Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi 🇦🇿Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin rəsmi "facebook" səhifəsi

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yeni internet saytı istifadəyə verilibNaxçıvan Muxtar Respublikası Mal...
18/08/2026

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yeni internet saytı istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin müasir tələblərə cavab verən yeni internet saytı istifadəyə verilib.

Yeni platformada Nazirliyin fəaliyyəti, maliyyə sahəsində həyata keçirilən tədbirlər və yeniliklər, qanunvericilik sənədləri, elektron xidmətlər, onlayn müraciət, xəbərlər, elanlar, foto və videomateriallar, maliyyə göstəriciləri və digər faydalı məlumatlar təqdim olunur.

Yeni internet saytı məlumatların əlçatanlığının və vətəndaşlarla rəqəmsal kommunikasiyanın daha da təkmilləşdirilməsinə xidmət edir.

"Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanu...
14/08/2026

"Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə Hesablama Palatasının səlahiyyətləri genişləndirilib, büdcə layihəsinə və icrasına rəy verilməsi, habelə kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsi ilə bağlı yeni müddəalar müəyyən olunub.

Ətraflı: https://president.az/az/articles/view/73277

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan...
12/08/2026

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

https://president.az/az/articles/view/73260

Maliyyə Nazirliyinin əməkdaşı Məmmədnağı Əkbərov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"ndə İdarə Heyəti sədrinin ...
05/08/2026

Maliyyə Nazirliyinin əməkdaşı Məmmədnağı Əkbərov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"ndə İdarə Heyəti sədrinin müavini təyin olunub

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 avqust 2026-cı il tarixli Sərəncamına əsasən Məmmədnağı Asiman oğlu Əkbərov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Məmmədnağı Əkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.

Məmmədnağı Əkbərovu yeni təyinatı münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2026-cı il tarixli Sərəncamı ilə Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar...
04/08/2026

Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2026-cı il tarixli Sərəncamı ilə Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Nurlan Hacıyev bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Nurlan Hacıyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

1990-cı il iyulun 22-də Ulu Öndər Heydər Əliyevin doğma diyarı Naxçıvana tarixi qayıdışı baş tutmuşdur. Azərbaycanın qur...
22/07/2026

1990-cı il iyulun 22-də Ulu Öndər Heydər Əliyevin doğma diyarı Naxçıvana tarixi qayıdışı baş tutmuşdur. Azərbaycanın qurtuluş salnaməsinin, müstəqillik və inkişaf yolunun mühüm başlanğıc nöqtələrindən biri məhz həmin gün qoyulmuşdur.

22 İyul – Milli Mətbuat Günüdür. Bu gün Azərbaycan milli mətbuatı 151-ci ildönümünü qeyd edir.
22/07/2026

22 İyul – Milli Mətbuat Günüdür.
Bu gün Azərbaycan milli mətbuatı 151-ci ildönümünü qeyd edir.

21/07/2026

2026-cı ilin birinci yarımili üzrə muxtar respublika büdcəsinin icra göstəriciləri açıqlanıb-VİDEO

Address

21 Cəlil Məmmədquluzadə
Nakhchivan
7003

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365503333

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi:

Shortcuts

Share