04/09/2026
🏃Neftçala rayonunda atletika üzrə rayon turniri keçirilib.
✅03-04 sentyabr 2026-cı il tarixlərində Neftçala Olimpiya İdman Kompleksində yeniyetmələr arasında atletika (1000 metr məsafəyə kros qaçışı) idman növü üzrə rayon turniri keçirilib.
🔹️Tədbirdə Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, sektorun digər əməkdaşları, yeniyetmələr iştirak edib.
🔹️️29 nəfərin qatıldığı turnirdə I🥇, II🥈, III🥉 yerlərə layiq görülən gənclər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplom və müvafiq medallarla təltif olunub.👏
📌Qeyd edək ki, turnir Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə həyata keçirilib.
İştirak edən bütün yeniyetmələrə təşəkkürlərimizi bildirir, qalibləri isə təbrik edərək fəaliyyətlərində uğurlar diləyirik.