Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi PHŞ

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi PHŞ Devlet kurumu

03/09/2026

Yolların yenilənməsi istiqamətində işlər davam edir

26/08/2026
26/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.Mehriban xanımı doğum...
26/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin səlahi...
20/08/2026

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Nihad Qurbanov 10.09.2026-cı il tarixdə saat 11:00-da Culfa rayonunda vətəndaşları qəbul edəcək.

17/08/2026

Ordubad rayonunun Kələntərdizə–Qoşadizə daxili avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir.

8.5 km uzunluğunda olan yol 4-cü və 5-ci texniki dərəcəyə uyğun olaraq əsaslı təmir olunur. Yolun təmir edilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin olunması və məmnunluğunun artırılması məqsədi daşıyır.

Hazırda təmir çərçivəsində torpaq işləri aparılır, yolun yararsız qrunt qatı qazılaraq ərazidən çıxarılır, yol yatağı genişləndirilir və yol əsası möhkəmləndirilir.

Həmçinin işlər çərçivəsində yol kənarlarında metal boru su keçidləri və beton su kanalları quraşdırılacaq, avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun hərəkət hissəsinə 2 qat asfalt-beton örtüyü döşənəcək, xətlənmə işləri aparılacaq və yol kənarlarında yol nişanları quraşdırılacaq.

Qeyd edək ki, Ordubad rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində işlərin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının əsaslı təmiri ilə bağlı siyahı müəyyənləşdirilib. Təsdiq edilmiş siyahı Ordubad rayonunu da əhatə edir. Belə ki, Ordubad şəhəri ərazisindəki avtomobil yolları üzrə 60 km, Dəstə kəndi ərazisindəki avtomobil yolları üzrə 33 km, Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz məntəqələrarası avtomobil yolları üzrə isə 40 km olmaqla, ümumilikdə 133 km avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulmuşdur.

Görülən və nəzərdə tutulan işlər rayonun yol infrastrukturunun daha da yaxşılaşdırılmasına, yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin və vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasına mühüm töhfə verəcəkdir.

YAXŞI YOL...

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti

13/08/2026

26 yaşayış məntəqəsində 420 km avtomobil yolu əsaslı təmir olunacaq

Naxçıvan Muxtar Respublikası ərazisində bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının əsaslı təmir olunm...
12/08/2026

Naxçıvan Muxtar Respublikası ərazisində bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının əsaslı təmir olunması ilə bağlı siyahı müəyyənləşdirilib.

Bu barədə siyahı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənib.

10/08/2026

✅NAYDA növbəti təmizlik aksiyası keçirib

📢 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq növbəti təmizlik aksiyası həyata keçirilib.

🛣 Aksiya çərçivəsində Naxçıvan–Kəngərli magistral avtomobil yolu boyunca yolətrafı ərazilər tullantılardan təmizlənib, otlar biçilib, suötürücü kanallar təmizlənib. Eyni zamanda yol nişanları və siqnal dirəklərinə baxış keçirilib, zəruri hallarda onların təmiri və yenilənməsi təmin edilib.

YAXŞI YOL...

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti

Address

Nakhchivan

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share