Quba Regional Turizm İdarəsi

Quba Regional Turizm İdarəsi İdarənin fəaliyyəti Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını əhatə edir. Regionda turizmin inkişafına yönəlmiş digər tədbirləri icra etmək.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2023-cü il tarixli 2035 nömrəli Fərmanı əsasında Agentliy

in Quba Regional Turizm İdarəsi yaradılımışdır. Quba Regional Turizm İdarəsi Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarını əhatə edir.
İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. Region üzrə turizm sahəsinə aid olan dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
2. Regionda fəaliyyət göstərən turizm sənayesi subyektlərinə dövlət nəzarətini həyata keçirmək;
3. Turistlərin marağına səbəb olan turizm məhsullarının yaradılması və təkmilləşdirilməsinə dair tədbirlər görmək;
4. Regionun maddi və qeyri-maddi mədəni, təbiət irsinin qorunmasına töhfə vermək və onun turizm məqsədləri üçün səmərəli istifadəsi məqsədi ilə tədbirlərin görülməsinə dair Agentliyə təkliflər vermək;
5. Regionda turizm sahəsinin inkişafına maneə yaradan problemlərin həll edilməsi istiqamətində mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları, yerli icra hakimiyyətləri və bələdiyyələr ilə əməkdaşlıq etmək;
6. Regionda turizm sahəsi üzrə kadr potensialının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
7.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-...
20/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Sərəncamda qeyd olunur:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
2.1.1. altı ay müddətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi;
2.1.2. üç ay müddətində:
2.1.2.1. turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi;
2.1.2.2. Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair;
2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
2.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.

6. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 avqust 2026-cı il"
Mənbə: president.az

2–12 avqust tarixlərində Qusarda 16 yaşadək şahmatçılar arasında keçirilən Respublika Şahmat Olimpiadası çərçivəsində 3-...
12/08/2026

2–12 avqust tarixlərində Qusarda 16 yaşadək şahmatçılar arasında keçirilən Respublika Şahmat Olimpiadası çərçivəsində 3-11 avqust tarixlərində Quba Regional Turizm İdarəsinin əməkdaşları da tədbirdə iştirak ediblər.

Tədbir zamanı idarə tərəfindən turizm stendi təşkil olunub, olimpiadaya qatılan iştirakçılara, onların valideynlərinə və tədbir ziyarətçilərinə Qusar və regionun turizm imkanları haqqında məlumat verilib.

Stenddə ziyarətçilərə Şimal regionunun turizm potensialı, görməli yerləri, mədəni-tarixi irsi və ziyarət üçün maraqlı məkanları barədə məlumatlar təqdim olunub, həmçinin müxtəlif broşür və çap materialları paylanılıb.

Belə tədbirlər Şimal regionunun turizm imkanlarının daha geniş auditoriyaya tanıdılması, potensial turistlərlə birbaşa ünsiyyətin qurulması və regionun turizm imicinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xaçmazda turizm sektorunun inkişafı, mövcud problemlərin müəyyənləşdirilməsi və sahibkarların qarşılaşdığı çətinliklərin...
12/08/2026

Xaçmazda turizm sektorunun inkişafı, mövcud problemlərin müəyyənləşdirilməsi və sahibkarların qarşılaşdığı çətinliklərin müzakirəsi məqsədilə görüş keçirilib.

Görüşdə hotel sahibləri, kirayə evlərin idarəçiləri, digər turizm sənayesi nümayəndələri və dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Müzakirə zamanı turizm sahəsində mövcud vəziyyət, sahibkarların qarşılaşdığı çətinliklər, xidmətlərin inkişaf etdirilməsi, turizm məhsullarının şaxələndirilməsi və dövlət qurumları ilə sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ümumilikdə 15 nəfər, o cümlədən 10 turizm sənayesi nümayəndəsi və 5 dövlət qurumu əməkdaşı iştirak edib.

Belə görüşlərin keçirilməsi regionda turizm sektorunun real ehtiyaclarının müəyyənləşdirilməsi, sahibkarların təklif və problemlərinin dinlənilməsi, eləcə də turizmin davamlı inkişafı istiqamətində birgə fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Quba Regional Turizm İdarəsi Quba “ABAD”  (Ailə Biznesinə Asan Dəstək) İstehsalat Kompleksinə tanışlıq səfəri edib.Səfər...
11/08/2026

Quba Regional Turizm İdarəsi Quba “ABAD” (Ailə Biznesinə Asan Dəstək) İstehsalat Kompleksinə tanışlıq səfəri edib.

Səfər çərçivəsində “ABAD” Kompleksinin fəaliyyəti, yerli sənətkarlıq və ailə bizneslərinin inkişafına göstərilən dəstək mexanizmləri ilə tanışlıq keçirilib.

Görüş zamanı turizm və yerli istehsal arasında əməkdaşlıq imkanları, regionun yerli məhsullarının və sənətkarlıq nümunələrinin turizm məhsullarında daha geniş təqdim olunması, həmçinin qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Quba Regional Turizm İdarəsi tərəfindən yerli dəyərlərin, sənətkarlıq ənənələrinin və regional məhsulların turizm imkanları ilə əlaqələndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi davam etdirilir.

11/08/2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” ela...
07/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq, Quba Regional Turizm İdarəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə regionun ən yüksək turizm potensialına malik, təbii gözəlliyi ilə seçilən Qəçrəş meşəsi ərazisində genişmiqyaslı ekoloji təmizlik aksiyası təşkil olunub.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, Quba Regional Turizm İdarəsinin, rayon icra hakimiyyətinin, yerli idarə, müəssisə və təşkilatların əməkdaşları, turizm sənayesi nümayəndələri, sahibkarlar, gənc könüllülər, ekoloji fəallar və ətrafda yaşayan yerli sakinlər fəal iştirak ediblər.

Aksiyanın əsas məqsədi regionun əsas turistik bölgələrində ekoloji təmizliyin təmin olunması, həm yerli əhali, həm də əraziyə səfər edən yerli və xarici turistlər arasında ekoloji məsuliyyət və maarifləndirmə işlərinin aparılmasıdır.

Qəçrəş meşəsinin girişindən start götürən təmizlik aksiyası 3 kilometrlik böyük bir məsafə boyunca davam etdirilib. Aksiyada 150 nəfərdən çox fəal iştirak edib. Toplanan məişət və plastik tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb, çeşidlənib və utilizasiya olunmaq üçün müvafiq məntəqələrə göndərilib.

Quba Regional Turizm İdarəsi tərəfindən Qusar rayonu ərazisində fəaliyyət göstərən hotellərdə ulduz sertifikatının alınm...
17/07/2026

Quba Regional Turizm İdarəsi tərəfindən Qusar rayonu ərazisində fəaliyyət göstərən hotellərdə ulduz sertifikatının alınması məqsədilə audit və qiymətləndirmə prosesi həyata keçirilmişdir.

Qiymətləndirmə zamanı hotellərdə təqdim olunan xidmətlərin keyfiyyəti, qonaq məmnuniyyəti, təhlükəsizlik standartları, otaq infrastrukturu, sanitariya vəziyyəti və əlavə xidmətlərə baxış keçirilmişdir.

Aparılmış audit nəticəsində hotellərin mövcud standartlara uyğunluq səviyyəsi qiymətləndirilmiş, xidmət keyfiyyətinin daha da artırılması məqsədilə müvafiq tövsiyələr təqdim olunmuşdur.

Qeyd edək ki, hotellərin ulduzlaşdırılması turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, qonaq məmnuniyyətinin artırılması və regionun turizm potensialının daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qubada “Regionlarda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində maarifləndirmə tədbiri təşkil olunduAzərbaycan Re...
13/07/2026

Qubada “Regionlarda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində maarifləndirmə tədbiri təşkil olundu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Regionlarda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində Qubada Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Quba Regional Turizm İdarəsinin və müvafiq yerli tərəfdaşların təşkilati dəstəyi ilə maarifləndirmə tədbiri keçirildi.

Quba Regional Turizm İdarəsi tərəfindən tədbirə regionda fəaliyyət göstərən yerli bələdçilərin, aqroturizm təsərrüfatlarının nümayəndələrinin, fermerlərin və turizm sahəsində fəaliyyət göstərən digər maraqlı tərəflərin iştirakı təmin olundu.

Layihənin əsas məqsədi yüksək ixrac potensialına malik olan trüfel göbələyinin yetişdirilməsi texnologiyaları barədə regionlarda fermerləri və maraqlı şəxsləri məlumatlandırmaq, bu sahədə yeni biznes imkanlarının formalaşdırılmasına dəstək vermək, eyni zamanda aqroturizmin inkişafına töhfə verməklə regionun turizm cəlbediciliyini artırmaqdır.

Tədbir çərçivəsində iştirakçılara trüfel göbələyinin becərilməsi, iqtisadi səmərəliliyi, ixrac perspektivləri və aqroturizm marşrutlarına inteqrasiyası ilə bağlı təqdimatlar keçirildi, mövzu ətrafında fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, bu kimi təşəbbüslər kənd təsərrüfatı ilə turizmin qarşılıqlı inkişafını stimullaşdırmaqla regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

23 iyun 2026-cı il tarixdə Dövlət qulluqçularının peşə bayramı münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığ...
23/06/2026

23 iyun 2026-cı il tarixdə Dövlət qulluqçularının peşə bayramı münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Quba Regional Turizm İdarəsinin əməkdaşları da iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Address

Quba şəhəri, Fətəli Xan Küçəsi, Giriş 174
Quba
AZ4000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233356465

Alerts

Be the first to know and let us send you an email when Quba Regional Turizm İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Quba Regional Turizm İdarəsi:

Shortcuts

Share