Saatlı rayon Heydər Əliyev Mərkəzi

Saatlı rayon Heydər Əliyev Mərkəzi Saatlı rayon Heydər Əliyev Mərkəzi 2008-ci il tarixdə AR Prezidenti cənab İlham Əliyevin i?

09 iyul 2026-cı il tarixində Saatlı Rayon Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunub. Saatlı rayon Heydər Əliyev ...
10/07/2026

09 iyul 2026-cı il tarixində Saatlı Rayon Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunub. Saatlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan ekskursiyada rayonun idarə və müəssisələrinin əməkdaşları, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ekskursiya zamanı iştirakçılar Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətini, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkəmizin inkişafı istiqamətində gördüyü mühüm işləri əks etdirən ekspozisiyalarla tanış olubar. Tədbir iştirakçılarda milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Heydər Əliyev irsinə marağın daha da artırılmasına xidmət edib.

"Milli Qəhrəmanın qısa və şərəfli həyat yolu" adlı tədbir keçirilib. 30 iyun 2026-cı il tarixində Saatlı Dövlət Rəsm Qal...
09/07/2026

"Milli Qəhrəmanın qısa və şərəfli həyat yolu" adlı tədbir keçirilib.
30 iyun 2026-cı il tarixində Saatlı Dövlət Rəsm Qalereyasında Azərbaycanın Milli Qəhrəmanı şəhid Elşən Hüseynovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuş “Milli Qəhrəmanın qısa və şərəfli həyat yolu” adlı tədbir keçirilib. Saatlı rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri, Saatlı rayon Polis Şöbəsinin əməkdaşları, mədəniyyət işçiləri və rayon ziyalıları iştirak ediblər. Tədbirdə çıxış edənlər Milli Qəhrəman Elşən Hüseynovun vətən qarşısındakı xidmətlərindən, göstərdiyi qəhrəmanlıq nümunələrindən və keçdiyi şərəfli həyat yolundan bəhs ediblər. Bildirilib ki, vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların həyat yolu gənc nəsil üçün vətənpərvərlik məktəbi olaraq nümunə təşkil edəcək. Tədbir çərçivəsində Milli Qəhrəman, şəhid Elşən Hüseynovun həyat və döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub. Filmdə qəhrəmanın keçdiyi şərəfli ömür yolu, vətən uğrunda göstərdiyi igidliklər və əziz xatirəsi haqqında məlumatlar yer alıb. Film iştirakçılar tərəfindən böyük maraqla izlənilib. Şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

12 iyun 2026-cı il tarixində Saatlı Rayon Mərkəzi Kitabxanasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçir...
15/06/2026

12 iyun 2026-cı il tarixində Saatlı Rayon Mərkəzi Kitabxanasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Saatlı rayon Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyəti barədə geniş məlumat verilmişdir. Çıxış edənlər qeyd etmişlər ki, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və siyasi sabitliyin təmin olunmasında mühüm rol oynamışdır.
Tədbir iştirakçılarına Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafı naminə göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb .Həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablar və nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

18 may 2026-cı il tarixdə Saatlı Tarix Diyarşünaslıq Muzeyində “18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə tədbir k...
19/05/2026

18 may 2026-cı il tarixdə Saatlı Tarix Diyarşünaslıq Muzeyində “18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə tədbir keçirilib. Tədbir Saatlı rayon Heydər Əliyev Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı baş tutub.

Tədbirdə rayon gəncləri, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər, həmçinin idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Çıxışlar zamanı muzeylərin cəmiyyətin mədəni həyatındakı rolu, tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qonaqlara muzeylərin yaranma tarixi, fəaliyyət istiqamətləri və dünya mədəniyyətinin inkişafındakı yeri haqqında məlumat təqdim olunub, muzeylərə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Tədbirin davamında iştirakçılar üçün Saatlı Tarix Diyarşünaslıq Muzeyində və Saatlı rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar təşkil olunub. Ekskursiya zamanı qonaqlar eksponatlar, tarixi materiallar və ekspozisiya zalları ilə yaxından tanış olublar.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və muzeylərin maarifləndirici rolunun təbliği baxımından əhəmiyyətli olub.

12/05/2026
30 aprel – 10 may 2026-cı il tarixlərində Saatlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ümummilli Lider, Ulu Öndər Heydə...
12/05/2026

30 aprel – 10 may 2026-cı il tarixlərində Saatlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illik yubileyi münasibətilə silsilə ekskursiyalar təşkil olunub.

Keçirilən ekskursiyalarda rayon gəncləri, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər. Tədbirin əsas məqsədi iştirakçıları Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin inkişafındakı müstəsna xidmətləri ilə daha yaxından tanış etmək olub.

Ekskursiyalar zamanı qonaqlara Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında nümayiş etdirilən fotoşəkillər, arxiv sənədləri və digər tarixi materiallar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ekspozisiyada əks olunan materiallar Ulu Öndərin dövlətçilik fəlsəfəsini, xalqına və Vətəninə bağlılığını, həmçinin Azərbaycanın müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi mühüm xidmətləri özündə əks etdirir.

İştirakçılar ekskursiyanı böyük maraqla izləyərək nümayiş olunan materiallarla yaxından tanış olub, Ulu Öndərin zəngin irsi barədə geniş məlumat əldə ediblər.

04 may 2026-cı il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ...
06/05/2026

04 may 2026-cı il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ekskursiya təşkil olunub.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, eləcə də rayon idarə və müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Ekskursiya zamanı qonaqlara Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm islahatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi bu gün də ölkənin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edib.

Tədbirin bədii hissəsində Bülbül adına Saatlı rayon Uşaq Musiqi Məktəbinin müəllimləri tərəfindən fortepiano müşayiəti ilə müxtəlif musiqi nömrələri təqdim olunub, səsləndirilən ifalar iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunmasına, ümummilli liderin zəngin irsinin daha dərindən öyrənilməsinə və təbliğinə mühüm töhfə verib.

Saatlıda Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.30 aprel 2026-cı il tarixdə Saa...
01/05/2026

Saatlıda Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.

30 aprel 2026-cı il tarixdə Saatlı rayon Gənclər evi sosial xidmət müəssisəsinin qarşısında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə sərgi təşkil olunub. Saatlı rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana və Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan sərgini rayon ictimaiyyəti, xüsusilə gənclər, müəllim və şagirdlər, eləcə də müxtəlif idarə və müəssisələrin əməkdaşları ziyarət ediblər.

Sərgi çərçivəsində iştirakçılara Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti, milli ideologiyanın formalaşmasında rolu və Azərbaycançılıq məfkurəsinin əsas prinsipləri barədə ətraflı məlumat verilib. Tədbir gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.

23 aprel 2026-cı il tarixdə Saatlı rayon Peşə liseyində Tarixdən gələcəyə: Heydər Əliyev irsinə həsr olunmuş intellektua...
23/04/2026

23 aprel 2026-cı il tarixdə Saatlı rayon Peşə liseyində Tarixdən gələcəyə: Heydər Əliyev irsinə həsr olunmuş intellektual yarış təşkil olunub. Saatlı rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Peşə liseyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon gəncləri, müəllim və şagirdlər, eləcə də mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canını fəda etmiş Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Ardınca Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, həmçinin onun Saatlı rayonuna səfərlərini əks etdirən fotoşəkillər və kitablar sərgilənib. Daha sonra 5 komandanın, ümumilikdə 25 nəfərdən ibarət heyətlə qatıldığı intellektual yarışma təşkil olunub.

Yarış zamanı iştirakçılar Heydər Əliyevin zəngin irsi, dövlətçilik fəaliyyəti, eləcə də Saatlı rayonunun tarixi və mədəni həyatı ilə bağlı sualları cavablandırıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışmanın sonunda qalib komandalar müəyyən edilərək təltif olunublar.

Tədbirin əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, tarixi biliklərin artırılması və Ulu Öndərin zəngin irsinin daha geniş şəkildə tanıdılması olub.

17 aprel 2026-cı il tarixində Saatlı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətil...
20/04/2026

17 aprel 2026-cı il tarixində Saatlı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub. Saatlı rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Saatlı Peşə Liseyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon gəncləri, müəllim və şagirdlər, eləcə də müxtəlif idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində çıxış edənlər iştirakçılara tarixi irsimizin qorunmasının əhəmiyyətindən bəhs edib, ölkəmizin və xüsusilə Saatlı rayonunun ərazisində yerləşən tarixi abidələr haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bu cür tədbirlər gənc nəslin milli-mədəni irsə marağının artırılması və onun qorunması istiqamətində mühüm rol oynayır.

Address

Heydər Əliyev Meydanı 49A
Saatlı
AZ4900

Website

Alerts

Be the first to know and let us send you an email when Saatlı rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saatlı rayon Heydər Əliyev Mərkəzi:

Shortcuts

Share