Saatlı rayon İcra Hakimiyyəti

Saatlı rayon İcra Hakimiyyəti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saatlı rayon İcra Hakimiyyəti, Government Organization, Saatlı.

Saatlı rayonunda müxtəlif sahələrdə uğur qazanan gənclərlə görüş keçirilib   7 sentyabr 2026-cı il tarixdə Saatlı Rayon ...
07/09/2026

Saatlı rayonunda müxtəlif sahələrdə uğur qazanan gənclərlə görüş keçirilib

7 sentyabr 2026-cı il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon icra hakimiyyətinin inzibati binasında ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən məzunlar, təhsilin digər sahələrində uğur qazanan şagirdlər və idman sahəsində nailiyyətlər əldə edən gənclərlə görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin rəhbərliyi, aidiyyəti qurumların məsul əməkdaşları, müəllimlər, valideynlər və uğur qazanmış gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ölkəmizdə təhsil və idmanın inkişafına, gənclərin hərtərəfli formalaşmasına və onların potensialının üzə çıxarılmasına göstərilən diqqət və qayğıdan danışıb.
Rayon rəhbəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, gənclərin təhsil, elm, idman və digər sahələrdə uğur qazanmaları üçün ölkəmizdə geniş imkanlar yaradılıb.
Elmir Bağırov yüksək nəticə göstərən məzun, şagird və gəncləri təbrik edərək, onların nailiyyətlərinin rayon üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bu uğurlarda müəllim və valideynlərin əməyini xüsusi qeyd edən rayon rəhbəri gənclərə gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Daha sonra çıxış edənlər təhsil və idman sahəsində əldə olunan uğurlardan, gənclərin inkişafı üçün yaradılan imkanlardan danışıblar.
Tədbirin sonunda uğur qazanmış məzun, şagird və gənclər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif ediliblər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Saatlı rayonunda növbəti qanvermə aksiyası təşkil olunub.4 sentyabr 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətini...
07/09/2026

Saatlı rayonunda növbəti qanvermə aksiyası təşkil olunub.
4 sentyabr 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsi tərəfindən Saatlı rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Tədbirin əsas məqsədi talassemiya, hemofiliya və digər ağır qan xəstəliklərindən əziyyət çəkən şəxslərin, eləcə də təcili cərrahi müdaxiləyə ehtiyacı olan xəstələrin sağlamlığının qorunmasına dəstək olmaq və onların həyatını xilas etməkdir.
Qanvermə aksiyasında Saatlı Rayon İcra Hakimiyyəti, idarə və təşkilat, eləcə də hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, şəhid ailəsi üzvləri, kənd icra nümayəndələri və rayon ictimaiyyətinin üzvləri iştirak etmişdir.
Ötən illərdə olduğu kimi bu il də rayonda keçirilən qanvermə aksiyasında ümumi fəallıq müşahidə olunub.
Unutmayaq ki, verilən hər bir damla qan insan həyatının qorunmasına xidmət edən əvəzsiz töhfədir.

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Əhmədbəyli kəndində keçiril...
28/08/2026

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Əhmədbəyli kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Saatlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Heydərabad kəndində keçirilmişdirAzərbaycan Respubl...
28/08/2026

Saatlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Heydərabad kəndində keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Saatlı rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi vətəndaşlarla səyyar görüş-qəbullar keçirilir. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar görüş-qəbulu Heydərabad kənd sakinləri ilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra RİH başçısı Elmir Bağırov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar. Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Saatlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Novruzlu kəndində keçirilmişdirAzərbaycan Respublik...
26/08/2026

Saatlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Novruzlu kəndində keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Saatlı rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi vətəndaşlarla səyyar görüş-qəbullar keçirilir. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar görüş-qəbulu Novruzlu kənd sakinləri ilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra RİH başçısı Elmir Bağırov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar. Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Dəlilər kəndində keçirilib....
26/08/2026

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovun növbəti səyyar qəbul-görüşü rayonun Dəlilər kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

26/08/2026
Əslən Saatlı rayonundan olan Elbəy Alışov “ONE Championship”də kəmərin sahibi oldu24 avqust 2026-cı il tarixində Saatlı ...
24/08/2026

Əslən Saatlı rayonundan olan Elbəy Alışov “ONE Championship”də kəmərin sahibi oldu

24 avqust 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətində “ONE Championship”də kəmərin sahibi olmuş, əslən Saatlı rayonundan olan Elbəy Alışovla görüş keçirilmişdir.
Görüşdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də Elbəy Alışovun yaxınları iştirak etmişlər.
Görüş zamanı Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Elbəy Alışovu qazandığı yüksək nailiyyət münasibətilə təbrik edərək, onun uğurunun Azərbaycan və doğma Saatlı rayonu üçün əlamətdar hadisə olduğunu bildirmişdir. Rayon rəhbəri belə nailiyyətlərin gənclərin idmana marağının artırılmasına, sağlam həyat tərzinin təbliğinə və yeni idmançı nəslinin yetişdirilməsinə mühüm töhfə verdiyini qeyd etmiş və Elbəy Alışova gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov da Elbəy Alışovu təbrik edərək, onun əldə etdiyi nəticənin gənclər üçün nümunə olduğunu vurğulamışdır.
Daha sonra Elbəy Alışov idman fəaliyyəti, keçdiyi hazırlıq mərhələləri, yarışlarda qazandığı təcrübə və əldə etdiyi nailiyyətlər barədə məlumat vermiş, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda Elbəy Alışov qazandığı yüksək nailiyyət münasibətilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı və Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən təltif olunmuşdur.
Qeyd edək ki, Elbəy Alışov “ONE Championship”də kəmərin sahibi olmuşdur. Peşəkar karyerası ərzində iştirak etdiyi 11 döyüşün hər birində qələbə qazanan idmançı məğlubedilməzlik seriyasını davam etdirir.

Saatlıda “Ana dilimiz-milli kimliyimiz, tərəqqi mənbəyimiz” mövzusunda tədbir keçirilib19 avqust 2026-cı il tarixində Sa...
19/08/2026

Saatlıda “Ana dilimiz-milli kimliyimiz, tərəqqi mənbəyimiz” mövzusunda tədbir keçirilib

19 avqust 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Saatlı rayon Mərkəzi Kitabxanasında tədbir keçirilib. Tədbir Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin əhəmiyyəti və ana dilimizin qorunmasına həsr olunub.
Tədbiri giriş sözü ilə açan Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev Azərbaycan dilinin zəngin tarixi, formalaşması və inkişaf mərhələləri barədə geniş məlumat verib. O, Azərbaycan ədəbi dilinin qorunmasının və düzgün tətbiqinin hər bir vətəndaşın, xüsusilə də dövlət və ictimai idarəçilikdə, media və mədəniyyət sahəsində çalışan şəxslərin mühüm vəzifələrindən biri olduğunu diqqətə çatdırıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dilinin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət xüsusi vurğulanıb. Bildirilib ki, ulu öndərin ana dilinə göstərdiyi diqqət və qayğı bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mirəli Məmmədov dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiqi ilə bağlı çıxış edərək dövlət orqanlarında hazırlanan rəsmi sənədlərdə, vətəndaşlarla ünsiyyətdə, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ədəbi dil normalarına düzgün əməl olunmasının vacibliyindən danışaraq, ədəbi dil normalarının pozulmasına səbəb olan əsas hallara toxunub, bu cür nöqsanların qarşısının alınması və dilimizin saflığının qorunması istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb. Çıxış zamanı dövlət idarəçiliyində istifadə olunan rəsmi yazışmaların aydın, dəqiq və Azərbaycan ədəbi dilinin tələblərinə uyğun hazırlanmasının vacibliyi, Azərbaycan dilinin zənginliyinin və ifadə imkanlarının qorunması, eyni zamanda düzgün və səlis dilin vətəndaşlarla sağlam kommunikasiya qurulmasına mühüm təsir göstərildiyi vurğulanıb.
Tədbirdə çıxış edən “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Xanımbikə İsmayılova, mədəniyyət müəssisələrinin nümayəndələri Rəqibə Kərimova və Mehriban Mənəfova çıxışlarında Azərbaycan dilinin qorunması və təbliği, gənclərin ədəbi dil normalarına riayət etməsinin vacibliyi, xüsusilə sosial media platformalarında Azərbaycan ədəbi dilindən düzgün istifadə ilə bağlı fikirlərini bölüşüblər. Tədbir zamanı, həmçinin ədəbi dil normalarının pozulması halları, onların yaranma səbəbləri və aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə dövlət idarəçiliyində, mediada və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin təmin edilməsinin, dilimizin saflığının qorunmasının və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının vacibliyi vurğulanıb.

Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Məşğulluq Filialının Saatlı rayon xidmət şöbəsinin birgə təşkilat...
19/08/2026

Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Məşğulluq Filialının Saatlı rayon xidmət şöbəsinin birgə təşkilatçılığı ilə 10 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2.5-ci yarımbəndinin (İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi) icrası ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Məşğulluq İdarəsinin məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir. Görüşdə insan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası və sosial müdafiə mexanizmlərinin effektiv təşkili məsələləri geniş müzakirə olunmuşdur. Həmçinin insan alverindən zərər çəkmiş və ya bu risklə üzləşən şəxslərin daimi iş yerləri ilə təmin olunması istiqamətində yerli işəgötürənlərin və sahibkarların həvəsləndirilməsi xüsusi olaraq vurğulanmışdır. Tədbir zamanı yerlərdə aparılan maarifləndirmə işlərinin artırılması, ərazi nümayəndəlikləri və bələdiyyələrin bu prosesdə aktiv iştirakının vacibliyi qeyd olunmuş, eyni zamanda məşğulluq qurumları ilə sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.

Address

Saatlı

Alerts

Be the first to know and let us send you an email when Saatlı rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saatlı rayon İcra Hakimiyyəti:

Shortcuts

Share