Neftçala Mktib

Neftçala Mktib Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neftçala Mktib, Government Organization, M. Ə. Sabir küçəsi 65, Neftçala.

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji tərəfdaşlığa             Tarixi köklərə malik Azərbaycan ilə ...
25/08/2026

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji tərəfdaşlığa

Tarixi köklərə malik Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu münasibətlərin əsasını ilk növbədə xalqlarımız arasında mövcud olan tarixi, mənəvi və mədəni yaxınlıq təşkil edir. Lakin müasir mərhələdə qarşılıqlı əlaqələr yalnız mənəvi bağlılıqla məhdudlaşmır. İki ölkə arasında formalaşan əməkdaşlıq artıq iqtisadi, siyasi və geosiyasi istiqamətləri əhatə edən çoxşaxəli xarakter daşıyır. Möhtərəm Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi fikirlər bu inkişafın konkret nəticələrini nümayiş etdirir. Səfər zamanı Azərbaycan və Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi təmələ söykəndiyi xüsusi vurğulanıb. Bu iki amilin bir araya gəlməsi ikitərəfli əlaqələr üçün möhkəm zəmin yaradır. Özbəkistanın son illərdə həyata keçirdiyi islahatlar ölkənin iqtisadi potensialının artmasına şərait yaradıb. Sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturunun inkişafı Özbəkistanın regional mövqeyini gücləndirib. Azərbaycan isə bu inkişaf prosesini yaxın tərəfdaş və qardaş ölkə kimi dəstəkləyir. İki ölkənin paralel iqtisadi inkişafı qarşılıqlı layihələrin sayının və miqyasının artmasına imkan verib. Əvvəllər mövcud olmayan birgə layihələrin bu gün müxtəlif sahələri əhatə etməsi münasibətlərin dinamikasını göstərən mühüm göstəricidir. Xüsusilə bir milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq hədəfinin real perspektiv kimi qiymətləndirilməsi diqqətəlayiqdir. Bu hədəf qarşılıqlı iqtisadi potensialın getdikcə daha səmərəli istifadə olunduğunu göstərir. Əməkdaşlığın enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi və kənd təsərrüfatı kimi sahələri əhatə etməsi münasibətlərin sistemli xarakter aldığını göstərir. Bankçılıq sahəsində əməkdaşlığın genişlənməsi də iqtisadi əlaqələrin dərinləşməsinin mühüm göstəricisidir. SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olması iki ölkənin enerji sektorunda qarşılıqlı maraqlarının artdığını nümayiş etdirir. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin növbəti mərhələyə yaxınlaşması əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını göstərir. Qarşılıqlı investisiyaların artması isə iqtisadi münasibətləri daha dayanıqlı əsaslara keçirir. Bununla yanaşı, münasibətlərin regional əhəmiyyəti də getdikcə artır. Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsində mühüm potensialı mövcuddur. Bu baxımdan ikitərəfli münasibətlər yalnız iki dövlətin maraqları çərçivəsində deyil, daha geniş geosiyasi kontekstdə qiymətləndirilə bilər. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın genişlənməsi regionda yeni iqtisadi və nəqliyyat imkanlarının formalaşmasına xidmət edir. Qarabağda həyata keçirilən layihələr isə münasibətlərin siyasi və mənəvi tərəflərini daha da gücləndirir. Özbəkistanın Füzulidə məktəb tikintisi və Xankəndidə tikiş fabrikinə investisiya yatırması bunun mühüm nümunələridir. Belə layihələr iki xalq arasında qarşılıqlı etimadı praktik fəaliyyətlə möhkəmləndirir. Nəticə etibarilə Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi dostluq əlaqələrindən daha geniş məzmun kəsb edir. Bu münasibətlər siyasi etimad, iqtisadi qarşılıqlılıq və regional maraqların uzlaşması üzərində qurulan strateji tərəfdaşlıq modelinə çevrilir.

Zahir Əliyev;
Neftçala rayonu

24/08/2026

Bu gün Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlığı sürətlə inkişaf edir.

Son illər ərzində Azərbaycan ilə Özbəkistan arasında yaranmış dostluq, hərtərəfli əməkdaşlıq münasibətləri iqtisadi əlaqələrin də sürətlə inkişafına zəmin yaradıb.
İki ölkənin iqtisadi potensialının bir-birini tamamlaması əməkdaşlığın genişləndirilməsi üçün mühüm üstünlükdür. Bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verən Ölkə başçısı cənab İlham Əliyev iki ölkə arasında mövcud olan münasibətlərin səviyyəsinə diqqət çəkdi. Bəli, bu gün iqtisadi-ticari əlaqələrdə müşahidə olunan artım bu potensialın artıq real nəticələrə çevrildiyini göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması diqqətçəkən göstəricidir.
2026-cı ilin yanvar-may aylarında da ticarət dövriyyəsinin 33 faiz artması müsbət dinamikanın davam etdiyini göstərir. Bu rəqəmlər iqtisadi münasibətlərin təsadüfi deyil, davamlı inkişaf xətti üzrə formalaşdığını deməyə əsas verir. İqtisadi əlaqələrin genişlənməsində siyasi etimad mühüm rol oynayır. Çünki investor və sahibkarlar üçün sabit siyasi münasibətlər uzunmüddətli əməkdaşlığın əsas şərtlərindən biridir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması bu baxımdan strateji əhəmiyyət daşıyır. 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış bu platforma birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün imkanlar formalaşdırır. Şirkətin hər iki ölkədə müxtəlif iqtisadi sahələr üzrə layihələrə dəstək verməsi iqtisadi əməkdaşlığın şaxələndirilməsinə şərait yaradır. Bu yanaşma yalnız ticarətin artırılmasını deyil, istehsal və investisiya əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutur.
Hökumətlərarası Komissiyanın fəaliyyəti də iqtisadi əməkdaşlığın əlaqələndirilməsində mühüm rol oynayır. Komissiyanın 15 iclasının keçirilməsi iki ölkənin iqtisadi gündəliyinin müntəzəm müzakirə edildiyini göstərir. Əməkdaşlığın perspektiv istiqamətlərindən biri birgə istehsal layihələridir. Azərbaycan və Özbəkistan şirkətlərinin qarşılıqlı bazarlarda fəallığının artması bu sahədə yeni imkanlar yaradır. Avtomobil sənayesində həyata keçirilən əməkdaşlıq bunun konkret nümunələrindən biridir. “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı iki ölkənin sənaye potensialının birləşdirilməsinin nəticəsidir. Füzuli rayonunda yaradılan 100 hektarlıq “Dostluq bağı” isə kənd təsərrüfatı sahəsində əməkdaşlığın nümunəsidir.
Belə layihələr işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafına beynəlxalq tərəfdaşların cəlb edilməsini də nümayiş etdirir. Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının Azərbaycanda fəaliyyət göstərməsi qarşılıqlı marağın geniş olduğunu göstərir.
Bu şirkətlərin sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində çalışması əməkdaşlığın çoxşaxəli xarakterini ortaya qoyur. Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələr də iqtisadi münasibətlərin qarşılıqlı xarakter daşıdığını göstərir.
Daşkənddə həyata keçirilən hotel və yaşayış kompleksi layihələri Azərbaycanın özəl sektorunun Özbəkistan bazarına marağını nümayiş etdirir. Turizm və yaşayış kompleksləri üzrə layihələr xidmət sektorunda yeni əməkdaşlıq imkanlarının olduğunu göstərir.
Gələcəkdə iqtisadi münasibətlərin yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmaması vacibdir. Əsas məqsəd qarşılıqlı investisiyaların, yüksək əlavə dəyər yaradan istehsalın və birgə müəssisələrin sayının artırılması olmalıdır.
Bu istiqamətdə mövcud investisiya mexanizmləri yeni layihələrin maliyyələşdirilməsi üçün əlverişli baza yaradır. İqtisadi əməkdaşlığın dərinləşməsi siyasi müttəfiqliyin iqtisadi dayaqlarını da gücləndirir. Nəticədə Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı iki ölkənin milli iqtisadi maraqlarına və xalqların rifahına xidmət edən uzunmüddətli strateji istiqamətə çevrilə bilər.

Elsevər Əsədov;
Neftçala rayonu

Naxçıvanın turizm potensialı genişdir.       Naxçıvan Azərbaycanın ən qədim tarixə malik bölgələrindən biri kimi ölkənin...
14/08/2026

Naxçıvanın turizm potensialı genişdir.

Naxçıvan Azərbaycanın ən qədim tarixə malik bölgələrindən biri kimi ölkənin milli-mədəni irsində xüsusi yer tutur. Regionun tarixi yalnız ayrı-ayrı abidələrlə deyil, Azərbaycanın dövlətçilik, memarlıq və mədəniyyət tarixinin müxtəlif mərhələləri ilə bağlıdır. Möhtərəm Prezident cənab İlham Əliyevin bu günlərdə Naxçıvanda olarkən Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkəmizin ayrılmaz hissəsinin tarixi-mədəni irsinin qorunmasına xüsusi diqqət yetirməsi bu baxımdan əhəmiyyətlidir. Naxçıvanın Atabəylər dövlətinin paytaxtı olması onun tarixi əhəmiyyətini daha da artırır. Bölgədə müxtəlif dövrlərə aid çoxsaylı memarlıq nümunələrinin mövcudluğu Naxçıvanı mühüm mədəni irs məkanına çevirir. Möminə xatun məqbərəsi bu irsin ən tanınmış nümunələrindən biridir. Məqbərənin bərpası ilə bağlı həyata keçirilən tədbirlər tarixi abidələrin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Əcəmi Naxçıvaninin yaradıcılığına göstərilən diqqət isə Azərbaycanın memarlıq məktəbinin tarixi köklərinin qorunması baxımından əhəmiyyətlidir. Tarixi abidələrin konservasiyası və bərpası yalnız mədəni məqsəd daşımır. Bu proses eyni zamanda turizmin inkişafı üçün mühüm iqtisadi imkanlar yaradır. Naxçıvanın turizm potensialını artıran amillər yalnız tarixi abidələrlə məhdudlaşmır. Regionun təmiz havası, təbiəti və mənzərəli əraziləri də turizm baxımından böyük üstünlükdür. Lakin bu potensialın tam reallaşdırılması üçün müasir turizm infrastrukturu tələb olunur. Mehmanxana çatışmazlığı regionun turizm inkişafına mane olan əsas məsələlərdən biri kimi qeyd edilir. Şəhər mərkəzində yeni beşulduzlu mehmanxananın tikintisinə başlanması bu problemin aradan qaldırılması istiqamətində atılan addımlardan biridir. Müasir otel infrastrukturunun genişlənməsi xarici və yerli turistlərin qəbul imkanlarını artıra bilər. Turizm sahəsinin inkişafı xidmət sektorunda yeni iş yerlərinin yaranmasına da şərait yarada bilər. Bu baxımdan mədəni irs ilə iqtisadi inkişaf arasında birbaşa əlaqə yaratmaq mümkündür. Tarixi abidələrin qorunması turizm məhsulunun əsasını təşkil edə bilər. Eyni zamanda, turizm gəlirlərinin artması həmin abidələrin qorunmasına əlavə maliyyə imkanları yarada bilər. Beləliklə, mədəni irsin qorunması və turizmin inkişafı bir-birini tamamlayan iki istiqamətə çevrilə bilər. Naxçıvanın zəngin tarixi şəxsiyyətləri də turizm marşrutlarının formalaşdırılması üçün mühüm resursdur. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda dünyaya gəlməsi regionun müasir Azərbaycan tarixində xüsusi yerini müəyyənləşdirən amillərdən biridir. Bu tarixi irsin qorunması milli yaddaşın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Milli kimlik, dil, ədəbiyyat və tarix anlayışlarının inkişaf prosesinin mərkəzinə qoyulması Naxçıvanın yalnız iqtisadi obyekt kimi deyil, mənəvi məkan kimi də qiymətləndirildiyini göstərir. Müasir infrastrukturla tarixi irsin paralel qorunması Naxçıvan üçün daha balanslı inkişaf modeli yarada bilər. Yeni yolların, mehmanxanaların və xidmət obyektlərinin yaradılması turistlərin regiona çıxışını asanlaşdıra bilər. Tarixi abidələrin elmi əsaslarla bərpası isə Naxçıvanın mədəni turizm imkanlarını daha da artırar. Nəticədə Naxçıvanın turizm strategiyası tarix, mədəniyyət, təbiət və müasir xidmət infrastrukturunun vahid sistemdə birləşdirilməsinə əsaslana bilər.

Aynurə İsmayılova;
Neftçala rayonu

03/08/2026

Qədirbilən xalqımız tarix boyu hər cür məhrumiyyət və təzyiqlərə rəğmən öz ana dilini qoruyub saxlaya bilmiş, onu inkişaf etdirərək, bu günki səviyyəyə gətirib çıxarmışdır.

Əminliklə deyə bilərik ki, 1 avqust tarixi dövlətimiz və xalqımız üçün əsas əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 2001- ci il 9 avqust tarixli Fərmanına əsasən Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olan bu gün gələcək nəsillərimizə bir ərməğandır. Faktdır ki, hər bir xalq öz dili və əlifbası ilə tanınır. Tarixə nəzər saldıqda görürük ki, əlifbamız müxtəlif dövrlərdə müəyyən səbəblərdən bir neçə dəfə dəyişdirilib. Lakin Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qəbul olunmuş Qanuna əsasən bu gün də Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır. Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2004-cü il 12 yanvar tarixində imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il yüzlərlə əsər latın əlifbası ilə çap olunur. Məhz bu məqam özü dilimizin, əlifbamızın qorunmasına, inkişaf etdirilməsinə bariz nümunədir. Bundan əlavə dilimizin inkişafı, kənar təsirlərdən qorunması naminə həyata keçirilmiş digər tədbirlər Azərbaycan dilinin gələcək varlığına, əbədi yaşamasına xidmət edir. Ana dilimiz dövlət rəmzlərimiz olan himnimiz, gerbimiz, üz rəngli bayrağımız kimi müqəddəs hesab edilir. Bu mənada qədirbilən xalqımız tarix boyu hər cür məhrumiyyət və təzyiqlərə rəğmən öz ana dilini qoruyub saxlaya bilmiş, onu inkişaf etdirərək, bu günki səviyyəyə gətirib çıxarmışdır. Dünyada baş verən siyasi, iqtisadi, mədəni prosesləri nəzərə alsaq, bu gün Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi günümüzün ən vacib məsələlərindən biridir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili dünyanın dörd bir yanında yerləşmiş 50 milyondan artıq soydaşımızı bir-birinə birləşdirən, biri-birinə doğmalaşdıran məhfumdur. Ana dilimiz xalqımızın milli sərvətidir. Zaman keçsə də, əsrlər, minilliklər ötsə də xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Ulu Öndər Heydər Əliyev xalqımızın əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçdiyini, ancaq öz mənliyini, milliliyini, öz dilini itirmədiyini bildirməklə Azərbaycan xalqının böyük xalq olduğunu bir daha nümayiş etdirmişdir.

Firdovsi Tağıyev
Neftçala rayonu

03/08/2026

Azərbaycan–Qırğızıstan müttəfiqliyi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində yeni strateji mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər zamanı aparılan danışıqlar və imzalanan sənədlər iki ölkənin qarşılıqlı etimada söykənən münasibətlərinin daha da dərinləşdiyini nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, müttəfiqlik münasibətləri yalnız siyasi bəyanat deyil, eyni zamanda böyük məsuliyyət və qarşılıqlı öhdəlik deməkdir. Bu yanaşma Azərbaycan və Qırğızıstanın gələcək əməkdaşlıq modelini müəyyən edən əsas prinsiplərdən biri hesab olunur. Tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi barədə qəti iradə nümayiş etdirdilər. Eyni zamanda iqtisadi, ticari və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret razılaşmalar əldə edildi. Bu, münasibətlərin artıq klassik diplomatik çərçivədən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. İmzalanan sənədlər paketi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə etməklə gələcək inkişaf üçün möhkəm hüquqi baza formalaşdırır. Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi prioritet istiqamətlərdən biri olaraq qalır. Qırğızıstan da bu siyasətdə mühüm tərəfdaş kimi çıxış edir. İki ölkə arasında mövcud olan dostluq münasibətləri ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər üzərində qurulub. Bu amillər siyasi dialoqu daha da möhkəmləndirir və əməkdaşlığın davamlı inkişafına şərait yaradır. Dövlət səfəri göstərdi ki, Azərbaycan və Qırğızıstan gələcəkdə də regional sabitliyin, iqtisadi inkişafın və türk dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində birgə fəaliyyətlərini davam etdirəcəklər. Bu baxımdan səfərin nəticələri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini və müttəfiqliyin gələcək perspektivlərinin kifayət qədər geniş olduğunu nümayiş etdirir.

Ülviyyə Abdullayeva;
Neftçala rayonu

İqtisadi inteqrasiya və enerji tərəfdaşlığı           Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişaf dinam...
23/07/2026

İqtisadi inteqrasiya və enerji tərəfdaşlığı

Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişaf dinamikası və ticarət dövriyyəsinin genişlənmə meyilləri xüsusilə diqqətəlayiqdir. Hazırda Azərbaycanda sənaye, tikinti, xidmət, logistika və yüksək texnologiyalar daxil olmaqla müxtəlif sahələrdə 200-dən çox Almaniya şirkəti fəal və uğurla fəaliyyət göstərir. Bu şirkətlərin Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində və qeyri-neft sektorunun inkişafındakı iştirakı yüksək qiymətləndirilir. Ölkə başçısı cənab İlham Əliyevin bu günlərdə Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdən, biznes forumlardan və irəli sürülmüş konkret iqtisadi təkliflərdən sonra alman şirkətlərinin ölkəmizdəki fəaliyyət coğrafiyasının və sayının daha da artacağı gözlənilir. Qarşılıqlı sərmayə qoyuluşu imkanlarının hərtərəfli müzakirəsi alman biznes dairələrinin Azərbaycan bazarına, eləcə də ölkəmizin təşəbbüskarı olduğu regional iqtisadi layihələrə marağının artdığını bir daha göstərir. Enerji sektoru iki ölkə arasındakı strateji tərəfdaşlığın mərkəzi sütunlarından birini təşkil edir. Azərbaycanın bu ildən etibarən öz təbii qazını Almaniyaya ixrac etməyə başlaması Avropanın enerji xəritəsində və Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edən hadisədir. Bununla da Azərbaycan təbii qazının birbaşa çatdırıldığı Avropa İttifaqı üzvü olan ölkələrin sayısı 10-a çatmışdır ki, bu da ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı imicini daha da möhkəmləndirir. Ənənəvi neft və qaz ixracı ilə yanaşı, Azərbaycanın bərpaolunan və yaşıl enerjini, xüsusilə "Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi" vasitəsilə Avropa məkanına nəql etmək yönündəki qətiyyətli əzmi gələcəkdə enerji əməkdaşlığının miqyasını keyfiyyətcə yeni səviyyəyə qaldıracaqdır.

Məhəmməd Abuşov;
Neftçala rayonu

Qəhraman jurnalistlərimizlə fəxr edirik!      Kütləvi informasiya və təbliğatın əsas vasitəsi kimi mətbuat sosial və siy...
23/07/2026

Qəhraman jurnalistlərimizlə fəxr edirik!

Kütləvi informasiya və təbliğatın əsas vasitəsi kimi mətbuat sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahıdır. Tarixə nəzər salarkən görürük ki, Milli Mətbuatımızın yaranmasının uzun və maraqlı tarixi var. Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulmuşdur. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı. Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması idi. Bu qəzet Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı. Ümummilli lider Heydər Əliyev hər zaman mətbuat işçilərinə hörmətlə yanaşmış, onlara zaman-zaman lazımı köməkliklər edərək, onların zəhmətlərini qiymətləndirmişdir. Ulu Öndər bir çox sahədə minlərlə peşəkar kadrların yetişməsi üçün hər cür şərait yaratmışdır. Amma jurnalistlər üçünsə məhz Milli liderlə görüş, müsahibə peşəkarlığı formalaşdıran əsas amil olub. Çünki bir çox sahəyə incəliklərinədək bələd olan Heydər Əliyev jurnalist peşəsinin xüsusiyyətlərindən də xəbərdar idi. Elə buna görə də o, hər zaman jurnalistlərin ən çox sevdiyi müsahib olub. Bu siyasətin davamı olaraq bu gün də cənab İlham Əliyev mətbuat işçilərinə rəğbətlə yanaşaraq onların peşələrinə olan sevgisini yüksək səviyyədə qiymətləndirir. Jurnalistlər hər zaman üzərlərində dövlət dəstəyini ən yüksək formada hiss edirlər. Əlbəttə ki, bu gün biz ön cəbhədə vuruşaraq şəhid, qazi olan oğullarımızla fəxr edirik. Arxa cəbhədə xidmət edərək həyatını risk altına atan qəhrəman jurnalistlərimiz də vardır ki, bu gün qazandığımız qələbədə onların da əvəzolunmaz payı vardır. Qəhrəman jurnalist deyerkən ağıla ilk Çingiz Mustafayev gəlir. Çingiz Mustafayev tarixə öz adını qızıl hərflərlə yazdıran ilk jurnalistimiz oldu. Onun canı bahasına çəkdiyi kadrlar erməni daşnakları tərəfindən xalqımızın başına gələn müsibətləri dünyaya sübut etməkdə ölkəmizə çox yardımçı oldu. Vətən Müharibəsi zamanı isə qardaş ölkədən gəlmiş Fulya Öztürk igidlərimizlə çiyin-çiyinə cəbhədə vuruşan jurnalistlərimizdən idi. Biz hər zaman bu fəxrediləsi peşənin sahibləri ilə qürur duymuşuq və duyacağıq.

Əli Məmmədov;
Neftçala rayonu

Bu gün Bakı və Bratislava arasında möhkəm siyasi iradə formalaşıb         Azərbaycan Respublikası ilə Slovakiya Respubli...
16/07/2026

Bu gün Bakı və Bratislava arasında möhkəm siyasi iradə formalaşıb

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasındakı qarşılıqlı münasibətlərin inkişaf xətti hər iki ölkənin dövlət başçılarının sarsılmaz siyasi iradəsi üzərində bərqərar olunmuşdur. Şuşada keçirilən rəsmi görüş çərçivəsində Möhtərəm Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, iki ölkə arasında 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamə ötən qısa müddət ərzində sadəcə kağız üzərində qalmamış, onun real icrası əyani şəkildə göz önündə canlanmışdır. Belə bir fəal siyasi qarşılıqlı fəaliyyətin və ortaq layihələrin həyata keçirilməsi, şübhəsiz ki, hər iki dövlət rəhbərinin qətiyyətli mövqeyini və tərəfdaşlığa verdiyi xüsusi çəkini nümayiş etdirir. Bu gün Azərbaycan-Slovakiya münasibətlərinin gündəliyi olduqca zəngindir və bura təkcə diplomatik əlaqələr deyil, həm də iqtisadi-ticari fəaliyyət, energetika sektorunda birgə addımlar, hərbi-texniki sahədə əməkdaşlıq və digər prioritet istiqamətlər daxildir. Hər iki dövlətin nümayəndə heyətlərinin üzvləri arasında qurulan daimi və səmərəli təmaslar qəbul olunan qərarların operativ şəkildə həyata keçirilməsinə xidmət edir. Şuşada aparılan olduqca səmimi və açıq müzakirələr bir daha göstərdi ki, hər iki paytaxt ikitərəfli əlaqələrin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasında və mövcud strateji çərçivənin daha da genişləndirilməsində tam həmrəydir.

Böyükağa Rahmanov;
Neftçala rayonu

Türkiyə-Azərbaycan İttifaqı: Şuşa Bəyannaməsindən Müttəfiqliyin Ali Hərbi və Siyasi ZirvəsinəQlobal arenada Türkiyə və A...
16/07/2026

Türkiyə-Azərbaycan İttifaqı: Şuşa Bəyannaməsindən Müttəfiqliyin Ali Hərbi və Siyasi Zirvəsinə

Qlobal arenada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, səmimi, qardaşlıq və müttəfiqlik əlaqələrini dövlət siyasətinin ən ali səviyyəsinə qaldıran ikinci bir nümunə tapmaq demək olar ki, qeyri-mümkündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu günlərdə Şuşa Qlobal Media Forumunda iki qardaş ölkə arasındakı münasibətlərə toxunaraq bəyan etmişdir ki, Türkiyə və Azərbaycan xalqları dünyanın ən yaxın və bir-birinə bağlı olan cəmiyyətləridir. Siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdəki əməkdaşlığın yüksək səviyyəsi hər iki dövlətin gücünü dəfələrlə artırır və bu sarsılmaz birlik regional sabitliyin, təhlükəsizliyin ən böyük təminatçısı kimi çıxış edir. Şuşada imzalanmış tarixi Şuşa Bəyannaməsi bu münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə ucaltmışdır. Dövlətimizin başçısı bəyan etmişdir ki, biz təkcə qardaş deyilik, biz həm də hərbi-siyasi müttəfiqik və tərəflərdən hər hansı birinə qarşı kənardan təhlükə yarandığı təqdirdə, digər tərəf bütün potensialı, o cümlədən öz ordusu və hərbi gücü ilə qardaşının müdafiəsinə qalxacaqdır. Dünyada eyni dildə danışıb bir-biri ilə münaqişə aparan ölkələrin fonunda, Türkiyə və Azərbaycanın nümayiş etdirdiyi bu nümunəvi inteqrasiya və qardaşlıq modeli bütün qonşu dövlətlər tərəfindən öyrənilməli və beynəlxalq münasibətlər sistemində əsas meyar kimi tətbiq edilməlidir.

Gülnarə Qasımova;
Neftçala rayonu

Bakı və Aşqabad arasında strateji tərəfdaşlığın yeni mərhələsi          2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti ...
24/06/2026

Bakı və Aşqabad arasında strateji tərəfdaşlığın yeni mərhələsi

2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasındakı münasibətlərin dinamik inkişafını və strateji xarakterini bir daha nümayiş etdirdi. Ali səviyyədə keçirilən görüşlər və aparılan danışıqlar Bakı ilə Aşqabad arasında mövcud olan çoxşaxəli əməkdaşlığın gələcək perspektivlərini müəyyən etmək baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatı iki dövlət arasında siyasi, iqtisadi və mədəni platformalarda formalaşan sarsılmaz birliyin və gələcək müştərək hədəflərin rəsmi xülasəsi kimi qiymətləndirilməlidir. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində qalmayaraq, tərəflərin regional və qlobal müstəvidə bir-birini tamamlayan fəaliyyət proqramının icrasını sürətləndirdi. İki ölkə arasındakı münasibətlərin ən mühüm xüsusiyyətlərindən biri hər iki tərəfin milli maraqlara və qarşılıqlı hörmətə əsaslanan müstəqil xarici siyasət yürütməsidir. Məumur ki, Azərbaycan və Türkmənistan zəngin karbohidrogen ehtiyatlarına və strateji coğrafi mövqeyə malik dövlətlər kimi regionda sabitliyin və inkişafın əsas təminatçısı rolunda çıxış edirlər. Dövlət bşçısı bəyanatında bu potensialın birləşdirilməsinin vacibliyini xüsusi vurğulamışdır. İki ölkə rəhbərinin qəbul etdiyi qərarlar və verdiyi konkret tapşırıqlar yaxın gələcəkdə yeni və irimiqyaslı layihələrin reallaşdırılmasına zəmin yaradır. Xüsusilə, gələn ay Türkmənistanda keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Komissiyanın iclası bu tapşırıqların praktiki müstəviyə keçirilməsi üçün əsas icra mexanizmi olacaqdır. Komissiya çərçivəsində ticarət, energetika və digər sahələrdə yeni əməkdaşlıq modelləri hərtərəfli işlənib hazırlanacaqdır.
Bu gün Azərbaycan-Türkmənistan əlaqələri sadəcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə koordinasiya olunur. Rəsmi Bakı Aşqabadın uzun illərdir uğurla yürütdüyü və dünyada geniş qəbul olunan neytrallıq siyasətini hər zaman qətiyyətlə dəstəkləyir. Öz növbəsində Türkmənistan da regional inteqrasiya proseslərində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Prezidentlərin siyasi iradəsi və dövlətlər arasındakı qarşılıqlı etimad Avrasiya məkanında yeni geoiqtisadi reallıqların formalaşmasına birbaşa təsir göstərir. Sərdar Berdiməhəmmədovun bu səfəri və qəbul edilən qərarlar Bakı ilə Aşqabad arasında strateji tərəfdaşlığın yeni və daha səmərəli bir mərhələyə qədəm qoyduğunu sübut edir.

Valeh Tağıyev;
Neftçala rayonu

Address

M. Ə. Sabir Küçəsi 65
Neftçala
4700

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:00

Telephone

+994212631571

Website

Alerts

Be the first to know and let us send you an email when Neftçala Mktib posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share