Mingəçevir STEAM Mərkəzi

Mingəçevir STEAM Mərkəzi Elm və Təhsil Nazirliyinin STEAM layihəsinin Mingəçevir STEAM Mərkəzi

STEAM Challenge – Kahoot Yarışı üzrə qaliblər mükafatlandırıldılar! 🚀     Education Innovation KahootChallenge
15/08/2026

STEAM Challenge – Kahoot Yarışı üzrə qaliblər mükafatlandırıldılar! 🚀

Education Innovation KahootChallenge

STEAM Challenge – Kahoot Yarışı uğurla baş tutdu! 🚀Mingəçevir STEAM Mərkəzi tərəfindən təşkil olunan "STEAM Challenge" K...
15/08/2026

STEAM Challenge – Kahoot Yarışı uğurla baş tutdu! 🚀

Mingəçevir STEAM Mərkəzi tərəfindən təşkil olunan "STEAM Challenge" Kahoot Yarışı böyük maraq və yüksək rəqabət şəraitində keçirildi.

Yarış zamanı iştirakçılar elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) sahələri üzrə biliklərini sınayaraq intellektual bacarıqlarını nümayiş etdirdilər. Dinamik və interaktiv formatda təşkil olunan yarış şagirdlərin həm biliklərini artırmasına, həm də komanda ruhunu gücləndirməsinə şərait yaratdı.

Gərgin mübarizə şəraitində keçən çempionatın sonunda yüksək nəticə göstərən iştirakçılar müəyyənləşdirilərək müvafiq yerlər üzrə medal və sertifikatlarla təltif olundular. Eyni zamanda yarış ərzində fəallığı və bilik səviyyəsi ilə seçilən iştirakçılar da xüsusi nominasiyalar üzrə mükafatlandırıldılar.

Qalibləri təbrik edir, bütün iştirakçılara göstərdikləri maraq və fəallığa görə təşəkkür edirik. İnanırıq ki, bu cür intellektual yarışlar gənclərin STEAM sahələrinə marağının artırılmasına və gələcəyin innovativ düşüncəli gənclərinin formalaşmasına mühüm töhfə verir.

🏆 Biliklə yarışdıq, gələcəyi birlikdə qurduq!

Education Innovation KahootChallenge

🧠 STEAM CHALLENGE | KAHOOT YARIŞIElm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrində biliklərini sınamağa...
13/08/2026

🧠 STEAM CHALLENGE | KAHOOT YARIŞI

Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrində biliklərini sınamağa hazırsan?

Mingəçevir şəhərinin məktəblilərini bir araya gətirəcək "STEAM Challenge" adlı Kahoot yarışı keçiriləcək. İştirakçılar STEAM istiqamətləri üzrə maraqlı və düşündürücü sualları cavablandıraraq həm biliklərini nümayiş etdirəcək, həm də çempionluq uğrunda mübarizə aparacaqlar.

📅 Tarix: 14 avqust 2026
🕚 Saat: 11:00
📍 Ünvan: Mingəçevir şəhər 9 № tam orta ümumtəhsil məktəbi

Gələcəyin mühəndisləri, proqramçıları, alimləri və innovatorları bu arenada müəyyənləşəcək!

Biliklərini göstər, STEAM dünyasının qalibi ol!
STEAM AZERBAIJAN
Mərkəzi Aran Regional Təhsil İdarəsi

📢 STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı!Gələcəyin texnologiyalarını öyrənmək, yaradıcılıq və mühən...
10/08/2026

📢 STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı!

Gələcəyin texnologiyalarını öyrənmək, yaradıcılıq və mühəndislik bacarıqlarını inkişaf etdirmək istəyən şagirdlər üçün yeni imkan! 🚀

STEAM Mərkəzlərində keçirilən təlim proqramları vasitəsilə məktəblilər real layihələr üzərində işləyərək praktiki bilik və bacarıqlar əldə edirlər.

👉 Təlim proqramları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün:
🌐 https://steam.edu.az/az/registration
📞 Əlaqə: +994 51 226 72 27

🗓 Son qeydiyyat tarixi: 31 avqust

🌟 Mingəçevir STEAM Mərkəzinin üzvü “Birlik” düşərgəsində!📌 28–29 iyul 2026-cı il tarixlərində “Kür” Olimpiya Tədris-İdma...
31/07/2026

🌟 Mingəçevir STEAM Mərkəzinin üzvü “Birlik” düşərgəsində!

📌 28–29 iyul 2026-cı il tarixlərində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş “Birlik” düşərgəsi keçirilib.

🤝 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Mingəçevir Gənclər Evi SXM-in birgə təşkilatçılığı, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin dəstəyi ilə keçirilən düşərgədə müxtəlif mövzularda təlimlər, komanda oyunları və maraqlı fəaliyyətlər təşkil olunub.

💙 Düşərgədə Mingəçevir STEAM Mərkəzinin aktiv üzvü Turan Rüstəmli də iştirak edərək gənclər üçün yaradılan bu faydalı və maraqlı platformada öz təcrübəsini zənginləşdirib, yeni dostluqlar və xoş xatirələr qazanıb.

🎓 Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Turanı bu uğurlu iştirak münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq! 🚀

MARGİİ Mingəçevir STEAM

🎉 Mingəçevir STEAM Mərkəzinin üzvləri V "Cyber Summer School 2026" Kiber Yay Düşərgəsində uğurla iştirak ediblər!Azərbay...
28/07/2026

🎉 Mingəçevir STEAM Mərkəzinin üzvləri V "Cyber Summer School 2026" Kiber Yay Düşərgəsində uğurla iştirak ediblər!

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən V "Cyber Summer School 2026" kiber yay düşərgəsində Mingəçevir STEAM Mərkəzinin üzvləri, Mingəçevir şəhər Texniki Humanitar Fənlər Liseyinin şagirdləri Ayxan Quliyev və Yusif Hüseynzadə uğurla iştirak ediblər.

Xüsusilə qürurverici haldır ki, Ayxan Quliyev CTF (Capture the Flag) yarışında iştirak edən "CSS 2026" komandasının üzvü kimi yüksək nəticə göstərərək komandasının III yerə layiq görülməsində mühüm rol oynayıb.

Enerji sektorunda kibertəhlükəsizliyin təmin olunması mövzusuna həsr olunan yarışda iştirakçılar real ssenarilər əsasında hazırlanmış tapşırıqları yerinə yetirərək texniki biliklərini, analitik düşüncə bacarıqlarını və komanda işini uğurla nümayiş etdiriblər.

Gənclərimizi əldə etdikləri nailiyyət münasibətilə təbrik edir, onlara gələcək təhsil və karyera yollarında yeni uğurlar arzulayırıq! 👏💙

Mingəçevir STEAM Mərkəzində praktik öyrənmə davam edir! 🌱💧Bu gün iştirakçılar Micro:bit platformasından istifadə edərək ...
06/07/2026

Mingəçevir STEAM Mərkəzində praktik öyrənmə davam edir! 🌱💧

Bu gün iştirakçılar Micro:bit platformasından istifadə edərək avtomatik suvarma sistemi hazırladılar. Dərs zamanı onlar elektronika, proqramlaşdırma və sensor texnologiyalarını bir layihədə birləşdirərək ağıllı suvarma sisteminin iş prinsipini öyrəndilər.

Belə layihələr şagirdlərdə mühəndislik təfəkkürü, problem həll etmə bacarığı və innovativ düşüncə tərzinin formalaşmasına töhfə verir.

Gələcəyin ağıllı texnologiyaları bu gün STEAM dərslərində qurulur! 🚀

AğıllıSuvarma İnnovasiya GələcəyinQurucuları

Bu gün Mingəçevir STEAM Mərkəzində keçirilən dərsdə iştirakçılar əylənərək öyrəndilər! 🌍✨Uşaqlar STEM fəaliyyəti vasitəs...
24/06/2026

Bu gün Mingəçevir STEAM Mərkəzində keçirilən dərsdə iştirakçılar əylənərək öyrəndilər! 🌍✨

Uşaqlar STEM fəaliyyəti vasitəsilə Günəş sistemi, planetlər və rənglər haqqında yeni biliklər əldə etdilər. İnteraktiv tapşırıqlar və praktik fəaliyyətlər sayəsində onlar həm kosmosu kəşf etdilər, həm də rənglərin sirli dünyasına səyahət etdilər. 🚀🎨

Öyrənmək maraqlı olduqda bilik daha qalıcı olur!

ƏylənərəkÖyrən GələcəyinQurucuları
STEAM AZERBAIJAN

Mingəçevir STEAM Mərkəzində dərslər bütün sürəti ilə davam edir! 🚀İştirakçılar müxtəlif kateqoriyalar üzrə keçirilən məş...
24/06/2026

Mingəçevir STEAM Mərkəzində dərslər bütün sürəti ilə davam edir! 🚀

İştirakçılar müxtəlif kateqoriyalar üzrə keçirilən məşğələlərdə robototexnika, proqramlaşdırma, 3D modelləşdirmə, mühəndislik və digər STEAM istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirirlər. 🤖💻

Hər dərs uşaqların yaradıcılıq potensialını üzə çıxarmağa, məntiqi təfəkkürünü gücləndirməyə və innovativ layihələr hazırlamalarına imkan yaradır.

Gələcəyin mühəndisləri, proqramçıları və ixtiraçıları bu gün STEAM Mərkəzində formalaşır! 🌟

GələcəyinQurucuları Təhsil İnnovasiya
STEAM AZERBAIJAN

Bu gün Mingəçevir STEAM Mərkəzində keçirilən dərsdə iştirakçılar LEGO WeDo 2.0 seti vasitəsilə həm robotların qurulmasın...
24/06/2026

Bu gün Mingəçevir STEAM Mərkəzində keçirilən dərsdə iştirakçılar LEGO WeDo 2.0 seti vasitəsilə həm robotların qurulmasını öyrəndilər, həm də onları proqramlaşdıraraq hərəkət etdirdilər. 🤖💻

Dərs zamanı uşaqlar mühəndislik, məntiqi düşüncə və kodlaşdırma bacarıqlarını inkişaf etdirərək öz layihələrini hazırladılar. Nəzəri biliklərin praktiki tətbiqi ilə keçən məşğələ iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Gələcəyin mühəndisləri və proqramçıları məhz bu günün STEAM dərslərində formalaşır! 🚀

GələcəyinQurucuları

Address

Mingechaurges

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir STEAM Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mingəçevir STEAM Mərkəzi:

Shortcuts

Share