Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin səhifəsi

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ş...
31/08/2026

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.

“Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşıladı.

26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək! Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam...
26/08/2026

26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək! Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam irsimizi qürurla yaşadırıq.

Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heyd...
26/08/2026

Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

Dağların qoynunda yerləşən, təbiətin əsrarəngiz gözəlliyi ilə seçilən Laçın bir neçə ildir ki, yenidən öz doğmalarını ba...
26/08/2026

Dağların qoynunda yerləşən, təbiətin əsrarəngiz gözəlliyi ilə seçilən Laçın bir neçə ildir ki, yenidən öz doğmalarını bağrına basır. Bir vaxtlar həsrətin və niskilin ünvanlarından biri olan bu qədim yurd bu gün Zəfərin, qayıdışın və quruculuğun rəmzlərindən birinə çevrilib.

Son 6 ildə şanlı Zəfər salnaməsinə bir-birindən möhtəşəm səhifələr yazan Azərbaycan 2022-ci il avqustun 26-da daha bir qürurverici və əlamətdar hadisəyə imza atdı. Həmin gün Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da mühüm strateji əhəmiyyətə malik Laçın diyarının işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur.

Prezident İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" pa...
23/08/2026

Prezident İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar.

https://president.az/az/articles/view/73335

Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib.Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayı...
23/08/2026

Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib.

Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində doğulub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas - skripka və bəstəkarlıq üzrə təhsilini davam etdirib.
1990-cı ildə Xalq artisti adı alan sənətçi Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif edilib.
Bəstəkar yarım əsrdən artıq Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.
Dünyaşöhrətli bəstəkarın yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edib.
O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.

Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoye...
23/08/2026

Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

https://president.az/az/articles/view/73324

Həsən Seyidov Şərur rayonunda vətəndaşları qəbul edibAvqustun 21-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin mü...
21/08/2026

Həsən Seyidov Şərur rayonunda vətəndaşları qəbul edib

Avqustun 21-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov tərəfindən Şərur rayonunda vətəndaş qəbulu keçirilib.

Əvvəlcə nazir müavini Həsən Seyidov və Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Şərur Rayon Mədəniyyət Sarayının inzibati binasında keçirilən qəbulda 26 vətəndaş iştirak edib. Nazir müavini rayon sakinlərinin hər birini fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib.

Qəbul zamanı vətəndaşların qaldırdıqları problemlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, məsələlərin həlli nəzarətə götürülüb,bəzi məsələlər yerində həll edilib.
Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Address

Nakhchivan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share