Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Fermerlər üçün maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti tədbir Şərur rayonunun Qışlaqabbas kəndində keçirilib....
28/08/2026

Fermerlər üçün maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti tədbir Şərur rayonunun Qışlaqabbas kəndində keçirilib.

"Payızlıq şum və əkinlərə hazırlıq: aqrotexniki tələblər, risklər və qabaqlayıcı tədbirlər" mövzusunda keçirilən maarifləndirmə tədbirinin əsas məqsədi fermer və təsərrüfatçıların payızlıq əkinlərə hazırlıq prosesində düzgün aqrotexniki tədbirlərin tətbiqi barədə məlumatlandırılması, torpağın əkinə hazırlanması, şumun optimal müddət və dərinlikdə aparılmasının əhəmiyyətinin izah edilməsi, eləcə də əkinlər zamanı yarana biləcək risklərin əvvəlcədən müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin təşviq edilməsidir.

Tədbir çərçivəsində payızlıq əkinlərin məhsuldarlığının artırılması, torpaq münbitliyinin qorunması və əkinlərin əlverişsiz hava şəraiti, xəstəlik və zərərvericilər kimi risklərə qarşı davamlılığının yüksəldilməsi istiqamətində praktiki tövsiyələr səsləndirilib.

27/08/2026
Kənd təsərrüfatı nazirliyinin inzibati binasında vətəndaş qəbulu keçirilib.Nazir Rafail Quliyev nazirliyin inzibati bina...
26/08/2026

Kənd təsərrüfatı nazirliyinin inzibati binasında vətəndaş qəbulu keçirilib.

Nazir Rafail Quliyev nazirliyin inzibati binasında vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinləlinib , qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib

Kənd Təsərrüfatı Nazirliyi , Ədliyyə Nazirliyi və Culfa Rayon İcra Hakimiyyəti ilə birgə Bələdiyyə mülkiyyətində olan to...
25/08/2026

Kənd Təsərrüfatı Nazirliyi , Ədliyyə Nazirliyi və Culfa Rayon İcra Hakimiyyəti ilə birgə Bələdiyyə mülkiyyətində olan torpaqların istifadə qaydası ilə bağlı tədbir keçirilib.

Fermerlər üçün maarifləndirmə tədbirləri davam etdirilirSədərək rayonun Sədərək  kəndində fermerlər üçün maarifləndirmə ...
25/08/2026

Fermerlər üçün maarifləndirmə tədbirləri davam etdirilir

Sədərək rayonun Sədərək kəndində fermerlər üçün maarifləndirmə tədbiri keçirilib.Fermerlər aşağıdakı mövzularda maarifləndirilib

-"Aqrar Subsidiya Şurası" nın təyin etdiyi yeni əmsalların tətbiqi və müasir suvarma sisteminin əhəmiyyəti.

-"Kənd təsərrüfatı texnika və texnoloji avadanlıqlarının lizinqə verilməsi

-Kənd təsərrüfatında aqrar sığortanın əhəmiyyəti.

-Vətəndaş mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması.

Babək rayon Nəzərəbad kəndində maarifləndirmə tədbiru keçirilib.Tədbirin məqsədi kənd təsərrüfatında su ehtiyatlarından ...
24/08/2026

Babək rayon Nəzərəbad kəndində maarifləndirmə tədbiru keçirilib.

Tədbirin məqsədi kənd təsərrüfatında su ehtiyatlarından səmərəli və qənaətlə istifadənin təşviq edilməsi, fermerlərin müasir suvarma üsulları barədə məlumatlandırılması, su itkilərinin minimuma endirilməsi və su qıtlığı risklərinin azaldılması istiqamətində maarifləndirmə işinin gücləndirilməsidir.

Tədbir zamanı iştirakçılara suvarmanın düzgün planlaşdırılması, suya qənaət edən texnologiyaların tətbiqinin üstünlükləri, torpağın nəmliyinin qorunması, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri və mövcud su resurslarının qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Address

Xətai Məhəlləsi
Nakhchivan
AZ7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365450247

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

Shortcuts

Share