Experience Nakhchivan

Experience Nakhchivan Welcome to the official travel page of Nakhchivan. Use the hashtag to be featured. Ünvan: Naxçıvan şəhəri, Təbriz küçəsi 10.

Email: [email protected]
Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 6. Tel: +(99436) 545 77 55. Fax: +(99436) 545-77-55
İnternet səhifəsi: www.turizm.nakhchivan.az
Email: [email protected]
Youtube: https://www.youtube.com/c/NaxcivanTurizmİnformasiyaMerkezi
twitter: https://twitter.com/naxcivan_turizm

Celebrate Eid in Nakhchivan - a city where history, culture, and modern life come alive in every corner 🌙
27/02/2026

Celebrate Eid in Nakhchivan - a city where history, culture, and modern life come alive in every corner 🌙

🇦🇿 Naxçıvan Muxtar Respublikasında üzümçülük qədim tarixə malik olub, bu gün də aqrar sahənin mühüm istiqamətlərindən bi...
16/02/2026

🇦🇿 Naxçıvan Muxtar Respublikasında üzümçülük qədim tarixə malik olub, bu gün də aqrar sahənin mühüm istiqamətlərindən biri kimi uğurla inkişaf etdirilir. Aparılan arxeoloji tapıntılar regionda hələ eradan əvvəl üzümçülük və bağçılığın mövcud olduğunu sübut edir.

Bu gün muxtar respublika ərazisində 120-dən çox üzüm sortu yetişdirilir və onların əksəriyyəti yalnız bu bölgəyə məxsusdur. Əlverişli torpaq-iqlim şəraiti, dövlət proqramlarının dəstəyi və innovativ texnologiyaların tətbiqi üzümçülüyün inkişafına yeni imkanlar yaradır.

🇬🇧 Viticulture in the Nakhchivan Autonomous Republic has a deep historical heritage and continues to develop as one of the key sectors of agriculture today. Archaeological findings prove that viticulture and horticulture existed in the region even before the common era.

Today, more than 120 grape varieties are cultivated in the autonomous republic, most of which are unique to this region. Favorable soil and climate conditions, government support programs, and the application of innovative technologies create new opportunities for the development of viticulture.

Naxçıvan mətbəxi zəngin ənənələri, təbii məhsulları və əsrlərdən formalaşmış dad mədəniyyəti ilə seçilir. Bu torpaqda ha...
12/02/2026

Naxçıvan mətbəxi zəngin ənənələri, təbii məhsulları və əsrlərdən formalaşmış dad mədəniyyəti ilə seçilir. Bu torpaqda hazırlanan hər bir təam yerli həyat tərzini, qonaqpərvərliyi və ailə dəyərlərini özündə əks etdirir.

Sadə görünüşünün arxasında dərin ləzzət və zəhmət dayanan bu mətbəx Naxçıvana gələn hər kəs üçün unudulmaz dad təcrübəsi yaradır. Burada insan yalnız mənzərələri deyil, yadda qalan ləzzətləri də kəşf edir.

Nakhchivan cuisine is distinguished by its rich traditions, natural ingredients, and a culinary culture shaped over centuries. Each dish prepared in this land reflects the local way of life, hospitality, and strong family values.

Behind its simple appearance lies depth of flavor and dedication, creating an unforgettable taste experience for every visitor. In Nakhchivan, you discover not only breathtaking landscapes, but also lasting flavors.

Qar muxtar respublika kəndlərində torpağın üzərinə ağ bir səssizlik salır, dar yollar xatirələr kimi uzanır, evlərin bac...
09/02/2026

Qar muxtar respublika kəndlərində torpağın üzərinə ağ bir səssizlik salır, dar yollar xatirələr kimi uzanır, evlərin bacasından qalxan tüstü bu yerlərin hələ də yaşadığını pıçıldayır. Bu kəndlərdə qış təkcə fəsil deyil - doğmalıqdır, sakitlikdir, insanın içini isidən bir hüzurdur.

“In the villages of the autonomous republic, snow lays a white silence over the land; narrow roads stretch out like memories, and the smoke rising from the chimneys whispers that life still breathes here. In these villages, winter is not just a season — it is familiarity, it is calm, it is a warmth that gently heats the soul.”

06/02/2026

Naxçıvanın Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksi XII–XIV əsrlərə aid türk-islam memarlığının möhtəşəm nümunəsidir. Qoşa minarəli baştağ və türbə Elxanilər dövrünün nüfuzlu qadını Qutuy xatının adı ilə bağlıdır.

The Karabaghlar Mausoleum Complex in Nakhchivan dates back to the 12th–14th centuries and is a masterpiece of Turkic-Islamic architecture. Its twin minarets and mausoleum are associated with Qutuy Khatun, a powerful woman of the Ilkhanid era

#

29/01/2026

Qışın Naxçıvanda yaratdığı bu başqa mənzərə ❄️

Qar şəhəri sakitliyə qərq edir, ətrafda yumşaq və sehrli bir ab-hava hiss olunur. Qış mövsümündə Naxçıvan öz gözəlliyini bütün parlaqlığı ilə nümayiş etdirir.

This is another winter scene shaped by Nakhchivan

Snow wraps the city in calm, filling the air with a soft and magical atmosphere. In winter, Nakhchivan reveals its beauty in all its brilliance.

28/01/2026

“Qarın sükutu, qışın sehri və Naxçıvanın bənzərsiz gözəlliyi ❄️

Şaxtanın sehrli fırçası ilə çəkilmiş bu tablolar, ağ libasa bürünmüş ağaclar və qarın gətirdiyi dərin sakitlik…

Qədim Naxçıvan qışda da insanı heyran edir

The silence of snow, the magic of winter, and the unique beauty of Nakhchivan ❄️

Painted by the frost’s magical brush, trees dressed in white, and the deep calm brought by snow…

Ancient Nakhchivan enchants the soul even in winter ❄️

Ağbulaq Xizək Mərkəzinə xoş gəlmisiniz!❄️ Naxçıvanın möhtəşəm dağ mənzərələri arasında yerləşən bu müasir mərkəz sizi un...
15/01/2026

Ağbulaq Xizək Mərkəzinə xoş gəlmisiniz!❄️

Naxçıvanın möhtəşəm dağ mənzərələri arasında yerləşən bu müasir mərkəz sizi unudulmaz qış istirahətinə dəvət edir. Uzunluğu 1500 metr, eni 30 metr olan xizək eniş zolağı, 952 metrlik kanat yolu, xizəksürmə məktəbi, uşaq və əyləncə parkları, süni qaryaratma sistemləri və rahat istirahət zonaları qonaqların xidmətindədir. İstər peşəkar xizəkçi olun, istər ailəvi istirahət axtarın – Ağbulaq qış tətiliniz üçün ideal ünvandır! ⛷🏔

Welcome to Aghbulag Ski Center! ❄️

Located among the magnificent mountain landscapes of Nakhchivan, this modern resort invites you to enjoy an unforgettable winter holiday. The center offers a 1500-meter-long and 30-meter-wide ski slope, a 952-meter cable car line, a ski school, children’s and entertainment parks, artificial snowmaking systems, and comfortable recreation areas. Whether you are a professional skier or looking for a family getaway, Aghbulag is the perfect destination for your winter vacation! ⛷🏔

Naxçıvanda Yeni il şənliyi davam edir Heydər Əliyev prospektində qurulan bayram atributları və əyləncə guşələri şəhərə x...
02/01/2026

Naxçıvanda Yeni il şənliyi davam edir

Heydər Əliyev prospektində qurulan bayram atributları və əyləncə guşələri şəhərə xüsusi ab-hava qatır. Gün ərzində ailələrin, axşam isə bayram coşqusunun ünvanına çevrilən bu məkanlarda ən saf sevinc uşaqların gülüşündə əks olunur 🎄❄️

Bu qış günləri xatirələrdə rəngarəng və unudulmaz iz buraxır ✨

New Year celebrations continue in Nakhchivan

The festive decorations and entertainment areas set up along Heydar Aliyev Avenue add a special atmosphere to the city. During the day, families gather here, and in the evening, the holiday spirit becomes even more vibrant. The purest joy is reflected in the laughter of children 🎄❄️

These winter days leave colorful and unforgettable memories ✨

29/12/2025

Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sizi Naxçıvan şəhərinin mərkəzi meydanında keçiriləcək möhtəşəm “Qış festivalı”na dəvət edirik! ❄️🎄

Qışı tamam fərqli bir ab-havada yaşamaq, yeni ilə xoş ovqat və unudulmaz xatirələrlə qədəm qoymaq istəyirsinizsə, bu festival tam sizlikdir. Festival ərazisində quraşdırılmış 20-dən artıq köşkdə müxtəlif növ iaşə xidmətləri, isti içkilər və bayram ləzzətləri sizi gözləyir.

Rəngarəng işıqlar, gözoxşayan dekorasiyalar, populyar ulduzların iştirakı ilə musiqili gecələr, şən proqramlar və əsl bayram coşqusu — ailəniz və dostlarınızla birlikdə Yeni ili qarşılamaq üçün ideal məkandır. 🎶🎆

📍 Gəlin, Yeni ili Naxçıvanda birlikdə qeyd edək!

On the occasion of World Azerbaijanis Solidarity Day and New Year's celebrations, we invite you to the magnificent "Winter Festival" in Nakhchivan city's central square! ❄️🎄

If you want to experience winter in a completely different atmosphere, stepping into the New Year with delicious food and unforgettable memories, this festival is just for you. Over 20 cozy booths offer a variety of dining services, hot drinks, and holiday treats waiting for you.

Colorful lights, stunning decorations, musical evenings with popular stars, fun programs, and genuine festive joy—it's the perfect spot to welcome the New Year with your family and friends. 🎶🎆

📍 Come, let's celebrate the New Year together in Nakhchivan!

23/12/2025

Tarixi və mədəniyyəti ilə seçilən Naxçıvanda Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi xüsusi önəm daşıyır. Şairin yaşadığı evdə yaradılan muzeydə onun həyat və yaradıcılığına aid 9000-dən çox nadir eksponat sərgilənir. Məqbərə isə Naxçıvan memarlıq ənənələrini özündə əks etdirən müasir abidələrdəndir.

One of Nakhchivan’s most remarkable cultural landmarks is the Hussein Javid House-Museum and Memorial Complex. The museum, located in the poet’s former home, displays over 9,000 rare exhibits related to his life and legacy, while the mausoleum reflects the rich traditions of Nakhchivan architecture.

Address

Naxçıvan şəhəri, Atatürk Küçəsi 6
Nakhchivan
AZ7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994365457755

Website

Alerts

Be the first to know and let us send you an email when Experience Nakhchivan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Experience Nakhchivan:

Share