Diri Baba türbəsi

Diri Baba türbəsi Diri Baba türbəsi Dövlət Turizm Agentliyinin tabeliyində olan ölkə əhəmiyyətli memarlıq abidəsidir.

Bu gün "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə Xətai Mərkəzi Kitabxanasının əməkdaşları Diri Baba türbə...
18/04/2026

Bu gün "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə Xətai Mərkəzi Kitabxanasının əməkdaşları Diri Baba türbəsini ziyarət etdilər. Qonaqlarla tədbir xarakterli görüşdə abidə haqqında ətraflı məlumat verildi. Xəlvətilik təriqəti mənsubları olan dərvişlərin dərgahı olmuş bu məkanın mistik enerjisi və xəlvətiliyin görkəmli nümayəndələri haqqında fikirlər bölüşüldü. Eyni zamanda ayrı-ayrılıqda və kompleks şəkildə mağaraların tarixi abidə kimi mahiyyətindən danışıldı.

azerbaijan_qim

18 Aprel - "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə Milli İncəsənət Muzeyinin rəhbər və əməkdaşları Diri...
18/04/2026

18 Aprel - "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə Milli İncəsənət Muzeyinin rəhbər və əməkdaşları Diri Baba türbəsini ziyarət etdilər. Qonaqlarla tədbir xarakterli görüş keçirildi. Qonaqlara abidənin tarixi, memarlıq üslubu və sufi dünyagörüşü haqqında ətraflı məlumat verildi, Azərbaycan dövlətçilik tarixinin yadigarı kimi abidələrin əhəmiyyəti mövzusunda fikir mübadiləsi aparıldı.

Bugün Diri Baba türbəsində "Beynəlxalq Abidələr və Tarixi yerlər günü" münasibətilə tədbir keçirildi. Tədbirdə Qobustan ...
17/04/2026

Bugün Diri Baba türbəsində "Beynəlxalq Abidələr və Tarixi yerlər günü" münasibətilə tədbir keçirildi. Tədbirdə Qobustan Gənclər Evinin, İsmayıllı Regional Peşə Liseyinin Qobustan filialının və Diri Baba türbəsinin rəhbər və əməkdaşları iştirak edirdilər. Qonaqlara abidənin tarixi və sufizm haqqında ətraflı məlumat verildi. Eyni zamanda Diri Baba türbəsinin unikallığından, özünəməxsus memarlıq üslubundan və əcnəbi qonaqların bu tarix və memarlıq abidəsinə marağından danışıldı. Aparılan fikir mübadiləsində gənclər yeni məlumatlar öyrəndiklərini vurğuladılar.

10/04/2026

Yaz mənzərəsi.
01/04/2026

Yaz mənzərəsi.

Martın 31-də Diri Baba türbəsində "31 Mart - Azərbaycanlıların soyqırımı günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə...
31/03/2026

Martın 31-də Diri Baba türbəsində "31 Mart - Azərbaycanlıların soyqırımı günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şairlər, könüllülər, Qobustan Mərkəzi Kitabxanasının və Diri Baba türbəsinin əməkdaşları iştirak etdilər. Tədbir iştirakçıları öncə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra çıxış edənlər növbəylə zaman-zaman mənfur qonşularımız tərəfindən xalqımızın başına gətirilən faciələrdən danışdılar. Ermənilərin Bakı, Şamaxı, Quba, Lənkəran və s. bölgələrimizdə törətdikləri bu faciələrə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi qiymət verilməsinin vacibliyi vurğulandı. Xalqımızın bu faciələri heç zaman unutmaması üçün gələcək nəsillərə təbliğ olunmasının önəmli olması bildirildi.

31/03/2026
Fevralın 25-də Diri Baba türbəsində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Diri Baba türbəsinin ...
26/02/2026

Fevralın 25-də Diri Baba türbəsində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Diri Baba türbəsinin və Qobustan Gənclər Evinin əməkdaşları, gənc könüllülər iştirak etmişlər. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımının Azərbaycan və Dünya tarixində yeri, erməni vəhşiliyi barədə fikirlər bölüşmüşlər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə şəhidlərimizin, qazilərimizin şücaəti nəticəsində bu gün Azərbaycan bayrağının işğaldan azad edilmiş ərazilərdə dalğalanması, bütün dünyaya nümunə olan qələbəmiz və 44 günlük müharibə dönəmində düşməndən intiqamımızın insani, əxlaqi şəkildə alınmasının xalqa olaraq, dövlət olaraq fərqliliyimizin göstəricisi olmasından danışılmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Address

Qobustan

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 10:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Diri Baba türbəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Diri Baba türbəsi:

Share