30/06/2026
🤩 Yayın ritminə qoşulmağın əsl vaxtıdır! Həyəcanla gözlədiyiniz Yay Fest 2026 üçün qeydiyyat açıqdır!
🎯13 iyul – 4 sentyabr tarixlərini əhatə edəcək festival bu il süni intellekt və rəqəmsallaşmaya fokuslanıb.
2000-dən çox gənci bir araya gətirən festivalda hər biri 5 gün davam edən 8 düşərgə təşkil ediləcək. Hər düşərgədə iştirakçıları interaktiv təlimlər, vörkşoplar, mütəxəssislərlə görüşlər, əyləncəli proqramlar, komanda oyunları, yeni dostluqlar və unudulmaz yay xatirələri gözləyir.
Festival haqqında bunları bilmək maraqlıdır:
✅Yaş aralığı: 18–25.
👉🏻İştirak ödənişsizdir.
ℹ️Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.
🏕️İştirakçılar çadırlarda gecələyəcəklər.
✨Müraciət zamanı sizə uyğun tarixi və mövzunu seçməyi unutmayın.
⚠️İştirakçı sayı limitlidir, seçildiyiniz təqdirdə müsahibəyə dəvət alacaqsınız.
⏳Hər düşərgə üçün son müraciət tarixi başlama tarixindən 1 gün öncə müəyyən edilib.
🔗yayfest.az ilə qeydiyyatdan keç və yayın ritmi səninlə döyünsün!