06/09/2026
🎭 Ağstafada “Özünü ifadə et” art-terapiya təlimi həyata keçirilib!
✨️ Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi və Ağstafa Gənclər Evinin birgə təşkilatçılığı ilə “İstedadlı və Yaradıcı Gənclik” proqramı çərçivəsində “Özünü ifadə et” art-terapiya təlimi uğurla yekunlaşıb.
👩💻Təlim Ağstafa Gənclər Evinin psixoloqu Lətifə Vəlizadə və Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Abuhəyat Əfəndinin təqdimatında reallaşıb.
🎨 Sessiya çərçivəsində ünsiyyət problemləri, emosional gərginlik, sosial münasibətlərdə çətinliklər və digər aktual mövzular üzrə fəaliyyətlər həyata keçirilib.
🖇️ Sessiyanın sonunda təlim üzrə ümumi dəyərləndirmə aparılıb.
Yekunda qeydiyyatdan keçmiş iştirakçılardan seçilən 12 gənc təlimi uğurla tamamlayaraq sertifikatla təltif olunub.👏🏻