03/09/2026
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala Tarix-Diyarşünaslıq Muzeyində maarifləndirici tədbir keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala Rayon Heydər Əliyev Mərkəzi və Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə muzeydə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın beynəlxalq mövqeyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, dünya dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət barədə ətraflı məlumat verilib.
Həmçinin “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Azərbaycanın tarixi-mədəni irsinin qorunmasının, şəhərsalma və memarlıq sahəsində həyata keçirilən işlərin əhəmiyyəti diqqətə çatdırılıb. Tədbir çərçivəsində Neftçala rayonunun tarixi, mədəni irsi və memarlıq xüsusiyyətləri haqqında geniş söhbət aparılıb.
Sonda iştirakçılar Neftçala Tarix-Diyarşünaslıq Muzeyində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotoşəkillər, kitablar və tarixi sənədlərdən ibarət sərgi ilə tanış olublar.