Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi

Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi Təhsil millətin gələcəyidir. H.Əliyev

ℹ️ Naxçıvanda  müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb📢 Bu gündən Naxçıvan Muxtar Respu...
31/08/2026

ℹ️ Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb

📢 Bu gündən Naxçıvan Muxtar Respublikasında ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

🔗 Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən qiymətləndirilir.

Ⓜ️üsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edəcəklər.

🤝 Müsabiqənin müsahibə mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

ℹ️ Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır🗓️ Təhsilverənlərin təkrar ser...
31/08/2026

ℹ️ Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır

🗓️ Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.

📌 Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq.

❗️ Nəzərinizə çatdırırıq ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

📍 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.

🤝 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!


ℹ️ Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır📢 Naxçıvan Muxtar Respublikasında təhsil infrastr...
29/08/2026

ℹ️ Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

📢 Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbində yenidənqurma və bərpa-gücləndirmə, Nehrəm qəsəbə 1 nömrəli uşaq bağçasında yeni tikinti, Culfa şəhər 3 nömrəli tam orta məktəbində isə cari təmir işləri yekunlaşmaq üzrədir.

📢 522 şagird yerlik, 3 mərtəbədən ibarət Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə 30 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.

Ⓜ️əktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi, həmçinin içməli su və yanğın təhlükəsizliyi məqsədilə su anbarları nəzərdə tutulub.

✅ ️Nehrəm qəsəbəsində 60 yerlik müasir uşaq bağçasının da tikintisi həyata keçirilib. Bağçada uşaqların təlim-tərbiyəsi və asudə vaxtının səmərəli təşkili üçün yataq, idman və rəqs otaqları daxil olmaqla zəruri infrastruktur yaradılıb. Məktəb və bağçanın yaxın ərazidə yerləşməsi Nehrəm qəsəbəsində uşaqların məktəbəqədər və ümumi təhsil imkanlarının daha əlverişli şəkildə təşkilinə şərait yaradacaq.

✔️ Əsaslı təmir işləri aparılan Culfa şəhər 3 nömrəli tam orta məktəbdə də son tamamlama işləri görülür.

❗️Həyata keçirilən bu layihələr Naxçıvanda müasir və dayanıqlı təhsil infrastrukturunun formalaşdırılmasına, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə və şagirdlərin daha əlverişli şəraitdə təhsil almasına mühüm töhfə verir.

ℹ️ Naxçıvanın  ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək✅ ️Naxçıvan...
27/08/2026

ℹ️ Naxçıvanın ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək

✅ ️Naxçıvan Muxtar Resublikasının ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək.

📢 “Rəqəmsal məktəb” platforması pilot layihə olaraq Heydər Əliyev adına tam orta məktəbində, Naxçıvan Qızlar, Şərur şəhər Fizika Riyaziyyat Təmayüllü liseyləri və Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrində həyata keçiriləcək. İlkin mərhələdə platformadan 20 ümumtəhsil müəssisəsinin 1200-dən artıq müəllimi, 14 mindən artıq şagirdi istifadə edə biləcək.

🔗 Qeyd edək ki, “Rəqəmsal məktəb” platforması təhsilalanların, müəllimlərin, valideynlərin və məktəb rəhbərliyinin vahid rəqəmsal mühitdə fəaliyyətini təmin edən müasir onlayn təhsil platformasıdır. Platformanın əsas məqsədi tədris və idarəetmə proseslərinin rəqəmsallaşdırılması, təhsil iştirakçıları arasında kommunikasiyanın gücləndirilməsi, şəffaflığın və səmərəliliyin artırılmasıdır.

🔷 ️Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Direktor” üçün ayrıca fərdi kabinetlər yaradılıb. Şagirdlər dərs cədvəli, dərs mövzuları və tədris materiallarına çıxış əldə edir, valideynlər övladlarının qiymətlərini, davamiyyətini və təlim nəticələrini izləyə, müəllim və məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilirlər. Müəllimlər dərs cədvəllərini, siniflərini və qiymətləndirmə prosesini idarə edir, məktəb rəhbərləri isə tədris göstəricilərini, dərs cədvəllərini və qiymətləndirmə nəticələrini təhlil etmək imkanına malikdirlər.

✔️ Platformada müxtəlif fənlər üzrə elektron tədris materialları və mövzular yerləşdirilib. Eyni zamanda müəllimlərin fəaliyyətini dəstəkləmək məqsədilə süni intellekt əsaslı Microsoft Copilot funksionallığı da platformaya inteqrasiya edilib.

ℹ️ Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır🗓️  28 ...
26/08/2026

ℹ️ Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır

🗓️ 28 avqust saat 15:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır. Namizədlər şəxsi səhifələrinə daxil olaraq ən çoxu 8 vakant yer seçə bilərlər.

📌 Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.

📌 Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!


ℹ️ 2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 40 məzun xüsusi təyinatlı ali ...
26/08/2026

ℹ️ 2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 40 məzun xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunub.

Ⓜ️əzunlarımızı təbrik edir, gələcək təhsil və xidmət fəaliyyətlərində uğurlar arzulayırıq!

ℹ️ Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyev...
26/08/2026

ℹ️ Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Ətraflı: ➡️ https://tinyurl.com/4hksj792


ℹ️ 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır 📢 27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci...
26/08/2026

ℹ️ 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır

📢 27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılacaq.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

🗓️ Qeyd edək ki, 20 avqust saat 15:00-dan etibarən başlayan 2026–2027-ci tədris ili üzrə 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi davam edir.

❗Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.


ℹ️ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyev...
26/08/2026

ℹ️ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin inkişafı, milli maraqlarımızın qorunması və xalqımızın rifahı naminə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayırıq!

ℹ️ Bu gün Laçın Şəhəri Günüdür
26/08/2026

ℹ️ Bu gün Laçın Şəhəri Günüdür

Address

Naxçıvan
Nakhchivan
AZ7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994365450206

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi:

Shortcuts

Share