın təşviqi və ictimai etimadın möhkəmləndirilməsi istiqamətində göstərdiyiniz əzmkar fəaliyyət yüksək dəyərə layiqdir.
Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrinin peşə bayramı mübarək!