Naftalan Şəhər İcra Hakimiyyəti

Naftalan Şəhər İcra Hakimiyyəti Hökumət təşkilatı

Sülh Aylığı çərçivəsində hüquqi maarifləndirici tədbir keçirilibNaftalan Şəhər İcra Hakimiyyəti və Ombudsmanın Qərb Regi...
03/09/2026

Sülh Aylığı çərçivəsində hüquqi maarifləndirici tədbir keçirilib

Naftalan Şəhər İcra Hakimiyyəti və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Naftalan Şəhər Heydər Əliyev Mərkəzində Ombudsman tərəfindən ölkəmizdə elan olunmuş Sülh Aylığı çərçivəsində “Sülh mədəniyyəti və İnsan hüquqlarının müdafiəsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.
Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul əməkdaşlar iştirak edib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişaf etdirilməsi, habelə ayrı-seçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün bütün formalarının qarşısının alınmasında xüsusi aktuallıq daşıdığını qeyd edib.
Digər natiqlər diqqətə çatdırmışdır ki, Sülh aylığın keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.

Növbəti vətəndaş qəbulu keçirilibNaftalan Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşl...
02/09/2026

Növbəti vətəndaş qəbulu keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətləri və irəli sürdükləri təkliflər dinlənilib. Sakinlərin müraciətlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib, müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Təhsil işçilərinin sentyabr konfransı keçirilibGoranboy rayonunda, Goranboy rayonu və Naftalan şəhəri üzrə təhsil işçilə...
01/09/2026

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

Goranboy rayonunda, Goranboy rayonu və Naftalan şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Goranboy-Naftalan təhsil sektorunun müdiri Vüsal Cəfərov və təhsil işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra iştirakçılar şagirdlərin əl işləri, yaradıcılıq nümunələri, müxtəlif layihələr çərçivəsində hazırlanmış materiallar və təhsil sahəsində əldə olunan nailiyyətləri əks etdirən sərgiyə baxış keçiriblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransda çıxış edən natiqlər təhsil sahəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirərək, ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun formalaşdırılması, müəllimlərin fəaliyyətinin dəstəklənməsi və gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd ediblər.
Konfransın sonunda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən təlim keçirilibAzərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 n...
28/08/2026

Dövlət İmtahan Mərkəzi tərəfindən təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə 25-28 avqust 2026-cı il tarixlərində Naftalan şəhərində dövlət qulluğunun təkmilləşdirilməsi və dövlət qulluqçularının peşəkar inkişafına dəstək məqsədilə “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.
Təlimlər zamanı dövlət qulluqçularının effektiv ünsiyyət qurmaq, vakant inzibati vəzifələrin idarə olunması, iş prosesində motivasiyanın artırılması, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və peşəkar fəaliyyətin səmərəli təşkili ilə bağlı bilik və bacarıqları artırılıb. Həmçinin mövzuya dair praktik nümunələr əsasında müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub.

“Azərbaycanın memarlıq irsinin qorunması və təbliğində Mehriban Əliyevanın rolu” “Şəhərsalma və Memarlıq İli” çərçivəsin...
25/08/2026

“Azərbaycanın memarlıq irsinin qorunması və təbliğində Mehriban Əliyevanın rolu”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan memarlıq irsinin qorunması və təbliğində Mehriban Əliyevanın rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və gənclər iştirak edib.
Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini özündə ehtiva edən kitab sərgisinə baxış keçirilib, sənədli film nümayiş olunub.
Tədbirdə dövlətimiz tərəfindən Azərbaycan memarlıq və mədəni irsinin qorunması, tarixi-mədəni və dini abidələrin bərpası, onların özünəməxsus memarlıq xüsusiyyətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdən bəhs olunub.
Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsləri və mühüm fəaliyyəti xüsusi qeyd edilib. Mehriban xanım Əliyevanın milli-mədəni irsin qorunması, tarixi abidələrin bərpası, eləcə də Azərbaycanın zəngin memarlıq irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətinin əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən milli və dünya mədəni irsinin qorunması və bərpası, mədəniyyətlərarası dialoqun təşviqi, xeyriyyəçilik və humanitar təşəbbüslərin dəstəklənməsi istiqamətində həyata keçirilən çoxsaylı layihələrdən bəhs olunub.

26 Avqust - Laçın şəhəri günüdürAzərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin tarixi 1923-cü ildən başlayır. Həm...
25/08/2026

26 Avqust - Laçın şəhəri günüdür

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin tarixi 1923-cü ildən başlayır. Həmin il Abdallar kənd yaşayış məntəqəsinin adı dəyişdirilərək Laçın adlandırılıb və yaşayış məntəqəsinə şəhər statusu verilib. 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi yaradılıb. 8 avqust 1930-cu ildə təşkil olunan rayonun inzibati mərkəzi Laçın şəhəri müəyyən edilib.
Azərbaycanın cənub-qərb hissəsində yerləşən Laçın rayonu əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilir. Rayon şimalda Kəlbəcər, cənubda Qubadlı, şərqdə Xocalı, Şuşa və Xocavənd rayonları ilə, qərbdə isə Ermənistanla həmsərhəddir. İnzibati baxımdan rayonun tərkibinə Laçın şəhəri, 1 qəsəbə və 125 kənd daxildir
Laçın rayonunun ümumi ərazisi 1835 kvadrat kilometr təşkil edir. Rayon əsasən dağlıq relyefi, zəngin təbii landşaftları və əlverişli iqlim xüsusiyyətləri ilə fərqlənir. Ərazinin mühüm hissəsini geniş yaylaq sahələri və meşə massivləri təşkil edir. Laçın 72 min hektar yaylaq sahəsinə və 34 min hektar meşə ərazisinə malikdir. Bu təbii sərvətlər rayonun kənd təsərrüfatı, heyvandarlıq, ekoturizm və digər sahələrin inkişafı baxımından böyük potensiala sahib olduğunu göstərir.
Dağlıq əraziləri, meşələri, yaylaqları və zəngin təbiəti Laçına özünəməxsus gözəllik bəxş edir. Rayonun təbii-coğrafi xüsusiyyətləri burada tarixən yaylaq maldarlığının inkişafına şərait yaradıb. Eyni zamanda, zəngin meşə örtüyü və təbii landşaftlar Laçının turizm və rekreasiya imkanlarını daha da artırır.
Tarixi keçmişi, mühüm coğrafi mövqeyi və zəngin təbii ehtiyatları ilə Laçın rayonu Azərbaycanın xüsusi əhəmiyyət daşıyan bölgələrindən biridir. Bu xüsusiyyətlər Laçının həm tarixi-mədəni, həm də sosial-iqtisadi baxımdan ölkəmizin mühüm ərazilərindən biri kimi formalaşmasında mühüm rol oynayıb.
Strateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun dinc əhalisi doğma torpaqlarından məcburi şəkildə didərgin salınıb və uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur olub.
İşğalın ağır nəticələri Laçın rayonunun əhalisinin taleyində, eləcə də rayonun sosial-iqtisadi və mədəni həyatında özünü göstərib. İşğal zamanı 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. Rayon əhalisinin etnik təmizləməyə məruz qalması nəticəsində minlərlə insan öz doğma yurdlarından uzaqda yaşamaq məcburiyyətində qalıb.
İşğal dövründə Laçının infrastrukturuna və sosial obyektlərinə də ciddi ziyan vurulub. Rayon ərazisində 217 mədəniyyət, 101 təhsil və 142 səhiyyə müəssisəsi, həmçinin 462 ticarət obyekti, 30 rabitə müəssisəsi, 133 idarə və müəssisə talan edilərək dağıdılıb. Bundan başqa, 5 musiqi məktəbi, internat məktəbi, orta texniki peşə məktəbi, 2 avtonəqliyyat müəssisəsi və müxtəlif təyinatlı istehsal obyektləri də işğalın dağıdıcı nəticələrindən zərər çəkib.
Laçının tarixi-mədəni irsinə qarşı törədilən vandalizm də işğalın ən ağır nəticələrindən biri olub. Rayon ərazisində yerləşən 54 dünya və 200-dən artıq yerli əhəmiyyətli tarixi-mədəni abidə dağıntılara və vandalizmə məruz qalıb. Bu faktlar yalnız maddi itkiləri deyil, həm də xalqımızın əsrlər boyu formalaşdırdığı tarixi və mədəni irsə vurulan böyük zərəri əks etdirir.
Beləliklə, Laçının işğalı nəticəsində rayonun demoqrafik quruluşuna, iqtisadi potensialına, sosial infrastrukturuna və tarixi-mədəni irsinə ciddi ziyan vurulub. Uzun illər davam edən işğal və məcburi köçkünlük dövrü Laçın sakinlərinin yaddaşında ağır izlər buraxsa da, doğma torpağa qayıdış ümidi heç vaxt sönməyib.
Laçının işğalının arxasında mürəkkəb siyasi proseslər və ciddi strateji hesablamalar dayanırdı. Həmin dövrdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik və hakimiyyət uğrunda mübarizə müdafiə imkanlarına da mənfi təsir göstərmişdi.
1992-ci ildə Şuşa və Laçının işğalı Azərbaycanın təhlükəsizliyi baxımından ağır nəticələr doğurdu. Xüsusilə Laçının itirilməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaranmasına şərait yaratdı. Bu baxımdan Laçının işğalı Azərbaycanın sonrakı ərazi itkilərinin əsas mərhələlərindən biri kimi qiymətləndirilir.
Laçının itirilməsi həm hərbi-strateji, həm də siyasi baxımdan ölkə üçün böyük faciə və ciddi sınaq oldu. Lakin uzun illər sonra bu torpaqların azad edilməsi tarixi ədalətin bərpası ilə nəticələndi.
İşğal dövründə Ermənistan Laçın rayonunda beynəlxalq hüquq normalarını və Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərini pozan siyasət həyata keçirib. Rayonun tarixi coğrafi adları dəyişdirilib, təbii sərvətlər qanunsuz şəkildə istismar olunaraq gəlir mənbəyinə çevrilib.
Bununla yanaşı, işğal olunmuş ərazilərdə məqsədyönlü məskunlaşdırma siyasəti aparılıb. Əsasən Suriyadan olan erməni əsilli şəxslərin Laçın ərazisində yerləşdirilməsi ilə rayonun demoqrafik quruluşunun dəyişdirilməsinə cəhd göstərilib. Bu addımlar ərazinin etnik və demoqrafik tərkibinə qanunsuz müdaxilə kimi qiymətləndirilir.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının taleyində də mühüm dönüş yaratdı. Müharibədən sonra imzalanmış üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycanın nəzarətinə qaytarıldı.
Tarixi proses bununla yekunlaşmadı. 26 avqust 2022-ci ildə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bununla Laçın şəhərinin uzun illər davam edən işğalına son qoyuldu və şəhərin inkişafı, bərpası və sakinlərinin doğma yurda qayıdışı üçün yeni mərhələ başlandı.
Laçının azadlığı Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamının və dövlətimizin qətiyyətli siyasətinin mühüm nəticələrindən biri kimi tarixə düşdü. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi qərara alınıb. Həmin Sərəncama əsasən, 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib.
Bu tarix Laçının azadlığı ilə yanaşı, şəhərin və rayonun yeni inkişaf mərhələsinin başlanğıcını da simvolizə edir. 26 avqust 2022-ci ildə Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsindən sonra burada genişmiqyaslı bərpa, quruculuq və yenidən məskunlaşma işlərinə başlanılıb.
Bu gün Laçın müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur, yeni yaşayış məhəllələri, sosial obyektlər və infrastruktur layihələri həyata keçirilir. Doğma yurda qayıdan sakinlərin rahat yaşayışının təmin edilməsi ilə yanaşı, Laçının turizm, kənd təsərrüfatı və iqtisadi potensialının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.
26 Avqust – Laçın şəhəri günü həm tarixi Zəfərin, həm də azad Laçının dirçəlişinin rəmzidir. Bu əlamətdar gün Laçının keçmişinə ehtiramı, bu gününə qüruru və gələcəyinə inamı özündə birləşdirir.

Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdəAzərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keçdiyi inkişaf yol...
24/08/2026

Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə

Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keçdiyi inkişaf yolu təkcə iki qardaş dövlət arasında əlaqələrin genişlənməsini deyil, həm də Avrasiya məkanında ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları çərçivəsində yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasını əks etdirən mühüm göstəricidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana etdiyi dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinə və qarşılıqlı münasibətlərin yeni mərhələyə yüksəlməsinə zəmin yaradacaq. İki ölkə arasındakı münasibətlərin ideya-mənəvi əsasını əsrlər boyu formalaşmış ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, xalqlarımız arasında mövcud olan qarşılıqlı rəğbət və qardaşlıq bağları təşkil edir. Son illərdə isə bu tarixi və mədəni yaxınlıq daha konkret siyasi məzmun qazanaraq dövlətlərarası əlaqələrin institusional əsaslarının möhkəmlənməsi ilə müşayiət olunur. Azərbaycanla Özbəkistan arasında əlaqələr getdikcə güclənir və iki qardaş ölkə arasında əməkdaşlıq Avrasiya üçün mühüm əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsinə də töhfə verir.
Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış dostluq münasibətləri, qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoq Azərbaycan–Özbəkistan əlaqələrinin dinamik inkişafında mühüm rol oynayır. Dövlət başçıları arasında qarşılıqlı səfərlər iki ölkənin münasibətlərə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Belə ki, son beş il ərzində dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin reallaşması siyasi dialoqun yüksək dinamizmini və Azərbaycan–Özbəkistan münasibətlərinin hər iki ölkənin xarici siyasətində xüsusi prioritet təşkil etdiyini nümayiş etdirir.
Azərbaycan–Özbəkistan əməkdaşlığı son illərdə siyasi və diplomatik əlaqələrlə yanaşı, iqtisadiyyat, energetika, nəqliyyat və digər strateji sahələrdə də dinamik inkişaf mərhələsinə qədəm qoyub. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və biznes dairələri arasında əlaqələrin intensivləşdirilməsi iki ölkənin iqtisadi tərəfdaşlığının əsas istiqamətlərini təşkil edir.
Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində fəal iştirakı iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mənəvi-siyasi mahiyyətini əks etdirən mühüm istiqamətlərdən biridir. Qardaş Özbəkistanın bu prosesə verdiyi dəstək Azərbaycanın ərazi bütövlüyünə hörmətin, ölkəmizin ədalətli mövqeyinə göstərilən siyasi dəstəyin və Azərbaycan xalqı ilə həmrəyliyin əyani təzahürüdür.
Bu əməkdaşlığın ən mühüm nümunələrindən biri Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşa edilərək istifadəyə verilməsidir. Sözügedən layihə yalnız təhsil infrastrukturunun yaradılması baxımından deyil, həm də iki qardaş xalqı birləşdirən tarixi, mədəni və mənəvi bağların simvolu kimi xüsusi əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığın yüksək səviyyədə olduğunu, bu münasibətlərin siyasi bəyanatlarla məhdudlaşmayaraq konkret və praktiki layihələrdə öz ifadəsini tapdığını nümayiş etdirir.
Energetika sahəsində həyata keçirilən birgə təşəbbüslər və əldə olunan razılaşmalar qarşılıqlı əməkdaşlığın yeni perspektivlərini ortaya qoyur. Nəqliyyat və logistika istiqamətində isə Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən marşrutların əhəmiyyətinin artmasına, yükdaşımaların şaxələndirilməsinə və tranzit imkanlarının genişləndirilməsinə xidmət edir.
Son illərdə imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar əməkdaşlığın hüquqi və institusional bazasını daha da möhkəmləndirib. Bu proses göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi əməkdaşlıq çərçivəsindən kənara çıxaraq uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan strateji iqtisadi tərəfdaşlıq modelinə doğru inkişaf edir. Yeni layihələrin və təşəbbüslərin reallaşdırılması isə iki ölkə arasında iqtisadi əlaqələrin daha da şaxələndirilməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsinə geniş imkanlar yaradır.
Siyasi etimad, yüksək səviyyəli dialoq, institusional mexanizmlər, nəqliyyat və enerji layihələri, Türk dünyası çərçivəsində inteqrasiya və Azərbaycanın Mərkəzi Asiya ilə yeni formatda yaxınlaşması bir-birini tamamlayan vahid strateji sistem formalaşdırır.
Səfər çərçivəsində diqqət çəkən mühüm məqamlardan biri Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı təltifolunma mərasiminin keçirilməsi olub. Mərasim iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsinin rəmzi ifadəsi kimi diqqət çəkib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin ali dövlət təltiflərindən biri olan ali dərəcəli “Dostluq” ordenini təqdim edib. Bu yüksək təltif dövlət başçısının Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfənin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib. Bu təltif də Özbəkistan liderinin Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində, ikitərəfli əməkdaşlığın genişləndirilməsində və iki qardaş xalq arasında tarixi bağların daha da möhkəmləndirilməsində göstərdiyi xidmətlərə verilən yüksək qiymətin ifadəsidir.
Qarşılıqlı təltiflər Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də dərin dostluq, qarşılıqlı hörmət və etimada əsaslandığını bir daha nümayiş etdirir. Bu mühüm hadisə iki ölkə liderləri arasında formalaşmış yüksək səviyyəli münasibətlərin və Azərbaycan–Özbəkistan tərəfdaşlığının strateji xarakterinin simvolik ifadəsi kimi qiymətləndirilə bilər.
Bu mənada Azərbaycan–Özbəkistan müttəfiqliyi yalnız iki dövlətin milli maraqlarına xidmət edən tərəfdaşlıq deyil. O, eyni zamanda Türk dünyasının daha sıx inteqrasiyası, Orta Dəhlizin inkişafı, yaşıl enerji marşrutlarının yaradılması, Mərkəzi Asiya ilə Cənubi Qafqazın geoiqtisadi baxımdan yaxınlaşması və bütövlükdə Avrasiyada yeni əməkdaşlıq arxitekturasının formalaşmasının mühüm dayaqlarından birinə çevrilməkdədir. Bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsinə və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verir.

Möhkəmlənən strateji tərəfdaşlıq və yeni əməkdaşlıq imkanlarıİki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasib...
22/08/2026

Möhkəmlənən strateji tərəfdaşlıq və yeni əməkdaşlıq imkanları

İki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə, xalqlarımızın əsrlər boyu qoruyub saxladığı birlik, həmrəylik və qarşılıqlı rəğbətə əsaslanır.Bu möhkəm tarixi-mənəvi bünövrə dövlətlərarası əlaqələrin inkişafı üçün etibarlı zəmin yaradıb.
Son illərdə Azərbaycan–Özbəkistan münasibətləri dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlərin intensivliyi və xalqlarımız arasında mövcud olan möhkəm dostluq münasibətləri iki ölkə arasındakı əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin inkişaf perspektivləri baxımından mühüm siyasi mesajlar ehtiva edir. Dövlət başçısının fikirləri bir daha göstərir ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər artıq yalnız tarixi-mədəni yaxınlıq və qardaşlıq hissləri ilə məhdudlaşmır.
Bu gün Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər siyasi müttəfiqliyin iqtisadi, enerji, nəqliyyat, humanitar və regional əməkdaşlıqla tamamlandığı çoxşaxəli tərəfdaşlıq modelidir. Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, ikitərəfli əlaqələr həm xalqlarımızın tarixi və mədəni yaxınlığına, həm də müasir dövlət maraqlarının üst-üstə düşməsinə əsaslanır.
Dövlət başçılarının siyasi iradəsi bu möhkəm təməli konkret müqavilələr, institusional mexanizmlər və birgə layihələrlə daha da möhkəmləndirir. Başqa sözlə, Azərbaycan–Özbəkistan münasibətlərində qardaşlıq hissləri artıq konkret dövlət siyasəti və uzunmüddətli strateji əməkdaşlıq mexanizmləri ilə tamamlanır.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi də siyasi dialoqun dinamik inkişafının mühüm göstəricisidir. Son beş ildə həyata keçirilən 15 yüksək səviyyəli qarşılıqlı səfər iki ölkə arasında siyasi münasibətlərin yüksək tempdə inkişaf etdiyini göstərir.
2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə arasındakı münasibətlərin hüquqi-siyasi bazasını daha da gücləndirib.
2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli siyasi dialoqun institusional əsaslarını möhkəmləndirən mühüm mexanizmlərdən biridir. Bu platforma iki ölkənin strateji əməkdaşlığının prioritet istiqamətlərini müəyyənləşdirmək və əldə olunan razılaşmaların icrasını əlaqələndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əlaqələrin inkişafına da ciddi təsir göstərir. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin artması, investisiya əməkdaşlığının genişlənməsi və birgə istehsal layihələrinin həyata keçirilməsi iqtisadi tərəfdaşlığın getdikcə daha sistemli xarakter aldığını göstərir.
2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin yanvar–may aylarında isə daha 33 faiz yüksəlməsi müsbət dinamikanın mühüm göstəricisidir.
Bu rəqəmlər Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin yalnız ticarət mübadiləsi ilə məhdudlaşmadığını göstərir. İki ölkə getdikcə daha çox birgə istehsal, investisiya, sənaye kooperasiyası və texnoloji əməkdaşlıq modelinə keçir. Bu isə münasibətlərin iqtisadi əsaslarını daha da möhkəmləndirərək onları uzunmüddətli xarakterə gətirir.
Azərbaycan və Özbəkistanın sənaye potensialının, investisiya imkanlarının və nəqliyyat-logistika üstünlüklərinin bir-birini tamamlaması gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Qarşılıqlı investisiyaların artması isə iqtisadi əlaqələrin daha dayanıqlı və şaxələndirilmiş xarakter almasına xidmət edir.
Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı ikitərəfli münasibətlərin mənəvi-siyasi mahiyyətini nümayiş etdirən xüsusi istiqamətlərdən biridir.
Bu iştirak yalnız iqtisadi və ya infrastruktur layihəsi kimi qiymətləndirilə bilməz. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək qardaş ölkənin Azərbaycanın ərazi bütövlüyünə münasibətinin, siyasi mövqeyinin və həmrəyliyinin konkret ifadəsidir.
Füzulidə Mirzə Uluqbəy adına məktəbin yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Layihə iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin yalnız siyasi bəyanatlarda deyil, konkret əməli fəaliyyətlərdə də öz əksini tapdığını nümayiş etdirir.
Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlıq da yeni məzmun qazanır. Neft-qaz sektorunda mövcud əməkdaşlıq artıq praktiki nəticələrlə müşayiət olunur. Bununla yanaşı, qarşıdakı dövr üçün daha böyük perspektivlərdən biri yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsidir.
Bu proses Azərbaycanın yalnız ənənəvi enerji ixracatçısı kimi deyil, eyni zamanda enerji tranziti və yaşıl enerji bağlantılarının əsas iştirakçılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə imkan yarada bilər.
Beləliklə, enerji sahəsində əməkdaşlıq iki ölkənin ikitərəfli münasibətləri çərçivəsindən çıxaraq daha geniş regional enerji təhlükəsizliyi və enerji bağlantıları kontekstində əhəmiyyət qazanır.
Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat marşrutları üzərində yerləşməsi, Özbəkistanın isə Mərkəzi Asiyanın mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən biri olması iki ölkənin bu sahədə əməkdaşlığını strateji əhəmiyyətli edir.
2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının 1,4 milyon tona çatması və 2026-cı ilin ilk yarısında artımın davam etməsi Orta Dəhlizin əhəmiyyətinin getdikcə yüksəldiyini göstərir.
Azərbaycanın Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat imkanları ilə Özbəkistanın regiondakı mövqeyinin uzlaşdırılması yeni logistika marşrutlarının inkişafı üçün geniş perspektivlər açır.
Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığına yalnız ikitərəfli münasibətlər kontekstində yanaşmaq kifayət deyil. Bakı–Daşkənd xətti Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən daha geniş geosiyasi və geoiqtisadi xəttin mühüm elementinə çevrilir.
İqtisadi, siyasi və nəqliyyat əməkdaşlığı ilə yanaşı, mədəni-humanitar əlaqələr də Azərbaycan–Özbəkistan münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Çünki iki ölkə arasında strateji tərəfdaşlığın dayanıqlığını təmin edən əsas amillərdən biri xalqların bir-birinə olan tarixi və mənəvi yaxınlığıdır.
Azərbaycan və Özbəkistanın mədəniyyət günləri, Şuşa Günləri, elmi və ədəbi tədbirlər, təhsil proqramları, qarşılıqlı nümayəndə heyətlərinin səfərləri xalqlarımız arasında birbaşa əlaqələri daha da genişləndirir.
Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması, Bakıda “Özbəkistan” parkının salınması iki xalqın ortaq mədəni irsə verdiyi dəyərin simvolik ifadələrindəndir.
Bu cür layihələr göstərir ki, Azərbaycan–Özbəkistan münasibətlərində mədəniyyət yalnız humanitar əməkdaşlıq sahəsi deyil, eyni zamanda xalqlar arasında qarşılıqlı etimadı və uzunmüddətli tərəfdaşlığı gücləndirən mühüm amildir.
Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatında fəal mövqeyi də ikitərəfli münasibətlərin regional və beynəlxalq əhəmiyyətini artırır. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna qoşulması ortaq tarixi və mədəni irsin qorunması baxımından mühüm addım olmaqla yanaşı, türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da dərinləşməsinə imkan yaradır.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı isə Cənubi Qafqazla Mərkəzi Asiya arasında regionlararası əməkdaşlıq üçün yeni imkanlar formalaşdırır. Beləliklə, Bakı–Daşkənd münasibətləri yalnız iki ölkənin ikitərəfli əməkdaşlığı baxımından deyil, bütövlükdə Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası baxımından da xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini də aydın şəkildə ortaya qoyur. Formalaşan əməkdaşlıq modelinin siyasi dayaqlarını qarşılıqlı etimad və siyasi iradə, iqtisadi əsaslarını investisiya və istehsal əməkdaşlığı, geoiqtisadi dayaqlarını nəqliyyat və enerji layihələri, mənəvi əsaslarını isə ortaq türk irsi təşkil edir.
Bakı ilə Daşkənd arasında qurulan bu yeni münasibətlər modeli həm iki ölkənin milli maraqlarına, həm də bütövlükdə regionda sülhün, sabitliyin, iqtisadi inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

“Azərbaycan" qəzetində “Naftalanda şəhid övladlarının ad günləri” başlıqlı məqalə dərc edilib
21/08/2026

“Azərbaycan" qəzetində “Naftalanda şəhid övladlarının ad günləri” başlıqlı məqalə dərc edilib

Növbəti maarifləndirici tədbir keçirilibNaftalan Şəhər İcra Hakimiyyəti və Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı il...
20/08/2026

Növbəti maarifləndirici tədbir keçirilib

Naftalan Şəhər İcra Hakimiyyəti və Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dərs vaxtı dərs üçündür” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ümumilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
ŞİH-nin məsul əməkdaşı çıxışında şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, şagirdlərin məktəb dərslərində tam və müntəzəm iştirakı, dərs prosesinə məsuliyyətli yanaşması və dərs vaxtından səmərəli istifadə etməsi təhsilin keyfiyyəti baxımından mühüm əhəmiyyət daşıyır.
Polis əməkdaşları öz çıxışlarında kibercinayətkarlıqla mübarizə istiqaməti üzrə şagirdlərə internet və sosial şəbəkələrdən təhlükəsiz istifadə, şəxsi məlumatların qorunması və kibertəhlükələrdən müdafiə yolları barədə məlumat veriblər, narkotik vasitələrin insan sağlamlığına və gələcəyinə yaratdığı təhlükələrdən danışıblar, gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Həmçinin, Polis Akademiyasına qəbul qaydaları, qəbul üçün tələb olunan şərtlər, təhsil imkanları və gələcək karyera perspektivləri barədə şagirdlərə ətraflı məlumat verilib.
Sonda tədbirin mövzusu ətrafında video materiallar nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb.
Tədbirin əsas məqsədi şagirdlərin dərs prosesində iştirakının təmin edilməsi, hüquqi və təhlükəsizlik sahəsində maarifləndirilməsi, eləcə də onların sağlam və düzgün həyat tərzinə istiqamətləndirilməsidir.

Address

Naftalan şəhəri, Heydər Əliyev Prospekti 77
Naftalan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994223523188

Alerts

Be the first to know and let us send you an email when Naftalan Şəhər İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naftalan Şəhər İcra Hakimiyyəti:

Shortcuts

Share