Oğuz Rayon Statistika İdarəsi

Oğuz Rayon Statistika İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oğuz Rayon Statistika İdarəsi, Government Organization, Oğuz şəhəri, Dədə Qorqud küçəsi 34, Oguz.

24/09/2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciəti

Hörmətli Forum iştirakçıları!

Sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.

Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, bu mötəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Forum çərçivəsində müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi dairələrin nümayəndələrinin bir araya gəlməsi statistika sahəsində qabaqcıl bilik və təcrübələrin bölüşülməsi, eləcə də birgə layihələrin təşviqi üçün əlverişli mühit yaradacaqdır.

Müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün öz əhəmiyyətini daha da artıraraq mühüm vasitələrdən birinə çevrilmişdir. Etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır. Bu səbəbdən, Beynəlxalq Statistika Forumu metodoloji yeniliklərin təqdim edilməsi və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından universal bir platforma kimi çıxış edir.

Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Bu hədəflərin reallaşdırılması üçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgün dəyərləndirilməsi vacibdir. Biz rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan islahatlara xüsusi önəm veririk. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal inkişaf gündəliyinə töhfə verməyə səy göstərir.

Bildiyiniz kimi, BMT-nin Statistika Komissiyasının qərarı ilə bu il oktyabrın 20-də “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında Ümumdünya statistika günü qeyd ediləcəkdir. Əminəm ki, həmin əlamətdar gün ərəfəsində baş tutan Forum statistika cəmiyyətinin bir araya gələrək gələcəyə yönələn önəmli təşəbbüslər irəli sürəcəyi, qarşılıqlı bilik və təcrübə mübadiləsin aparacağı məhsuldar müzakirələrlə yadda qalacaqdır.

Hər birinizi qarşıdan gələn Ümumdünya statistika günü münasibətilə təbrik edir, Forumun işinə uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

11/07/2025
17/06/2025

2025-ci ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Ətraflı:https://stat.gov.az/news/source/doklad_2025-05.pdf

2025-ci ilin yanvar-may aylarında Oğuz rayonunda yazlıq bitkilərin əkini haqqında məlumat
05/06/2025

2025-ci ilin yanvar-may aylarında Oğuz rayonunda yazlıq bitkilərin əkini haqqında məlumat

22/05/2025

TNS TV Azerbaijan - Bura doğru məkandır! bəyənib, paylaşaraq bizə dəstək ola bilərsiniz

2025-ci ilin yanvar-mart aylarında yazlıq bitkilərin əkini haqqında
21/05/2025

2025-ci ilin yanvar-mart aylarında yazlıq bitkilərin əkini haqqında

21/05/2025

2025-ci ilin yanvar-mart aylarında Oğuz rayonunun sosial, iqtisadi inkişafı haqqında makroiqtisadi göstəricilər

Address

Oğuz şəhəri, Dədə Qorqud Küçəsi 34
Oguz
4800

Website

Alerts

Be the first to know and let us send you an email when Oğuz Rayon Statistika İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share