25/07/2026
24 iyul 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ordubad Rayon İcra Hakimiyyəti və Ordubad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə idarə və müəssisələrdə çalışan gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilmişdir.
İntellektual oyunda 25 gənc iştirak etmişdir.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən "Qarabağ" komandası I yerə layiq görülmüşdür.
Sonda qalib komanda kubok və diplomla təltif edilmişdir.