Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Respublikası Regiona Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli inzibati rayonları daxildir. E.ə. IV- b.e.

Naxçıvan Muxtar Respublikasının ərazisini əhatə edən Naxçıvan regionu şimalda və şərqdə Ermənistan Respublikası, cənubda İran İslam Respublikası və cənub-qərbdə Türkiyə Respublikası ilə həmsərhəddir. Naxçıvan ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bu diyar Yer üzündə həyatın başlandığı ilk ərazilərdən hesab olunur. Naxçıvan muzeylərində istənilən tədqiqatçını heyrətləndirə bil

əcək arxeoloji materiallar nümayiş olunur. Xalçaçılıq muzeyində tarixi eramızdan 2500 il əvvələ aid olan cod yundan toxunmuş, üzərində sirli rəsm və yazılar olan xalça saxlanılır. I minilliyin birinci yarısına şamil edilən Avestanın– zərdüştlərin müqəddəs kitablar toplusunun parçaları da Naxçıvan Tarix Muzeyində sərgilənir. Əfsanələrə görə, müqəddəs Nuh peyğəmbərin gəmisi Naxçıvanda, hazırda Gəmiqaya adlanan yerdə (dəniz səviyyəsindən 3906 metr yüksəklikdə) lövbər salmışdır. Gəmiqayada tunc dövrünə - e.ə. III-II minilliklərə aid müxtəlif məzmunlu yüzlərlə qayaüstü təsvirlər vardır. Naxçıvan ərazisində aşkar edilən Qazma mağarası Orta Paleolit dövrünə (100-40 min il bundan əvvəl) aiddir. Arxeoloji qazıntılar zamanı Naxçıvan ərazisindəki I Kültəpə və II Kültəpədə erkən əkinçilik mədəniyyətinin yadigarları və e.ə. II minilliyə aid erkən şəhər tipli yaşayış məskəni aşkar edilmişdir. Naxçıvan ərazisi e.ə. IX-VI əsrin əvvəllərinədək Azərbaycan Manna dövlətinin, daha sonralar Mada (Midiya) dövlətinin (e.ə.VI əsr), Əhəməni imperiyasının (e.ə. VI-IV əsrlər), Atropatena dövlətinin (e.ə. III əsrləri) tərkibində olmuşdur. Naxçıvan Təbriz şəhəri ilə yanaşı, müxtəlif illərdə paytaxt şəhər olmuş, XIII əsrdən sonra ayrı-ayrı dövlətlərin tərkibinə daxil edilmişdir. Sovet Rusiyasının işğalından sonra bu ərazilərin Ermənistana verilməsi cəhdləri olmuşdur. Lakin 1921-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası və Türkiyə arasında imzalanan Moskva və Qars müqavilələrinə əsasən, Naxçıvan Azərbaycan SSRin ayrılmaz tərkib hissəsi elan edilmiş, 1924-cü il fevralın 9-da isə Naxçıvan Muxtar Respublikası yaradılmışdır. 1921-1929-cu illər ərzində keçmiş SSRİ hökumətinin təzyiqi ilə Azərbaycanın tərkib hissəsi olan və ümumi sahəsi 19,8 min km2-ə bərabər Zəngəzur və digər ərazilərin Ermənistan SSR-ə verilməsindən sonra Naxçıvan diyarı Azərbaycanın əsas ərazisindən ayrı salınmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda çoxlu sayda tarixi abidələr mövcuddur. Bunlardan 1187-ci ilə aid Qoşa minarəni, Cümə məscidini, Darülmülkü (Eldənizlər sarayı) g.stərmək olar. Naxçıvan XII yüzillikdə yaşayıb-yaratmış məşhur memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin vətənidir. Onun Naxçıvan şəhərində inşa etdiyi Yusif ibn Küseyir (1162) və Möminə Xatın türbələri (1186) memarlıq tarixində özünəməxsus mövqeyə malik olan Naxçıvan memarlıq məktəbinin əsasını təşkil edir. Tarixi abidələrinin sayına görə Ordubad şəhəri 1977-ci ildə qoruq-şəhər elan olunmuşdur. Dağlıq məkan olan muxtar respublika ərazisinin 30 faizindən çoxu dəniz səviyyəsindən 600-1000 metr yüksəklikdə yerləşir. Kəskin kontinental iqlimə malik regionda nadir relyef formalarından İlandağ, Əshabi-Kəhf, Sirab, Nəhəcir ekstruziv (vulkanik) günbəzləri maraqlı təbiət abidələridir. Təbiət bu yerlərə əsrarəngiz gözəlliklər bəxş etmişdir. Yayda ilin 4 fəslini seyr etmək mümkün olan Göygöl, üzən adaları ilə məşhur olan Batabat, nadir ağaclar bitən Tillək meşəsi Naxçıvanın gözəl təbiət guşələrindəndir. Naxçıvan balneoloji əhəmiyyətə malik mineral bulaq və suları, astma xəstəliyinin müalicəsinə kömək edən və təbii ehtiyatları 90 milyon tona çatan Duzdağla da məşhurdur.

Address

Nakhchivan
AZ7000

Website

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share