Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman

Ombudsman aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.Azərbaycan dövlətçilik tarixində müstəs...
10/05/2026

Ombudsman aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, qarşısına gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilibMayın 10-da Naxçıvanda Ümummilli ...
10/05/2026

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Mayın 10-da Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları və digər rəsmi şəxslər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Muzeyin dəyərli eksponatlarına baxış zamanı Ulu Öndər Heydər Əliyevin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçı...
15/03/2026

Martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır. İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü 1983-cü il martın 15-dən beynəlxalq səviyyədə qeyd olunur.

Ombudsman aparatının əməkdaşı stolüstü tennis yarışında fərqlənibMartın 13-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət ...
13/03/2026

Ombudsman aparatının əməkdaşı stolüstü tennis yarışında fərqlənib

Martın 13-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis birinciliyi keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 26 iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Elçin Ağayev stolüstü tennis üzrə keçirilən birincilikdə uğurla çıxış edərək III yerə layiq görülüb.
Yarışın yekununda ilk üç yerin sahiblərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.

“Ali təhsil müəssisələrində insan hüquqları” mövzusunda açıq mühazirə keçirilibNaxçıvan Muxtar Respublikasının İnsan Hüq...
11/03/2026

“Ali təhsil müəssisələrində insan hüquqları” mövzusunda açıq mühazirə keçirilib

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə hüquqi maarifləndirici açıq mühazirə həyata keçirilib.
Tədbirdə Ombudsman aparatının əməkdaşları, institutun müəllim və tələbə heyəti, həmçinin media nümayəndələri iştirak edib.
Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov tədbiri giriş sözü ilə açaraq, Ombudsman aparatı ilə birgə keçirilən tədbirlərin tələbələrdə hüquq düşüncəsi və mədəniyyətinin formalaşmasına, həmçinin məlumatlılıq səviyyəsinin artırılmasına töhfə verdiyini vurğulayıb.
Sonra Ombudsmanın əməkdaşları Samir Tarverdiyev “Ali təhsil müəssisələrində insan hüquqları”, Nuranə Kərimova isə “Ombudsmanın fəaliyyət istiqamətləri: müasir çağırışlar və insan hüquqlarına əsaslanan tərəfdaşlıq” mövzusunda çıxış ediblər.
Çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, o cümlədən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib. Ali təhsil müəssisələrində hüquqi şüurun formalaşdırılması, insan hüquqları üzrə beynəlxalq və milli prinsiplər, həmçinin təhsil sistemində insan hüquqlarının qorunması və təşviqi sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

08/03/2026

Ombudsman tərəfindən Șəkərabad kənd məktəbində monitorinq aparılıbOmbudsman Günay Rzayeva tərəfindən İran ərazisindən pi...
06/03/2026

Ombudsman tərəfindən Șəkərabad kənd məktəbində monitorinq aparılıb

Ombudsman Günay Rzayeva tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilmiş hücum nəticəsində Babək rayonunun Şəkərabad kəndində məktəbə yaxın ərazinin hədəfə alınması faktı ilə bağlı BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəaları baxımından ușaq hüquqlarının monitorinqi həyata keçirilib.
Monitorinq çərçivəsində Ombudsman məktəbin müəllim kollektivi və aidiyyəti şəxslərlə görüş keçirərək hadisənin uşaqların həyat, təhlükəsizlik və təhsil hüquqlarına mümkün təsiri ilə bağlı məlumatlar toplayıb və hüquqi qiymətləndirmə aparıb.
Eyni zamanda məktəbin şagirdləri ilə görüş keçirilərək baş vermiş hadisə nəticəsində uşaqlarda yarana biləcək narahatlıq və gərginliyin aradan qaldırılması məqsədilə Ombudsman Aparatı tərəfindən psixoloji dəstək tədbirləri həyata keçirilib.
Monitorinq zamanı əldə olunan məlumatlar sənədləşdirilərək hadisənin uşaqların hüquqları baxımından yaratdığı risklər qiymətləndirilib və bu istiqamətdə məktəbin rəhbər və pedoqoji kollektivinə tövsiyələr verilib.

06/03/2026

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) reaksiyası

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) reaksiyasıNaxçıvan Muxtar Respublikasına...
05/03/2026

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) reaksiyası

Naxçıvan Muxtar Respublikasına İran ərazisindən 5 mart 2026-cı il tarixdə həyata keçirilmiș pilotsuz uçuş aparatı hücumları, xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinin və Şəkərabad kəndində məktəbə yaxın ərazinin hədəf alınması mülki əhalinin, o cümlədən uşaqların təhlükəsizliyi baxımından kəskin șəkildə pislənilir.
Mülki obyektlərin və təhsil müəssisələrinin yaxınlığında baş verən belə hücumlar beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin – xüsusilə mülki şəxslərin qorunması prinsipinin kobud şəkildə pozulmasıdır.

04/03/2026

Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib

Address

Nakhchivan

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman:

Shortcuts

Share