Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rəsmi səhifəsi

Səhifəmizdə Ədliyyə Nazirliyinin xidməti fəaliyyəti ilə bağlı materiallar, o cümlədən maarifləndirici mövzularla tanış ola bilərsiniz.

01/09/2026

“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin vahid platforma üzərindən əlçatanlığının artırılması məqsədilə Ədliyyə Nazirliyinin daha bir xidməti “mygov” platformasına inteqrasiya edilib.

Belə ki, “Azyaşlıya pasportun verilmə ərizəsi” xidmətindən həm my.gov.az portalı, həm də "mygov" mobil tətbiqi vasitəsilə istifadə etmək mümkündür.

Ətraflı: https://justice.gov.az/az/news/edliyye-nazirliyinin-daha-bir-xidmeti-mygov-platformasina-inteqrasiya-edilib

Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərovun “Xalq qəzet...
26/08/2026

Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərovun “Xalq qəzeti”nin 26 avqust 2026-cı il tarixli buraxılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərinə həsr olunmuş “Naxçıvana ali diqqətin təzahürü: yeni inkişaf mərhələsinin hüquqi və idarəetmə əsasları” adlı məqaləsi dərc olunmuşdur.
Ətraflı:https://xalqqazeti.az/uploads/pdf-files/254865/xalqqazeti-26.08.2026.pdf
https://njustice.gov.az/meqaleler/naxcivana-ali-diqqetin-tezahuru-yeni-inkisaf-merhelesinin-huquqi-ve-idareetme-esaslari

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanı...
26/08/2026

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ölkəmizin inkişafı, milli maraqlarımızın qorunması və xalqımızın rifahı naminə fəaliyyətində yeni uğurlar arzulayırıq!

26 Avqust Laçın Şəhəri Günü kimi qeyd edilir. Laçın bu gün doğma sakinlərinin qayıdışı və genişmiqyaslı quruculuq işləri...
26/08/2026

26 Avqust Laçın Şəhəri Günü kimi qeyd edilir.

Laçın bu gün doğma sakinlərinin qayıdışı və genişmiqyaslı quruculuq işləri ilə yeni inkişaf mərhələsini yaşayır.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı, Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respubli...
25/08/2026

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı, Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iştirakı ilə “Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi: qanunvericiliyin tələbləri, idarəetmə xüsusiyyətləri və bələdiyyələrin səlahiyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Culfa və Ordubad rayonlarında fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları, həmçinin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Əvvəlcə Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mustafa Cəlilov tədbiri açaraq belə maarifləndirici görüşlərin bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, torpaq münasibətlərində qanunvericiliyin düzgün tətbiqi və şəffaf idarəetmənin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov çıxış edərək bələdiyyə mülkiyyətinə dair qanunvericiliyin əsas tələbləri, bələdiyyə torpaqlarının icarəyə verilməsi qaydaları və bu sahədə hüquqi əsaslar, bələdiyyələrin qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov kənd təsərrüfatı təyinatlı bələdiyyə torpaqlarının icarəyə verilməsinin hüquqi tənzimlənməsi, bu sahədə mövcud problemlər və səmərəli idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı İsmayıl Feyziyev bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət qeydiyyatı və uçotunun aparılması zamanı qanunvericiliyin tələblərini iştirakçıların diqqətinə çatdırıb.
Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, bələdiyyələrin üzv və qulluqçularını, iclasda iştirak edən sahibkarları maraqlandıran suallar cavablandırılıb və bələdiyyə torpaqlarının qanunvericiliyin tələblərinə uyğun idarə olunması ilə bağlı tövsiyələr verilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş ...
20/08/2026

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 09 sentyabr 2026-cı il tarixdə saat 11:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Şərur rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul Şərur rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 08 sentyabr 2026-cı il tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Şərur rayon İcra və probasiya şöbəsinə (ünvan: Şərur şəhəri, 28 May küçəsi 3, əlaqə telefonu: +994 36 542 3236, +994 050 420 93 33) müraciət edərək, habelə Nazirliyin +994 36 544 54 70, +994 50 558 38 00 nömrəli telefonları və [email protected]. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

19/08/2026

AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları üçün təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd ədliyyə orqanlarında vətəndaşların qəbulunun qanunvericiliyin tələblərinə uyğun və səmərəli təşkilinin təmin edilməsi, bu sahədə əməkdaşların bilik və praktiki bacarıqlarının artırılması olub.

Təlim zamanı ədliyyə orqanlarında vətəndaşların qəbulunu tənzimləyən normativ hüquqi aktlardan irəli gələn tələblər, vətəndaşların qəbulunun təşkili qaydaları, müraciətlərə baxılması və qəbul prosesində qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı ətraflı məlumat verilib.

Mövzu Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin şöbə rəisi Kamal Hüseynov tərəfindən təqdim olunub.

Təlimdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 70 əməkdaşı iştirak edib.


Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Emin Əliyevin "Əlyazma mə...
14/08/2026

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Emin Əliyevin "Əlyazma mətnlərin icrasının psixofizioloji keyfiyyətlərinin müəyyən olunmasında xüsusi əlamətlərin əhəmiyyəti" (səh. 74), Mühəndis-texniki ekspertizası bölməsinin rəisi Həsən Babayevin "Müasir şəhər mühitinin formalaşmasında şəhərsalma, memarlıq və məhkəmə tikinti-texniki ekspertizasının strateji rolu" (səh. 97) və Ballistik və trasoloji ekspertizalar bölməsinin aparıcı ekspert vəzifəsi üzrə stajoru Vasif Qasımovun "Partlayışdan sonra olan piyada əleyhinə minasının qalıqlarının aşkar edilməsi və onların analizi" (səh. 152) adlı məqalələri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin "Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri" adlı Elmi əsərlər məcmuəsində çap olunub.
Ətraflı:https://expert.gov.az/files/df287260142fbd4c29b368a3d2dbed11.pdf

14/08/2026

AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Nazirliyin regional ədliyyə idarələrinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları üçün “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə fundamental qaydalar” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd ədliyyə orqanlarında çalışan əməkdaşların informasiya və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin gücləndirilməsi, habelə informasiya resurslarının və xidməti məlumatların etibarlı qorunmasına dair məlumatlılığın yüksəldilməsidir.

Təlim Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinin şöbə rəisi Məzahir Dadaşzadə tərəfindən keçirilib.

Təlim çərçivəsində informasiya təhlükəsizliyinin əsas prinsipləri, kibertəhdidlərin qarşısının alınması, rəqəmsal resurslardan təhlükəsiz istifadə, məlumatların qorunması və kibertəhlükəsizlik insidentləri zamanı davranış qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin güclü parollardan və çoxmərhələli autentifikasiyadan istifadə, elektron poçt və digər rəqəmsal platformalarla işləyərkən təhlükəsizlik tələblərinə riayət olunması ilə bağlı praktiki tövsiyələr təqdim edilib.


Address

İslam Səfərli Küçəsi 1
Nakhchivan
AZ7000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00

Telephone

+994365445470

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share