Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

🇦🇿 3 sentyabr 1991-ci il — müstəqil Azərbaycanın qurtuluş tarixinin başlandığı günHəmin gün Naxçıvan Muxtar Respublikası...
03/09/2026

🇦🇿 3 sentyabr 1991-ci il — müstəqil Azərbaycanın qurtuluş tarixinin başlandığı gün

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri seçilib.

Bu tarixi seçim Naxçıvanın və Azərbaycanın siyasi həyatında mühüm mərhələnin başlanğıcı olub.

🔐 Naxçıvanda rəqəmsal xidmətlərə “mygov ID” ilə vahid giriş imkanı yaradılıbNaxçıvan Muxtar Respublikasının Rəqəmsal İnk...
27/08/2026

🔐 Naxçıvanda rəqəmsal xidmətlərə “mygov ID” ilə vahid giriş imkanı yaradılıb

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin rəsmi internet səhifələri “mygov ID” vahid identifikasiya sisteminə inteqrasiya edilib.

📲 Artıq fiziki və hüquqi şəxslər elektron müraciət zamanı şəxsi kabinetlərinə vahid identifikasiya vasitəsi ilə təhlükəsiz şəkildə daxil ola bilirlər.

🌐 “mygov ID” vasitəsilə:
▫️ Fiber-optik internet xidmətinə qoşulmaq üçün elektron müraciət etmək;
▫️ Ərizə, təklif və şikayətləri onlayn təqdim etmək;
▫️ Müraciətlərin icra vəziyyətini “Müraciətlərim” bölməsindən izləmək mümkündür.

✅ Yeni imkan elektron xidmətlərdən istifadənin asanlaşdırılmasına, müraciətlərin operativ və şəffaf qəbuluna, eləcə də vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

🚀 Naxçıvanda şəhid və qazi övladları üçün ödənişsiz “Rəqəmsal Bacarıqlar” təlimlərinə start verilir​Naxçıvan Muxtar Resp...
26/08/2026

🚀 Naxçıvanda şəhid və qazi övladları üçün ödənişsiz “Rəqəmsal Bacarıqlar” təlimlərinə start verilir

​Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi (NPTM) MMC Zəfər Gününə həsr olunmuş “Rəqəmsal Bacarıqlar” sosial təlim proqramını elan edir. Layihənin əsas məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək və gələcək peşə fəaliyyətlərinə dəstək olmaqdır.

​📌 44 gün davam edəcək kursda Windows əməliyyat sistemi, MS Office proqramları (Word, Excel, PowerPoint), bulud texnologiyaları, süni intellektin əsasları və kibertəhlükəsizlik üzrə nəzəri və praktiki dərslər keçiriləcək.

​🎁 Kurslar şəhid və qazi övladları üçün tam ödənişsizdir.

​📜 Proqramı uğurla başa vuran iştirakçılara rəsmi sertifikat təqdim olunacaq.

​📍Təlimlər NPTM MMC-nin Təlim və Tədris sektorunun Naxçıvan şəhərində, Şərur, Culfa və Ordubad rayonlarında yerləşən inzibati binalarında keçiriləcək.

​🗓️ Sənəd qəbulu 27 avqust – 27 sentyabr 2026-cı il tarixləri arasında aparılacaq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanı...
26/08/2026

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik.

26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir.Laçın şəhəri bu gün azadlığın, dirçəlişin və davamlı inkişafın yeni dövrünü...
26/08/2026

26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir.

Laçın şəhəri bu gün azadlığın, dirçəlişin və davamlı inkişafın yeni dövrünü yaşayır.

✅Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən...
22/08/2026

✅Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov 📍Nazirliyin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən məsələlərin operativ araşdırılması və həlli ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

🚨 Nazirlikdə fövqəladə hallardan qorunma ilə bağlı maarifləndirici tədbir keçirilib🛡️ Naxçıvan Muxtar Respublikası Fövqə...
20/08/2026

🚨 Nazirlikdə fövqəladə hallardan qorunma ilə bağlı maarifləndirici tədbir keçirilib

🛡️ Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində fövqəladə hallardan qorunma və düzgün davranış qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib.

🔥 Tədbirdə yanğın və dəm qazı təhlükəsizliyi, fövqəladə hallar zamanı davranış qaydaları, həmçinin 112 və 101 xidmət nömrələri barədə məlumat verilib.

🎥 İştirakçılara videoçarxlar və slayd təqdimatları nümayiş etdirilib, sualları cavablandırılıb.

🔗https://nmincom.gov.az/az/more-news/nazirlikde-fovqelade-hallardan-qorunma-ile-bagli-maariflendirici-tedbir-kecirilib

📌 Nazirlikdə yeni dövlət qulluqçuları ilə görüş keçirilibℹ️Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat na...
18/08/2026

📌 Nazirlikdə yeni dövlət qulluqçuları ilə görüş keçirilib

ℹ️Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirininNaxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov dövlət qulluğuna qəbul üzrə müsabiqədən uğurla keçərək Nazirlikdə vəzifələrə təyin olunan yeni əməkdaşlarla görüşüb, onları təbrik edərək uğurlar arzulayıb.

👥 Bu il müsabiqə və müsahibə mərhələlərində uğur qazanan daha 4 nəfərin nazirlik sistemində dövlət qulluğuna qəbulu təmin olunub.

⚖️ Görüşdə qanunçuluq, məsuliyyət, dürüstlük, icra intizamı və vətəndaş məmnuniyyətinin əsas prinsiplər olduğu vurğulanıb. Sonda təyinat əmrləri təqdim olunub və xatirə fotosu çəkilib.

🔗https://nmincom.gov.az/az/more-news/nazirlikde-yeni-ise-qebul-olunan-dovlet-qulluqculari-ile-gorus-kecirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azə...
12/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.

Dövlətimizin başçısı bildirib ki:

- Əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük.

- Zəngəzur dəhlizinin yaradılması, bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq.

- Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir.

- O ki qaldı Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək.

- Sadəcə olaraq, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin.

- Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır.

- Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan, deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir.

- Naxçıvan şəhərinin nəqliyyat problemləri həll olundu. Bu gün yeni elektrikli avtobusların təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq.

Address

Atatürk Küçəsi 1
Nakhchivan
7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365451212

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

Shortcuts

Share