Quba Tarix Diyarşünaslıq Muzeyi - Guba History and Etnography Museum

  • Home
  • Azerbaijan
  • Quba
  • Quba Tarix Diyarşünaslıq Muzeyi - Guba History and Etnography Museum

Quba Tarix Diyarşünaslıq Muzeyi - Guba History and Etnography Museum Muzeylər xalqımızın maddi-mənəvi sərvətlər xəzinəsidir.

Müxtəlif bölgələrdən olan şəhid ailələri Quba Tarix-Diyarşünaslıq Muzeyinin filialı Şəhidlər Muzeyini ziyarət etdilər.
19/08/2026

Müxtəlif bölgələrdən olan şəhid ailələri Quba Tarix-Diyarşünaslıq Muzeyinin filialı Şəhidlər Muzeyini ziyarət etdilər.

🇦🇿 18 AVQUST — SƏRHƏDÇİ GÜNÜ! 🇦🇿107 illik şərəfli tarix, Vətənə sədaqətli xidmət!Azərbaycanın dövlət sərhədlərinin keşiy...
18/08/2026

🇦🇿 18 AVQUST — SƏRHƏDÇİ GÜNÜ! 🇦🇿

107 illik şərəfli tarix, Vətənə sədaqətli xidmət!
Azərbaycanın dövlət sərhədlərinin keşiyində dayanan, müqəddəs Vətən torpağının hər qarışını qoruyan bütün sərhədçilərimizi 18 Avqust — Sərhədçilərin Peşə Bayramı Günü münasibətilə ürəkdən təbrik edirik!

🇦🇿 Sərhəd — dövlətin toxunulmazlığı,
🇦🇿 sərhədçi — Vətənin əbədi keşikçisidir!

1919-cu ildən başlayan şərəfli sərhəd mühafizəsi ənənəsi bu gün də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin qəhrəman əməkdaşları tərəfindən layiqincə davam etdirilir.
Bu müqəddəs xidmət yolunda canından keçən bütün şəhid sərhədçilərimizi dərin ehtiramla yad edirik.

Quba torpağının qəhrəman oğulları —
🇦🇿 Şahin Allahyarov
🇦🇿 Rəvan Əliyev
🇦🇿 Fərid Alimov
və bütün şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Sərhədçiyə şərəf, şəhidlərə ehtiram, Vətənə sonsuz sevgi! 🇦🇿

Şəhidlər ölməz, Azərbaycan bölünməz!

Salyan rayonunda nəşr olunan “Ana Kürüm” ictimai-siyasi, ekoloji-maarifləndirici qəzetin təsisçisi və baş redaktoru, “Al...
18/08/2026

Salyan rayonunda nəşr olunan “Ana Kürüm” ictimai-siyasi, ekoloji-maarifləndirici qəzetin təsisçisi və baş redaktoru, “Ali media” mükafatı laureatı, Prezident təqaüdçüsü Rüstəm Məlikov Quba Tarix-Diyarşünaslıq Muzeyinin qonağı olub.

Görüş zamanı Rüstəm Məlikov muzey əməkdaşları ilə öz zəngin iş təcrübəsini bölüşüb. O, həmçinin redaktoru olduğu “Ana Kürüm” qəzetin nüsxəsini muzeyə hədiyyə edib.

Səmimi və maraqlı keçən görüş qarşılıqlı fikir mübadiləsi ilə yadda qalıb.

Qubalı  Ziyalılarımızı  Tanıyaq və Tanıdaq!Bayramov Eyyub Əhmədpaşa oğlu Bayramov Eyyub Əhmədpaşa oğlu 26 noyabr 1942-ci...
17/08/2026

Qubalı Ziyalılarımızı Tanıyaq və Tanıdaq!

Bayramov Eyyub Əhmədpaşa oğlu

Bayramov Eyyub Əhmədpaşa oğlu 26 noyabr 1942-ci ildə Azərbaycan SSR-in Quba rayonunun Zizik kəndində anadan olmuşdur.
Atası Bayramov Əhmədpaşa Mikayıl oğlu Böyük Vətən Müharibəsi illərində Quba rayonunun Çkalov kolxozunda kolxoz sədri vəzifəsində işləmişdir. Anası Bayramova Məxfilət Həsən qızı Çkalov kolxozunun üzvü olmuşdur.
1956-cı ildə yeddiillik orta məktəbi bitirdikdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin tabeliyində fəaliyyət göstərən Quba Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1960-cı ildə həmin texnikumu meyvə-tərəvəzçilik ixtisası üzrə bitirmişdir. 1964–1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda qiyabi təhsil almış və alim-aqronom ixtisasına yiyələnmişdir.
1961–1963-cü illərdə Sovet Ordusu sıralarında Pribaltika hərbi dairəsində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə I dərəcəli aviasiya mexaniki ixtisasını əldə etmişdir.
1965-ci ildə "XX Partiya Qurultayı" kolxozunda entomoloq-aqronom vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Həmin ildə Böyük Vətən Müharibəsində Qələbənin 20 illiyi münasibətilə təsis edilmiş yubiley medalı ilə təltif olunmuşdur.
1971-ci ildə Azərbaycan Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunun aspiranturasına qəbul edilmiş, intensiv bağçılıq sahəsi üzrə elmi-tədqiqat işi aparmışdır. 1980-ci ildə Moskva şəhərində kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Əmək fəaliyyəti dövründə manqa başçısı, aqronom, baş aqronom və digər məsul vəzifələrdə çalışmış, sonradan "Jdanov" adına sovxozun direktoru vəzifəsinə təyin edilmişdir.
Uzun illər Quba Meyvəçilik Sovxoz-Texnikumunda pedaqoji və istehsalat fəaliyyəti ilə məşğul olmuş, tələbələrin istehsalat təcrübəsinin təşkili və kənd təsərrüfatı üzrə praktiki biliklərinin artırılması istiqamətində fəaliyyət göstərmişdir. 1975-ci ildə 12 nömrəli seçki dairəsindən Alekseyevka Kənd Zəhmətkeş Deputatları Sovetinə deputat seçilmişdir.
1982-ci ildə Quba rayonunun 1 nömrəli seçki dairəsindən Kənd Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları təşkilatının (1965), Azərbaycan Texniki Elmi Cəmiyyətinin (1971) və Azərbaycan "Bilik" Cəmiyyətinin (1981) üzvü olmuşdur. Azərbaycan Respublikasının müstəqilliyi dövründə, sovxozların fəaliyyətinin dayandırılmasından sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təsdiqi ilə Quba rayonunun Zizik kəndində fermer təsərrüfatı yaratmışdır.
1993-cü ildə Yeni Azərbaycan Partiyası Quba Rayon Təşkilatının Alekseyevka ərazi təşkilatının sədri seçilmişdir.
Kənd təsərrüfatı sahəsinə dair elmi və publisistik məqalələri dövrün "Kommunist" və "Şəfəq" qəzetlərində dərc edilmişdir.
Bayramov Eyyub Əhmədpaşa oğlu ictimai fəaliyyətlə məşğul olmuş, peşəkar fəaliyyəti və elmi bilikləri ilə yaşadığı bölgədə nüfuz qazanmışdır. Ailəli olmuş, üç övlad atası idi.
17 yanvar 2000-ci ildə ürək tutması nəticəsində Quba rayonunun Zizik kəndində vəfat etmişdir.

200-dən artıq elmi, metodiki və bədii məqalənin, 12 iri həcmli kitabın müəllifi, qubalı ziyalı, şair-publisist Baxışov Ş...
15/08/2026

200-dən artıq elmi, metodiki və bədii məqalənin,
12 iri həcmli kitabın müəllifi, qubalı ziyalı, şair-publisist Baxışov Şükür Məmmədşah oğlu öz müəllifi olduğu 10 ədəd kitabı Quba Tarix-Diyarşünaslıq Muzeyinin filialı A.A. Bakıxanov Ev-Muzeyinə hədiyyə etmişdir.

Şükür müəllim eyni zamanda muzeyi ziyarət edərək burada nümayiş etdirilən eksponatlarla tanış olmuşdur.

Dəyərli kitabları muzeyimizin fonduna hədiyyə etdiyi üçün Şükür müəllimə təşəkkürümüzü bildirir, yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.

14/08/2026

Texnologiyanın sürətli inkişafı, informasiya resurslarının çoxalması və biliyə çıxış imkanlarının genişlənməsi kitabxanaların qarşısında yeni vəzifələr qoyur.

UNUTMADIQ, UNUTMARIQ!Şəhid Bədəlov Səhman Bəhman oğlu.(14.08.2001 - 14.10.2020)ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUN ŞAD ETSİ...
14/08/2026

UNUTMADIQ, UNUTMARIQ!
Şəhid Bədəlov Səhman Bəhman oğlu.
(14.08.2001 - 14.10.2020)
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUN ŞAD ETSİN !!!

Beynəlxalq Gənclər Günü münasibətilə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun bir qru...
13/08/2026

Beynəlxalq Gənclər Günü münasibətilə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun bir qrup fəal gənclərinin Quba Tarix-Diyarşünaslıq Muzeyinə ziyarəti təşkil olunmuşdur.

Gənclər muzeydə nümayiş etdirilən eksponatlarla tanış olmuş, Qubanın qədim və zəngin tarixi haqqında dəyərli məlumatlar əldə etmişlər.

Bakı və Gəncə şəhərlərindən olan şəhid ailələri Quba Tarix-Diyarşünaslıq Muzeyinin qonağı olublar.Ziyarət çərçivəsində m...
12/08/2026

Bakı və Gəncə şəhərlərindən olan şəhid ailələri Quba Tarix-Diyarşünaslıq Muzeyinin qonağı olublar.

Ziyarət çərçivəsində muzeyin eksponatları ilə tanış olub, Qubanın zəngin tarixi və mədəni irsi haqqında məlumat əldə ediblər.

UNUTMADIQ, UNUTMARIQ!Şəhid Azayev Sadiq Xubyar oğlu(11.08.1992 - 01.10.2020)ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUN ŞAD ETSİN !...
11/08/2026

UNUTMADIQ, UNUTMARIQ!
Şəhid Azayev Sadiq Xubyar oğlu
(11.08.1992 - 01.10.2020)
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUN ŞAD ETSİN !!!

Address

Quba Rayonu, Nizami Gəncəvi Adına Park
Quba
AZ4000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 17:00
Sunday 10:00 - 17:00

Telephone

+994233353675

Alerts

Be the first to know and let us send you an email when Quba Tarix Diyarşünaslıq Muzeyi - Guba History and Etnography Museum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Quba Tarix Diyarşünaslıq Muzeyi - Guba History and Etnography Museum:

Shortcuts

Share