Qax rayon İcra Hakimiyyəti

Qax rayon İcra Hakimiyyəti Qax rayon İcra Hakimiyyətinin rəsmi Facebook hesabı

28/05/2026
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May- Müstəqillik günü ilə əlaqədar rayon tədbiri keçirilib. Tədbir i...
27/05/2026

Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May- Müstəqillik günü ilə əlaqədar rayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Şəhər parkı ərazisində ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər.
Sonra YAP rayon Təşkilatının inzibati binasında Rayon rəhbərliyinin, YAP rayon təşkilatının rəhbər şəxslərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələrinin, ziyalıların, gənclərin iştirakı ilə elmi-praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti təsis olundu, parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi.
Həmçinin vurğulayıb ki, Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında Azərbaycanda iqtisadi-siyasi vəziyyət ağır idi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın milli ordusu – Silahlı Qüvvələr yaradıldı.
Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.
Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Bu illər ərzində ölkəmizin hərbi qüdrəti də getdikcə artıb. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir!
Çıxış edənlər 28 May-Müstəqillik Gününün Azərbaycan tarixində önəmli rol oynadığını vurğulamış, Müstəqilliyimizin sarsılmaz və əbədi olduğunu bir daha diqqətə çatdırmışlar.

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax şəhərində vətəndaş qəbulu keçirib.Qəbulda Qax, Şəki, Zaqatala və Ba...
26/05/2026

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax şəhərində vətəndaş qəbulu keçirib.
Qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak ediblər.

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərin...
26/05/2026

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərində yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub.
Səfər çərçivəsində məktəbdə yaradılmış şəraitlə tanışlıq olub, tədris prosesi izlənilib. Daha sonra nazir məktəbin pedaqoji kollektivi ilə də görüşüb, müəllimlərin tədris prosesinin təşkili, peşəkar inkişaf və təhsil mühitinin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini dinləyib, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan kənd təsərrüfatı gələcək illərdə daha da inkişaf edəcək və öl...
26/05/2026

Dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan kənd təsərrüfatı gələcək illərdə daha da inkişaf edəcək və ölkəmiz regionun aparıcı aqrar dövlətlərindən birinə çevriləcəkdir

Müəllif: Mübariz Məmmədov
Qax Notariat Ofisinin notariusu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər ölkəmizin aqrar siyasətinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji baxışdır. Bu çıxışda kənd təsərrüfatının inkişafı, regionların sosial-iqtisadi dirçəlişi, ərzaq təhlükəsizliyinin təmin olunması, müasir texnologiyaların tətbiqi və kənd əhalisinin rifahının yüksəldilməsi əsas prioritetlər kimi ön plana çəkilmişdir.
Məlumdur ki, Azərbaycan tarixən aqrar ölkə olmuşdur. Xalqımızın həyatında torpaq müqəddəs anlayış hesab edilmiş, kənd təsərrüfatı isə həm iqtisadiyyatın, həm də milli ənənələrin ayrılmaz hissəsinə çevrilmişdir. Müstəqillik əldə edildikdən sonra ölkədə bir çox sahələr kimi kənd təsərrüfatında da müəyyən çətinliklər yaşanmışdı. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sektor yenidən dirçəldilmiş, kəndlərin siması dəyişmiş və regionların inkişafı üçün böyük layihələr icra edilmişdir.
Prezident çıxışında qeyd etmişdir ki, 2004-cü ildən başlayaraq qəbul edilən regional inkişaf proqramları kənd təsərrüfatının inkişafında mühüm rol oynamışdır. Regionlarda qaz, elektrik, su təchizatı, yollar və digər infrastruktur layihələrinin həyata keçirilməsi kənd əhalisinin yaşayış şəraitini yaxşılaşdırmış, fermerlərin fəaliyyətini genişləndirmişdir. Əgər əvvəllər kəndlərdə infrastruktur çatışmazlığı insanların şəhərlərə üz tutmasına səbəb olurdusa, indi dövlət siyasəti kəndlərin yenidən inkişafına və insanların öz doğma torpaqlarında daha rahat yaşamasına xidmət edir.
Çıxışda xüsusi vurğulanan məsələlərdən biri də dövlət tərəfindən kənd təsərrüfatına göstərilən dəstək olmuşdur. Subsidiyalar, güzəştli kreditlər, gübrə və yanacaq güzəştləri fermerlərin fəaliyyətini stimullaşdırır. Bu siyasət nəticəsində pambıqçılıq, baramaçılıq, fındıqçılıq, üzümçülük və digər sahələrdə ciddi inkişaf müşahidə olunmuşdur. Məsələn, vaxtilə demək olar ki, sıradan çıxmış pambıqçılıq sahəsi yenidən inkişaf etdirilmiş və istehsal həcmi yüz minlərlə tona çatdırılmışdır. Bu isə kənd yerlərində məşğulluğun artmasına və insanların gəlirlərinin yüksəlməsinə səbəb olmuşdur.
Prezident İlham Əliyev kənd təsərrüfatının yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıdığını vurğulamışdır. Müasir dünyada baş verən müharibələr, iqlim dəyişiklikləri və nəqliyyat problemləri göstərir ki, hər bir dövlət öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Bu baxımdan Azərbaycanın daxili istehsal imkanlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı buğda istehsalı, heyvandarlıq, quşçuluq və digər sahələr üzrə mövcud vəziyyəti təhlil etmiş, idxaldan asılılığın azaldılması üçün yeni proqramların hazırlanmasının vacibliyini qeyd etmişdir.
Müşavirədə diqqət çəkən mühüm məqamlardan biri də kəndlərdən şəhərlərə köç probleminin qarşısının alınması idi. Prezident bildirmişdir ki, məqsəd kəndlərdən şəhərlərə deyil, əksinə şəhərlərdən kəndlərə qayıdış prosesini təmin etməkdir. Bunun üçün kəndlərdə sosial infrastrukturun gücləndirilməsi, məktəblərin, xəstəxanaların tikilməsi, yeni iş yerlərinin yaradılması və xidmət sektorunun inkişafı mühüm əhəmiyyət daşıyır. Bu yanaşma insanların öz torpaqlarına bağlılığını artırır və regionların davamlı inkişafına xidmət edir.
Çıxışda müasir texnologiyaların kənd təsərrüfatında tətbiqinə də geniş yer verilmişdir. Süni intellekt, peyk texnologiyaları və elektron analiz sistemləri vasitəsilə torpaq sahələrinin daha səmərəli idarə olunması nəzərdə tutulur. Bu, məhsuldarlığın artmasına, su ehtiyatlarından düzgün istifadəyə və fermerlərin daha yüksək gəlir əldə etməsinə şərait yaradacaqdır. Müasir dövrdə kənd təsərrüfatının yalnız ənənəvi üsullarla deyil, innovativ yanaşmalar əsasında inkişaf etdirilməsi olduqca vacibdir.
Su təminatı məsələsi də müşavirənin əsas mövzularından biri olmuşdur. Taxtakörpü, Şəmkirçay, Suqovuşan və digər su anbarlarının tikilməsi və yenidən qurulması kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr isə azad edilmiş torpaqların iqtisadi potensialının bərpasına xidmət edir. Müasir suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığın artmasına və su itkisinin qarşısının alınmasına imkan verəcəkdir.
Prezident İlham Əliyevin çıxışı göstərir ki, dövlət kənd təsərrüfatının inkişafını uzunmüddətli strateji prioritet hesab edir. 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının qəbul edilməsi bu sahədə yeni mərhələnin başlanğıcıdır. Dövlət və özəl sektorun birgə fəaliyyəti nəticəsində kənd təsərrüfatında məhsuldarlığın artırılması, ixrac potensialının genişləndirilməsi və ərzaq təhlükəsizliyinin tam təmin olunması əsas məqsədlər sırasındadır.
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə dair müşavirədəki çıxışı Azərbaycanın aqrar inkişaf strategiyasının aydın ifadəsidir. Bu siyasət ölkənin iqtisadi gücünün artmasına, regionların inkişafına, kənd əhalisinin rifahının yüksəlməsinə və Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan kənd təsərrüfatı gələcək illərdə daha da inkişaf edəcək və ölkəmiz regionun aparıcı aqrar dövlətlərindən birinə çevriləcəkdir.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçiribRİH-nin inzibati bi...
25/05/2026

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirib

RİH-nin inzibati binasında keçirilən qəbul zamanı rayon rəhbəri müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sabahın xeyir,  !Şahmalıyev Şahid Zəkəriyyə oğlu 1969-cu il iyunun 25-də Qax şəhərində anadan olub. İlk təhsilini şəhər ...
25/05/2026

Sabahın xeyir, !

Şahmalıyev Şahid Zəkəriyyə oğlu 1969-cu il iyunun 25-də Qax şəhərində anadan olub. İlk təhsilini şəhər 4 saylı tam orta məktəbində alıb. Həmin məktəbin 8-ci sinifini bitirdikdən sonra təhsilini Qax Texniki Peşə məktəbində (indiki Qax Peşə liseyi) davam etdirib.
1989-cu ildə Sovet ordusunda hərbi xidmətə çağırılıb, Çelyabinsk vilayətində xidməti borcunu yerinə yetirdikdən sonra vətənə qayıdıb.
XX əsrin sonlarında Sovet İttifaqına daxil olan bütün respublikalarda, o cümlədən Azərbaycanda ictimai-siyasi vəziyyət ağırlaşmışdı. Erməni qəsbkarları bu dəfə də fürsətdən istifadə edərək, Azərbaycan torpaqlarını ələ keçirmək, azərbaycanlıları soyqırımına məruz qoymaq məqsədilə məkrli planlarını həyata keçirməyə başladılar.
Məhz bele bir zamanda, vətənin dar günündə igid oğullarımız torpaqlarımızın müdafiəsinə qalxdı. Belə oğulların sırasında həmyerlimiz Şahmalıyev Şahid də var idi. O, Milli Orduya könüllü olaraq yazılaraq Ağdam uğrunda gedən döyüşlərə qatılıb və 1992-ci ilin iyun ayının 16-da Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Azərbaycan Xalq Cümhuriyyəti – milli dövlətçilik tariximizin şanlı səhifəsi            Müəllif: Babək Heydərov          ...
23/05/2026

Azərbaycan Xalq Cümhuriyyəti – milli dövlətçilik tariximizin şanlı səhifəsi

Müəllif: Babək Heydərov
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin
Qax rayonu üzrə Təhsil sektorunun müdiri

28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını quraraq dünya tarixində mühüm yer tutdu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və istiqlal arzularının nəticəsi idi. Həmin gün qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya bəyan etdi və milli dövlətçilik ənənələrinin yeni mərhələsinin əsasını qoydu.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti mühüm dövlət quruculuğu işləri həyata keçirdi. İlk parlament və hökumət yaradıldı, dövlət atributları təsis edildi, milli ordu quruldu və demokratik prinsiplərə əsaslanan qanunlar qəbul olundu. Qadınlara seçki hüququnun verilməsi, təhsilin inkişafı və milli mədəniyyətin qorunması istiqamətində atılan addımlar Cümhuriyyətin nə qədər mütərəqqi dövlət olduğunu göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sahəsində də mühüm uğurlar qazandı. Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti Azərbaycanın müstəqilliyinin tanınması istiqamətində ciddi fəaliyyət göstərdi və ölkəmizin beynəlxalq hüququn subyekti kimi tanınmasına nail olundu.
1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması milli təhsil sisteminin inkişafında mühüm hadisə oldu. Eyni zamanda, milli ordu və hüquq-mühafizə sistemi formalaşdırıldı, dövlət idarəçiliyində demokratik prinsiplər tətbiq edildi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsini yüksək qiymətləndirərək onun dövlətçilik tariximizdə xüsusi yer tutduğunu vurğulayırdı. Məhz onun təşəbbüsü ilə üçrəngli bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikasında rəsmi dövlət bayrağı kimi qəbul edildi və müstəqillik ideyalarının yenidən dirçəlməsinə zəmin yarandı.
1991-ci ildə qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Bu, dövlətçilik ənənələrinin davam etdirilməsinin hüquqi təsdiqi idi.
Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan daha da güclənərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanması Cümhuriyyət qurucularının ideallarının həyata keçdiyini göstərir.
2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanuna əsasən 28 May rəsmi olaraq Müstəqillik Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Bu qərar Azərbaycanın dövlətçilik tarixində 1918-ci ilin mühüm rolunu bir daha təsdiqlədi.
Bu gün Azərbaycan xalqı böyük qürur hissi ilə öz müstəqilliyini qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının yadigarı olan dövlətçilik ənənələri müasir Azərbaycanın inkişafında yaşayır və gələcək nəsillərə ötürülür. “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!” fikri bu gün də hər bir azərbaycanlının milli inam və qürur mənbəyidir.

23 May - Ekologiya və Təbii Sərvətlər Nazirliyi  İşçilərinin Peşə Bayramı Günüdür!
23/05/2026

23 May - Ekologiya və Təbii Sərvətlər Nazirliyi İşçilərinin Peşə Bayramı Günüdür!

Address

Qax şəhəri, Azərbaycan Prospekti 32
Qax
3400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242552223

Alerts

Be the first to know and let us send you an email when Qax rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qax rayon İcra Hakimiyyəti:

Share