Naxçıvan MR Həmkarlar İttifaqları Şurası

Naxçıvan MR Həmkarlar İttifaqları Şurası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naxçıvan MR Həmkarlar İttifaqları Şurası, Public & Government Service, Nakhchivan.

Növbəti bir qrup həmkarlar ittifaqı üzvünün Ağbulaqda istirahəti təşkil olunubAvqustun 15-də Naxçıvan Muxtar Respublikas...
16/08/2026

Növbəti bir qrup həmkarlar ittifaqı üzvünün Ağbulaqda istirahəti təşkil olunub

Avqustun 15-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə növbəti bir qrup həmkarlar ittifaqı üzvünün Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub.

“Yay düşərgəsi” layihəsi çərçivəsində təşkil olunan səfər zamanı iştirakçıların asudə vaxtının səmərəli və mənalı təşkili üçün zəngin proqram hazırlanıb. İki gün ərzində ittifaq üzvləri üçün intellektual bilik yarışları, canlı musiqi proqramı və müxtəlif əyləncəli oyunlar keçirilib. Həmçinin istirahət edənlər gündə üç dəfə qidalanma ilə təmin olunublar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən həyata keçirilən “Yay düşərgəsi” layihəsində ittifaq üzvləri həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində yaddaqalan, mənalı keçirə bilərlər.

Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə ittifaq üzvlərinin növbəti yay düşərgəsi baş tutubAvqustu...
09/08/2026

Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə ittifaq üzvlərinin növbəti yay düşərgəsi baş tutub

Avqustun 8-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən təşkil olunan növbəti yay düşərgəsi çərçivəsində 47 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahəti təşkil olunub.
İştirakçıların asudə vaxtının mənalı təşkili məqsədilə mərkəzdə müxtəlif əyləncəli və intellektual proqramlar keçirilib. Tədbir çərçivəsində təşkil olunan canlı musiqi, intellektual bilik yarışları və maraqlı oyunlar ittifaq üzvlərində xoş təəssürat yaradıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının həyata keçirdiyi “Yay düşərgəsi” layihəsi çərçivəsində ittifaq üzvləri həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində səmərəli və yaddaqalan istirahət etmək imkanı əldə edirlər.

06/08/2026

Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən növbəti 52 nəfər ittifaq üzvünün Ağbu...
02/08/2026

Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən növbəti 52 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub.
Proqram çərçivəsində iştirakçılar üçün intellektual bilik yarışları, canlı musiqi proqramı və müxtəlif əyləncə oyunları keçirilib. Həmçinin iştirakçılar gündə üç dəfə qidalanma ilə də təmin olunublar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən həyata keçirilən “Yay düşərgəsi” layihəsində ittifaq üzvləri həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində yaddaqalan, mənalı keçirə bilərlər.

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür! 🇦🇿
01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür! 🇦🇿

İyulun 25-də 22 İyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşk...
26/07/2026

İyulun 25-də 22 İyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkil etdiyi “Yay düşərgəsi” proqramı çərçivəsində bir qrup media nümayəndəsinin Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub.

Ümumilikdə 62 nəfərin iştirak etdiyi proqram çərçivəsində müxtəlif intellektual oyunlar, əyləncəli proqramlar və canlı musiqi axşamı təşkil edilib. Proqram media nümayəndələrinin istirahətinin səmərəli təşkilinə və asudə vaxtlarının maraqlı keçməsinə xidmət edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ittifaq üzvləri üçün həyata keçirilən “Yay düşərgəsi” proqramı yay mövsümü ərzində hər həftənin şənbə və bazar günləri təşkil olunur.

22 İyul – Azərbaycan Milli Mətbuatı Gününün 151-ci ildönümü mübarək! 🗞✨1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti...
22/07/2026

22 İyul – Azərbaycan Milli Mətbuatı Gününün 151-ci ildönümü mübarək! 🗞✨

1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu milli mətbuatımız obyektiv informasiya və milli maariflənmə missiyasını bu gün də şərəflə davam etdirir.

Bütün media nümayəndələrini və jurnalistləri peşə bayramları münasibətilə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq! 🖋🇦🇿

21/07/2026

Gələcəyə ilə addımla

İyulun 18-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ittifaq üzvləri üçün “Yay düşərgəsi” p...
19/07/2026

İyulun 18-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ittifaq üzvləri üçün “Yay düşərgəsi” proqramına start verilib.
Ağbulaq İstirahət Mərkəzində keçirilən açılış tədbirində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirakçılarla görüşüb. Görüş zamanı yay istirahətinin ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, sağlam istirahətinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm sosial layihələrdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Həmkarlar İttifaqları Şurası bundan sonra da üzvlərin sosial rifahının yüksəldilməsinə xidmət edən layihələrin həyata keçirilməsini davam etdirəcək.
İştirakçılar onlar üçün yaradılan şəraiti yüksək qiymətləndirərək göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər.
İstirahət proqramı çərçivəsində onlar üçün müxtəlif intellektual oyunlar, əyləncəli tədbirlər və canlı musiqi proqramı təşkil olunub ki, bu da onların asudə vaxtını daha rəngarəng və yaddaqalan edib.
Yay istirahəti proqramı çərçivəsində ilk mərhələdə 51 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub.
Qeyd edək ki, yay mövsümü boyunca Həmkarlar İttifaqları Şurasının üzvləri yollayışın dəyərinin cəmi 15 faizini ödəməklə hər həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində səmərəli və yaddaqalan istirahətlə keçirə biləcəklər.

İyulun 17-də “Duzdağ” Hoteldə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Layiqli Əmək Səfiri”, Xalq artisti Mə...
17/07/2026

İyulun 17-də “Duzdağ” Hoteldə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Layiqli Əmək Səfiri”, Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə ittifaq üzvləri üçün açıq hava konserti təşkil olunub.

Tədbirdən əvvəl çıxış edən AHİK-in sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev belə mədəni layihələrin milli-mənəvi dəyərlərin təbliği, asudə vaxtın səmərəli təşkili və həmkarlar ittifaqları üzvlərinin mənalı istirahətinin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.

Konsert proqramı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Samir İsmayılov və istedadlı kanon ifaçısı Humay Abbasın çıxışları ilə başlayıb.

Daha sonra səhnəyə çıxan AHİK-in “Layiqli Əmək Səfiri”, Xalq artisti Mənsum İbrahimov Azərbaycan muğamının və milli musiqimizin sevilən nümunələrini səsləndirib. Açıq hava şəraitində keçirilən musiqi gecəsində ifalar tamaşaçılar tərəfindən böyük maraq və gur alqışlarla qarşılanıb.

Konsert iştirakçılara xoş ovqat bəxş edib, milli musiqimizin zənginliyini və muğam sənətinin ecazkar gözəlliyini bir daha nümayiş etdirərək yadda qalan mədəni tədbirə çevrilib.

Address

Nakhchivan

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365453128

Website

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan MR Həmkarlar İttifaqları Şurası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan MR Həmkarlar İttifaqları Şurası:

Shortcuts

Share