07/09/2026
Naxçıvan şəhərində yerləşən Səməd Vurğun küçəsi əsaslı təmir olunur
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən verilən məlumata əsasən, ümumi uzunluğu 17,5 kilometr olan Naxçıvan şəhərində yerləşən S.Vurğun, N.Naxçıvani, M.H.Şəhriyar, H.Rəhmanov küçələri, həmçinin 58-61-ci məhəllələr istiqamətində əsaslı təmir işlərinə başlanılıb.
Hazırda ərazidə yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 17,5 kilometrlik avtomobil yoluna 2 qat asfalt örtüyü döşənəcək.