17/08/2026
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görüş keçirilib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində tədbir keçirilib.
Bu məqsədlə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun əməkdaşları İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər ediblər. Səfər çərçivəsində qoruqların əməkdaşlarının iştirakı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında müəyyən edilmiş mədəni irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı təcrübə və bilik mübadiləsinin təşviq edilməsi, peşəkar əlaqələrin inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyası çərçivəsində qoruqlar arasında əməkdaşlıq” mövzusunda tədbir keçirilib.
Toplantıda qoruqların fəaliyyəti, mədəni irs nümunələrinin qorunması, öyrənilməsi və təbliği istiqamətində görülən işlər barədə qarşılıqlı “fikir mübadiləsi aparılıb və qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib” Eyni zamanda, qoruqlar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, elmi-tədqiqat və maarifləndirici tədbirlərin təşkili, əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması məsələləri ətrafında geniş müzakirələr aparılıb. Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində qarşılıqlı dəstəyin və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Toplantının ardından Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun əməkdaşları İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən tarixi-memarlıq abidələri ilə tanış olublar. Qoruğun ərazisində yerləşən “Sumuq qala” (XVII–XVIII əsrlər), “Ulu məscid” (XVII–XVIII əsrlər), “Ulu körpü” (XVII əsr), “Bürc qala” (XIX əsr) və “Beşbulaq” (XIX əsr) abidələrinə baxış keçirilib. Qoruğun ekskursiyaçıları tərəfindən abidələrin tarixi, memarlıq xüsusiyyətləri və mədəni əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
Səfər və keçirilən görüş qoruqlar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və mədəni irsin qorunması sahəsində birgə fəaliyyətin təşviqi baxımından əhəmiyyətli olub.