Ordubad Rayon İcra Hakimiyyəti

Ordubad Rayon İcra Hakimiyyəti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ordubad Rayon İcra Hakimiyyəti, Government Organization, Ordubad.

Ordubad şəhərində şəhid Asəf Həsənəliyevin xatirəsi yad olundu05.08.1992-ci il tarixdə Sədərək döyüş bölgəsində şəhidlik...
04/09/2026

Ordubad şəhərində şəhid Asəf Həsənəliyevin xatirəsi yad olundu

05.08.1992-ci il tarixdə Sədərək döyüş bölgəsində şəhidlik zirvəsinə ucalan Həsənəliyev Asəf Ələkbər oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib. Anım mərasimi çərçivəsində Ordubad şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, hüquq və mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri, din xadimi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlardan bəhs edib, torpaqlarımızın bütövlüyü naminə canından keçən igidlərin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir. Çıxışlarda şəhid Asəf Həsənəliyevin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onun vətənpərvərliyi və qəhrəmanlığı gənc nəsil üçün nümunə kimi dəyərləndirilib.
Tədbirin sonunda din xadimləri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub

31/08/2026
Başkənddə şəhid Babayev Emin Əli oğlunun xatirəsi yad edildi      Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhidli...
29/08/2026

Başkənddə şəhid Babayev Emin Əli oğlunun xatirəsi yad edildi

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalan Babayev Emin Əli oğlunun xatirəsi yad olunub. Başkənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçılar, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu barədə məlumat verilib. Müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin hər zaman hörmət və ehtiramla yad edildiyi vurğulanıb. Həmçinin, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub.
Tədbirin sonununda din xadimləri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.

Nurlan Hacıyev Biləv kəndində növbəti səyyar qəbulu keçirdi          Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Ha...
28/08/2026

Nurlan Hacıyev Biləv kəndində növbəti səyyar qəbulu keçirdi

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev vətəndaş müraciətlərinin yerində öyrənilməsi və onların operativ həlli məqsədilə növbəti səyyar qəbulunu Biləv kəndində keçirib. Qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı çıxış edən Nurlan Hacıyev, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, Ordubad rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə ətraflı məlumat verib. Həmçinin Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində Ordubad rayonunda həyata keçirilməsi nəzərdə tutulan mühüm infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, Sərəncam çərçivəsində rayonun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi planlaşdırılır. Bununla yanaşı, Ordubad şəhərində yaşayış binalarında istilik qazanxanalarının, yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur. Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində də mühüm işlərin görülməsi planlaşdırılır. Belə ki, Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz avtomobil yollarının təmiri həyata keçiriləcək.
Qeyd edilib ki, rayonun yaşayış məntəqələrində keçirilən səyyar qəbullar vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunmasına, onların problem və təkliflərinin yerində öyrənilməsinə, eləcə də dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qəbul zamanı Biləv kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən yol infrastrukturu, məşğulluq, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yenidən ölçülməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Bir sıra məsələlərin yerində araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Uzunömürlü və nümunəvi ailə ilə görüş keçirilib“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ordubad Rayon İcra Hakimiyyətin...
28/08/2026

Uzunömürlü və nümunəvi ailə ilə görüş keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ordubad Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Dəstə kəndində yaşayan, evliliklərinin 56-cı ildönümünü qeyd edən uzunömürlü və nümunəvi Məmmədovlar ailəsi ilə görüş keçirilib.
“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində baş tutan görüşdə Komitənin “Ailə könüllüləri” də iştirak ediblər. Görüş zamanı Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Tofiq Babayev, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış ediblər.
Çıxışlarda bildirilib ki, belə uzunömürlü və nümunəvi ailələrlə keçirilən görüşlər əhəmiyyətlidir. Yeniyetmə və gənclərin iştirakı ilə ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü və nümunəvi ailələrin həyat və evlilik təcrübələrindən yararlanmaq hər zaman mühüm əhəmiyyət daşıyıb.
Vurğulanıb ki, Azərbaycan ailəsinin əsas dayaqlarından olan qadınlarımız tarix boyu böyük fədakarlıqlar göstərərək ailənin qorunmasında mühüm rol oynayıblar.
Sonda “Ailələrimizi tanıyaq” layihəsinin iştirakçıları olan, evliliklərinin 56-cı ildönümünü qeyd edən Qərib Məmmədov və ömür-gün yoldaşı Tovuz Məmmədova öz həyatlarından, ailələrindən, əmək fəaliyyətlərindən və övladlarından danışaraq bildiriblər ki, ailənin uzunömürlü olmasının əsas şərtləri ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, səbir, təmkin və sevginin möhkəm təməl üzərində qurulmasıdır. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Sonda evliliklərinin 56-cı ildönümü münasibətilə Məmmədovlar ailəsinə hədiyyə və gül dəstəsi təqdim edilib. Qeyd edək ki, Məmmədovlar ailəsinin 5 övladı, 12 nəvəsi və 10 nəticəsi var.

Ordubad rayonunda  Taxıl biçinindən sonra yay şumunun aparılması, torpağın təkrar əkinlər və payızlıq əkinlər üçün hazır...
28/08/2026

Ordubad rayonunda Taxıl biçinindən sonra yay şumunun aparılması, torpağın təkrar əkinlər və payızlıq əkinlər üçün hazırlanması mövzusunda tədbir keçirilmişdir.

28 avqust 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin, Naxçıvan Aqrar Xidmətlər Mərkəzi Publik Hüquqi şəxsin birgə təşkilatçılığı ilə Dəstə kəndində “Taxıl biçinindən sonra yay şumunun aparılması, torpağın təkrar əkinlər və payızlıq əkinlər üçün hazırlanması tədbirləri, məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının ziyanları, suvarma suyunun düzgün idarə edilməsi, müasir suvarma sistemləri ilə ənənəvi suvarma arasındakı fərq” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə əkin sahələrindən bol məhsul əldə edilməsi üçün payız əkinlərinin optimal müddətə aparılması, əkinlərdə xəstəlik və zərərvericilərə qarşı kimyəvi və bioloji mübarizə tədbirlərinin vaxtında aparılması, əkin sahəsindən götürüləcək torpağın analizinin aparılması qaydaları, vətəndaşların mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasında tələb olunan sənədlər və dövlət rüsumu, müsair suvarma sistemləri haqqında fermerlərə geniş məlumat verilib.
Yekunda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb, gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Address

Ordubad

Alerts

Be the first to know and let us send you an email when Ordubad Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ordubad Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share