Naftalan şəhəri üzrə gənclər və idman sektoru

Naftalan şəhəri üzrə gənclər və idman sektoru Gəncə−Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektoru

🔹Naftalan şəhərində uşaqlar üçün kütləvi idman tədbiri keçirilib.​Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Na...
22/08/2026

🔹Naftalan şəhərində uşaqlar üçün kütləvi idman tədbiri keçirilib.

​Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 20 avqust 2026-cı il tarixində şəhərin Habil Əliyev küçəsində yerləşən “Sağlam Məhəllə” idman meydançasında uşaqlar arasında “Sən de, o etsin!” adlı kütləvi idman tədbiri baş tutub.

​Tədbirin keçirilməsində əsas məqsəd uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyini artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, eləcə də gənc nəslin fiziki və zehni inkişafını, komanda ruhunu və liderlik bacarıqlarını stimullaşdırmaqdır.

​⬇️Tədbirin əsas məqamları:
​Kütləvi iştirak: Məhəllə sakinləri olan uşaqlar tədbirə böyük həvəs və maraqla qoşulublar.
​İnteraktiv format: “Sən de, o etsin!” konsepsiyasına uyğun olaraq, uşaqlar cütlüklər və komandalar şəklində birləşərək həm tapşırıqları idarə etmək, həm də verilən idman hərəkətlərini dəqiq və sürətli icra etmək bacarıqlarını nümayiş etdiriblər.
​Mütəhərrik oyunlar: İştirakçılar müxtəlif estafet yarışlarında, cəldlik və koordinasiya tələb edən əyləncəli idman tapşırıqlarında qüvvələrini sınayıblar.

​✔️Müsbət əhval-ruhiyyə: Şən və rəqabətli mühitdə keçən tədbir uşaqlara unudulmaz anlar və bol enerjili xatirələr bəxş edib.

📚Naftalanda “Dərs vaxtı dərs üçündür” mövzusunda maarifləndirici tədbir keçirilibNaftalan Şəhər İcra Hakimiyyəti və Şəhə...
20/08/2026

📚Naftalanda “Dərs vaxtı dərs üçündür” mövzusunda maarifləndirici tədbir keçirilib

Naftalan Şəhər İcra Hakimiyyəti və Şəhər Polis Şöbəsinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə şagirdlərin dərs prosesində iştirakının təmin edilməsi, hüquqi və təhlükəsizlik sahəsində maarifləndirilməsi, eləcə də onların sağlam və düzgün həyat tərzinə istiqamətləndirilməsi məqsədilə Heydər Əliyev Mərkəzində “Dərs vaxtı dərs üçündür” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edənlər şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, şagirdlərin məktəb dərslərində tam və müntəzəm iştirakı, dərs prosesinə məsuliyyətli yanaşması və dərs vaxtından səmərəli istifadə etməsi təhsilin keyfiyyəti baxımından mühüm əhəmiyyət daşıyır.

Polis əməkdaşları öz çıxışlarında kibercinayətkarlıqla mübarizə istiqaməti üzrə şagirdlərə internet və sosial şəbəkələrdən təhlükəsiz istifadə, şəxsi məlumatların qorunması və kibertəhlükələrdən müdafiə yolları barədə məlumat veriblər, narkotik vasitələrin insan sağlamlığına və gələcəyinə yaratdığı təhlükələrdən danışıblar, gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Həmçinin, Polis Akademiyasına qəbul qaydaları, qəbul üçün tələb olunan şərtlər, təhsil imkanları və gələcək karyera perspektivləri barədə şagirdlərə ətraflı məlumat verilib.

✔️Sonda tədbirin mövzusu ətrafında video materiallar nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb.

📢📸 Əziz Yeniyetmə və Gənclər!Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman s...
20/08/2026

📢📸 Əziz Yeniyetmə və Gənclər!

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektoru fotoqrafiya sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə yeniyetmə və gənclər arasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Naftalan doğma şəhərim” mövzusunda fotomüsabiqə elan edir.

Fotomüsabiqənin şərtləri ⬇️

✅Müsabiqədə 10-25 yaşarası yeniyetmə və gənclər iştirak etməli;
✅ Şəkillər fotoaparat və ya mobil telefon vasitəsilə Naftalan şəhərində çəkilməli və şəhərin görkəmli yerlərini (parklar, binalar, təbii resurslar və s.) ehtiva etməli;
✅ Müsabiqədə yalnız original şəkillərdən istifadə olunmalı (şəkillərin müəlliflik hüququ sizə məxsus olmalı, şəkil redaktorlarından istifadə olunmamalı);
✅ Şəkillər keyfiyyətli olmalı və ölçüsü 10 mb-dan artıq olmamalı;
✅ Hər iştirakçı yalnız 1 foto təqdim etməli;
✅ Çəkilmiş şəkillər 25 avqust 2026-cı il saat 18:00-a kimi (+994)55 963-91-53 whatsapp nömrəsinə yalnız sənəd formatında göndərilməlidir.

Göndərilmiş şəkillər 26-27 avqust tarixlərdə Naftalan şəhəri üzrə gənclər və idman sektoru tərəfindən əvvəlcədən təyin olunmuş ekspertlər qrupu tərəfindən qiymətləndiriləcək, ekspertlər qrupunun verdiyi rəyə əsasən ilk 3 yeri tutmuş iştirakçı diplomlarla təltif ediləcəkdir.

Qeyd❗ müsabiqə şərtlərini pozan iştirakçı müsabiqədən kənarlaşdırılacaqdır.

📢 HÖRMƏTLİ SAKİNLƏR VƏ İDMANSEVƏRLƏR!Sizi “Sən De, O Etsin!” kütləvi idman və komanda çağırışı layihəsi çərçivəsində təş...
17/08/2026

📢 HÖRMƏTLİ SAKİNLƏR VƏ İDMANSEVƏRLƏR!

Sizi “Sən De, O Etsin!” kütləvi idman və komanda çağırışı layihəsi çərçivəsində təşkil olunacaq idman tədbirinə dəvət edirik. Bu layihənin məqsədi şəhər sakinləri arasında sağlam həyat tərzini təbliğ etmək, asudə vaxtı səmərəli təşkil etmək və komanda ruhunu gücləndirməkdir. Tədbir zamanı müxtəlif idman oyunları və komanda fəaliyyətləri nəzərdə tutulub. ​Hər yaşdan olan sakinlərimizi bu təşəbbüsə qoşulmağa və fəal iştirak etməyə çağırırıq.

​Tədbirin təfərrüatları:

​Tarix: 20 avqust 2026-cı il
​Saat: 18:00
​Məkan: Naftalan şəhər Habil Əliyev küçəsi, (“Sağlam Məhəllə” idman meydançası)

​Gəlin, məhəlləmizi birlikdə daha sağlam və canlı edək!

birkimibirlikdə

🔹Naftalanda uşaqlar üçün “Günəşli Təbəssümlər” adlı əyləncəli idman tədbiri təşkil edilib.Gəncə-Daşkəsən Regional Gənclə...
14/08/2026

🔹Naftalanda uşaqlar üçün “Günəşli Təbəssümlər” adlı əyləncəli idman tədbiri təşkil edilib.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə uşaqlar üçün “Günəşli Təbəssümlər” adlı milli oyunlardan ibarət əyləncəli idman tədbiri təşkil edilib. Şəhərin İsa Məmmədov Məhəlləsində keçirilən tədbirdə ümumilikdə 40 nəfərə yaxın uşaq iştirak edib.

✔️ Tədbirin Məqsədi və Faydaları:

​Fiziki Sağlamlıq: Qaçış, tullanma və tarazlıq hərəkətləri ilə uşaqların fiziki inkişafını dəstəkləmək.

​Mədəni irs: Unudulmaqda olan milli adət-ənənələrimizi yeni nəsilə sevdirmək.

​Komanda ruhu: Uşaqlar arasında dostluq, paylaşma və birlikdə qalib gəlmək bacarığını formalaşdırmaq.

​“Milli oyunlarımız — sağlam gələcəyimiz və zəngin irsimizdir!”

Naftalanda “12 avqust- Beynəlxalq Gənclər Günü” münasibətilə “Gənclik Dalğası: Gələcəyin Ruhu” mövzusunda tədbir keçiril...
12/08/2026

Naftalanda “12 avqust- Beynəlxalq Gənclər Günü” münasibətilə “Gənclik Dalğası: Gələcəyin Ruhu” mövzusunda tədbir keçirilib

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə gənclərin cəmiyyətin ictimai-sosial həyatında fəal iştirakının təşviqi, onların potensialının üzə çıxarılması, təşəbbüskarlığının və yaradıcılıq imkanlarının dəstəklənməsi məqsədilə “12 avqust- Beynəlxalq Gənclər Günü”münasibətilə “Gənclik Dalğası: Gələcəyin Ruhu” mövzusunda tədbir keçirilib.

Çıxışlarda gənclərin ölkənin ictimai, sosial, mədəni və idman həyatında fəal rolundan, dövlət gənclər siyasətinin əsas istiqamətlərindən və gənclərin inkişafı üçün yaradılan imkanlardan bəhs edilib. Gənclər öz fikir və təkliflərini bölüşərək gələcəyə dair baxışlarını ifadə ediblər.

Tədbirin sonunda Gənclər Gününün mahiyyətini və gənclərin cəmiyyətin inkişafındakı rolunu əks etdirən videoçarx nümayiş etdirilib, şəhərin ictimai-siyasi həyatında və dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi fəallığa görə
bir qrup gəncə Fəxri fərmanlar təqdim edilib.

📢Əziz idmansevərlər!13 avqust 2026-cı il tarixdə Naftalan şəhəri İsa Məmmədov məhəlləsində “Günəşli Təbəssümlər” adlı əy...
10/08/2026

📢Əziz idmansevərlər!

13 avqust 2026-cı il tarixdə Naftalan şəhəri İsa Məmmədov məhəlləsində “Günəşli Təbəssümlər” adlı əyləncəli idman tədbiri keçiriləcəkdir.

Uşaqları müntəzəm fiziki aktivliyə cəlb etmək, idmanı əyləncəli formada təqdim etmək, ekran vaxtını azaltmağa töhfə vermək, komanda ruhunu inkişaf etdirmək məqsədilə təşkil edilən tədbirdə 5-8 yaş və 9-13 yaşlı uşaqlar iştirak edə bilər.

🥋Naftalanda “12 Avqust – Beynəlxalq Gənclər Günü”nə həsr edilmiş cüdo turniri keçirilibGəncə-Daşkəsən Regional Gənclər v...
10/08/2026

🥋Naftalanda “12 Avqust – Beynəlxalq Gənclər Günü”nə həsr edilmiş cüdo turniri keçirilib

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun tədbirlər planına uyğun olaraq “12 Avqust – Beynəlxalq Gənclər Günü”nə həsr edilmiş cüdo turniri keçirilib.

✔️Naftalan şəhər UGİM-in cüdo bölməsinin yetirmələri arasında təşkil edilən yarışın açılış mərasimində çıxış edənlər ölkəmizdə aparılan gənclər siyasətindən və idmana göstərilən dövlət qayğısından söhbət açaraq iştirakçılara uğurlar arzulayıblar. Qarşılıqlı hörmət və sağlam rəqabət şəraitində keçirilən turnirin sonunda qaliblər Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif olunublar.

🎯 Naftalanı təmsil edən Zəfər komandası atıcılıq yarışında uğurla çıxış edib12 Avqust – Beynəlxalq Gənclər Günü münasibə...
07/08/2026

🎯 Naftalanı təmsil edən Zəfər komandası atıcılıq yarışında uğurla çıxış edib

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə 7 avqust 2026-cı il tarixində Gəncə Gənclər Evinin qarşısında Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Birlikdə Hədəfə” adlı güllə atıcılığı turniri keçirilib.

Turnirdə region sektorlarının gənclər təşkilatlarının və gənclərlə işləyən qurumların nümayəndələri iştirak edərək dəqiqlik, çeviklik və komanda ruhunu nümayiş etdiriblər. Yarış gənclər arasında dostluq və həmrəylik münasibətlərinin möhkəmləndirilməsinə, eləcə də sağlam rəqabət mühitinin formalaşmasına töhfə verib.

TURNİRİN NƏTİCƏLƏRİ:

🥇 I yer – “Şahinlər”
🔹 Samux könüllülərindən ibarət komanda

🥈 II yer – “Divizion”
🔹 “Gəncə ASAN-1” könüllülərdən ibarət komanda

🥉 III yer – “Zəfər”
🔹 Naftalan könüllülərdən ibarət komanda

Sonda qalib komandalar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

📸 Biz də trendə qoşulduq!Uşaqlar Naftalan şəhərində yerləşən “Sağlam Məhəllə” idman zonasında enerjiləri, pozitivliyi və...
07/08/2026

📸 Biz də trendə qoşulduq!

Uşaqlar Naftalan şəhərində yerləşən “Sağlam Məhəllə” idman zonasında enerjiləri, pozitivliyi və səmimi gülüşləri ilə bu trendə öz rənglərini qatdılar 😊

Address

Naftalan Ş. Qurbanov Küç1
Naftalan
AZ4600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994223522300

Alerts

Be the first to know and let us send you an email when Naftalan şəhəri üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naftalan şəhəri üzrə gənclər və idman sektoru:

Shortcuts

Share