GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyi

GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyi, Government Organization, Qax. Heydər Əliyev Mərkəzi, Qax.

Qax, Balakən, Zaqatala və Şəki gənclərinin fəaliyyəti, maraqları, ideya və fikirlərini əks etdirir.

🌐 www.gikm.az
📥[email protected]
https://linktr.ee/gikm_seki_zaqatala

🎬 Zaqatalada açıq havada kino nümayişi keçirilib.Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənclərin və sakinlərin asudə v...
13/08/2026

🎬 Zaqatalada açıq havada kino nümayişi keçirilib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənclərin və sakinlərin asudə vaxtının səmərəli və maraqlı təşkili məqsədilə açıq havada kino nümayişi təşkil olunub.

Tədbir çərçivəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və zəngin irsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra iştirakçılar xoş və səmimi mühitdə açıq havada film izləyərək maraqlı və yaddaqalan anlar yaşayıblar. 🌙🎥

🇦🇿 Qaxda 12 Avqust – Beynəlxalq Gənclər Günü qeyd olunub!🎉Qax rayonunda 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə...
12/08/2026

🇦🇿 Qaxda 12 Avqust – Beynəlxalq Gənclər Günü qeyd olunub!🎉

Qax rayonunda 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə gənclərin iştirakı ilə musiqili və əyləncəli tədbir keçirilib.

Tədbirdə çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onların cəmiyyətin inkişafındakı mühüm rolundan, rayonda gənclər sahəsində həyata keçirilən fəaliyyətlərdən və ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətindən bəhs ediblər.

🎶 Daha sonra musiqili qonaqların ifaları, müxtəlif əyləncəli və interaktiv oyunlar tədbirə xüsusi rəng qatıb, gənclərə xoş və yaddaqalan anlar yaşadıb.

✨ Tədbirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkilinə, ictimai fəallığının artırılmasına, istedad və bacarıqlarının dəstəklənməsinə, eləcə də gənclər arasında dostluq və həmrəyliyin gücləndirilməsinə töhfə vermək olub.

Gənclər, siz fikirləriniz, enerjiniz və arzularınızla gələcəyin memarısınız.Bugün sizin gününüzdür. Beynəlxalq Gənclər G...
12/08/2026

Gənclər, siz fikirləriniz, enerjiniz və arzularınızla gələcəyin memarısınız.

Bugün sizin gününüzdür. Beynəlxalq Gənclər Gününüz mübarək! 💙

🚀 Qaxda “Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi uğurla baş...
03/08/2026

🚀 Qaxda “Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi uğurla başa çatıb!

Layihə çərçivəsində gənclər bir araya gələrək həm yeni bilik və bacarıqlar əldə edib, həm də könüllülük sahəsində təcrübələrini daha da zənginləşdiriblər. 🌟

🧠 Proqram müddətində iştirakçılar şəxsi inkişaf mövzularında keçirilən interaktiv təlimlərdə fəal iştirak edib, müxtəlif komanda fəaliyyətləri və intellektual yarışlar vasitəsilə analitik düşüncə, əməkdaşlıq və qərarvermə bacarıqlarını nümayiş etdiriblər.

Layihə boyunca qazanılan bilik və təcrübələr gənclərin həm şəxsi, həm də peşəkar inkişafına töhfə verib. Sonda isə fəallığı ilə seçilən iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. ✨

Bu gün Milli Mətbuat Günüdür! ✒️Dəyərli media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğ...
22/07/2026

Bu gün Milli Mətbuat Günüdür! ✒️

Dəyərli media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

📍 Zaqatalada "Süni intellekt alətləri" mövzusunda təlim keçirilib.Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala ...
21/07/2026

📍 Zaqatalada "Süni intellekt alətləri" mövzusunda təlim keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin təşkilatçılığı ilə Zaqatalada "Süni intellekt alətləri" mövzusunda təlim baş tutub🤖.

Təlimçi Davud Mehdiyev tərəfindən iştirakçılara süni intellekt alətlərindən səmərəli istifadə qaydaları, gündəlik işləri daha sürətli və məhsuldar şəkildə yerinə yetirməyə kömək edən müasir AI alətləri, süni intellektin təhsil, karyera və gündəlik həyatdakı rolu barədə ətraflı məlumat verilib 🎓.

Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və süni intellekt texnologiyalarının praktik tətbiqi ilə bağlı faydalı tövsiyələr təqdim olunub.

🗣 Zaqatalada "Youth Start" şəxsi inkişaf proqramı çərçivəsində gənclər üçün "Kommunikasiya və şəbəkələşmə" mövzusunda tə...
17/07/2026

🗣 Zaqatalada "Youth Start" şəxsi inkişaf proqramı çərçivəsində gənclər üçün "Kommunikasiya və şəbəkələşmə" mövzusunda təlim keçirilib.

Təlimdə iştirakçılar effektiv ünsiyyətin qurulması, qarşı tərəfi daha yaxşı anlama üsulları, düzgün bədən dilindən istifadə və şəbəkələşmənin əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər.

✨ İnteraktiv müzakirələr və praktiki tapşırıqlar əsasında keçirilən təlim zamanı gənclər kommunikasiya bacarıqlarını inkişaf etdirmək və yeni əlaqələr qurmaq istiqamətində faydalı bilik və təcrübələr qazanıblar.

🤖 Qaxda “Süni İntellekt alətlərinin müasir həyatımızda rolu” mövzusunda gənclərlə görüş keçirilibGənclərlə keçirilən gör...
14/07/2026

🤖 Qaxda “Süni İntellekt alətlərinin müasir həyatımızda rolu” mövzusunda gənclərlə görüş keçirilib

Gənclərlə keçirilən görüşdə süni intellekt texnologiyalarının gündəlik həyatımıza təsiri, təhsil, karyera və iş mühitində yaratdığı imkanlar, eləcə də AI alətlərindən səmərəli istifadə mövzuları müzakirə olunub.

💡 Görüş zamanı iştirakçılar müxtəlif süni intellekt alətləri ilə tanış olub, onların praktik tətbiq sahələri barədə məlumat əldə edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.

🏆 28 May – Müstəqillik Gününə həsr olunmuş Qax şəhər məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.📍 İn...
28/05/2026

🏆 28 May – Müstəqillik Gününə həsr olunmuş Qax şəhər məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

📍 İntellektual oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru, Qax Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qax Rayon Heydər Əliyev Mərkəzində baş tutub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:

🥇 1-ci yer – Qax rayon Zakir Müslümov adına Qum kənd tam orta məktəbin komandası
🥈 2-ci yer – Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta məktəbin komandası
🥉 3-cü yer – Qax rayon Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbin komandası

📌 Qeyd edək ki, intellektual oyunun keçirilməsində əsas məqsəd şagirdlər arasında milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissinin və intellektual düşüncənin inkişaf etdirilməsi, onların tarix, mədəniyyət və dövlətçilik ənənələri barədə biliklərinin artırılması, həmçinin sağlam rəqabət mühitində komanda ruhunun formalaşdırılmasıdır.

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿
28/05/2026

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿

Address

Qax. Heydər Əliyev Mərkəzi
Qax

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994706650196

Alerts

Be the first to know and let us send you an email when GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share