Saatlı Dövlət Rəsm Qalereyası

Saatlı Dövlət Rəsm Qalereyası Rəsm Qalereyası - vətəndaşların estetik zövqünün,bədii dünyagörüşünün formalaşmasına xidmət edən mədəniyyət müəssisəsidir.

25/06/2026

Hərbi qulluqçuların sosial müdafiəsi daim diqqət mərkəzindədir
Dövlət tərəfindən hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının və sosial təminatın artırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xüsusi qayğı dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu tədbirlər hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə, onların xidmətə motivasiyasının artırılmasına və Silahlı Qüvvələrin şəxsi heyətinin rifahının təmin olunmasına xidmət edir.

Şahnaz Əliyeva
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı

25/06/2026

Ordu quruculuğu sahəsində mühüm nailiyyət

26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.
1920-ci il 28 aprelində Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Milli Ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olmuşdur.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Müstəqillik illərində ordu quruculuğu prioritet istiqamət oldu. Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələri qurdu. 1990-cı illərin ortalarından başlayaraq, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan, öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Cənab Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir.
2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.
Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir.

Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi

25/06/2026

Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu. Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.
Əliyeva Afət
Saatlı Dövlət Rəsm Qalereyasının baş fond mühafizi

25/06/2026

90-cı illərdə Azərbaycan müstəqilliyini itirmə təhlükəsi ilə üz-üzə qalmışdı.
Müstəqilliyin ilk illərində Azərbaycan mürəkkəb siyasi və hərbi vəziyyətlə üz-üzə qalmışdı. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü davam etdiyi bir dövrdə dövlətin müdafiə sistemində ciddi çatışmazlıqlar mövcud idi. Silahlı qüvvələr vahid komandanlıq altında fəaliyyət göstərmir, müxtəlif hərbi birləşmələr ayrı-ayrı qrupların nəzarətində olurdu. Bu vəziyyət ordunun döyüş qabiliyyətinə mənfi təsir göstərir, düşmənin işğalçılıq siyasətinin daha da genişlənməsinə şərait yaradırdı. Belə mürəkkəb və taleyüklü bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı, ordu quruculuğunu da əsas prioritetlərdən biri elan etdi.
Onun rəhbərliyi ilə qanunsuz silahlı dəstələr ləğv olundu, hərbi sahədə vahid idarəetmə sistemi yaradıldı və nizami ordunun formalaşdırılması istiqamətində ardıcıl islahatlara başlanıldı. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin təməli möhkəmləndirildi, ölkənin müdafiə qabiliyyətinin artırılması üçün zəruri şərait yaradıldı və gələcək hərbi uğurların əsası qoyuldu.

Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

25/06/2026

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri Modelinə Uyğunlaşdırılması
Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri hərbi sahədə də özünü aydın şəkildə göstərir. Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən islahatların əsas istiqamətlərindən biri Silahlı Qüvvələrin Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması olmuşdur. Bu proses ordunun peşəkarlığının artırılmasına, idarəetmə sisteminin təkmilləşdirilməsinə və döyüş qabiliyyətinin yüksəldilməsinə mühüm töhfələr vermişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar nəticəsində orduda komanda-idarəetmə sistemi müasirləşdirilmiş, NATO standartlarına uyğun fəaliyyət prinsipləri tətbiq edilmişdir. Bu istiqamətdə Türkiyənin zəngin hərbi təcrübəsindən geniş istifadə olunmuşdur.
Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri hesab edilir. Bu model peşəkar hazırlıq, yüksək intizam, müasir texnologiyaların tətbiqi və çevik idarəetmə prinsipləri ilə seçilir. Azərbaycan Ordusunda da bu prinsiplərin tətbiqi şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsinə, hərbi təhsil sisteminin inkişafına və əməliyyat imkanlarının genişlənməsinə şərait yaratmışdır.
2020-ci ildə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Müharibədən sonra aparılan islahatlar çərçivəsində komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin inkişafı və birgə hərbi təlimlərin sayının artırılması Türkiyə modelinin uğurlu tətbiqinin göstəricilərindən biridir.
Azərbaycan və Türkiyə arasında mütəmadi keçirilən birgə təlimlər, zabitlərin qarşılıqlı təcrübə mübadiləsi və hərbi təhsil sahəsində əməkdaşlıq iki qardaş ölkənin silahlı qüvvələri arasında inteqrasiyanı daha da gücləndirir. Bu əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına da mühüm töhfə verir.
Nəticə etibarilə, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, hərbi potensialının artırılmasına və milli təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasına xidmət edən mühüm strateji istiqamətdir. “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan hərbi əməkdaşlıq gələcəkdə də uğurla davam edəcəkdir.

Gülnarə Fərəcova
Saatlı rayon Mərkəzi kitabxananın əməkdaşı

25/06/2026

Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması.
1990-cı illərin ortalarından etibarən Azərbaycanın beynəlxalq hərbi əməkdaşlıq sahəsində atdığı addımlar Silahlı Qüvvələrin inkişafına mühüm töhfə verdi. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin NATO ilə əlaqələri genişləndi və bu əməkdaşlıq ordu quruculuğunun müasir tələblər əsasında formalaşdırılmasına şərait yaratdı. Azərbaycanın NATO-nun müxtəlif tərəfdaşlıq proqramlarına qoşulması hərbi idarəetmə sisteminin təkmilləşdirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına və ordunun beynəlxalq standartlara uyğun inkişafına imkan verdi. Azərbaycan hərbçiləri müxtəlif təlimlərdə, seminar və beynəlxalq tədbirlərdə iştirak edərək qabaqcıl hərbi təcrübəni mənimsədilər, müasir döyüş hazırlığı sahəsində bilik və bacarıqlarını artırdılar. Eyni zamanda, ölkəmizin sülhməramlı missiyalarda iştirakı Azərbaycan Ordusunun beynəlxalq nüfuzunu yüksəltdi və şəxsi heyətin real əməliyyat şəraitində dəyərli təcrübə qazanmasına şərait yaratdı. Bütün bu tədbirlər nəticəsində Silahlı Qüvvələrimiz təşkilati quruluşu, döyüş hazırlığı və texniki təminatı baxımından əhəmiyyətli inkişaf yolu keçərək müasir və peşəkar ordu modelinə çevrildi. Bu uğurlar Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsinə, milli təhlükəsizliyin daha etibarlı təmin edilməsinə və ordumuzun beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verdi.

Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru

25/06/2026

Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ.
1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu Heydər Əliyev. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Ulu öndər hər zaman ordu və ordu quruculuğuna böyük önəm vermişdir. Onun “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq”-sözləri bu fikrin əsaslı sübutudur. Məhz bu səbəbdən Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu.
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq – müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi.Və bu gün biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik!

Vəliyeva Südabə
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru

25/06/2026

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra
onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması
prosesi başlandı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşısında duran ən vacib məsələlərdən biri güclü və etibarlı milli ordunun yaradılması idi. Müstəqilliyin ilk illərində mövcud olan siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və hərbi sahədəki problemlər bu vəzifənin həyata keçirilməsini çətinləşdirirdi. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı.
Heydər Əliyev Azərbaycanın təhlükəsizliyinin və müstəqilliyinin qorunmasında güclü ordunun əvəzsiz rol oynadığını yaxşı bilirdi. Buna görə də onun rəhbərliyi ilə silahlı qüvvələrin formalaşdırılması və inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Orduda vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələrin fəaliyyəti təkmilləşdirildi və hərbi intizamın gücləndirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildi. Bu islahatlar Azərbaycan Ordusunun daha peşəkar və döyüş qabiliyyətli bir quruma çevrilməsinə şərait yaratdı.
Ordu quruculuğu prosesində hərbi təhsilin inkişafına da xüsusi diqqət ayrıldı. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, peşəkar hərbi kadrların hazırlanması və hərbi təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi gələcək uğurların əsasını təşkil etdi. Eyni zamanda, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silah və avadanlıqlarla təmin olunması istiqamətində mühüm işlər görüldü. Bu tədbirlər silahlı qüvvələrin döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırdı.
Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası sonrakı illərdə də uğurla davam etdirildi. Azərbaycan Ordusu müasir tələblərə cavab verən hərbi gücə çevrildi və regionun ən güclü orduları sırasında yer aldı. Ordunun əldə etdiyi nailiyyətlər ölkənin milli maraqlarının qorunmasına, dövlət təhlükəsizliyinin təmin olunmasına və beynəlxalq arenada nüfuzunun yüksəlməsinə mühüm təsir göstərdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğurlar Heydər Əliyevin uzaqgörən siyasətinin və ordu quruculuğuna göstərdiyi diqqətin nəticəsi kimi qiymətləndirilir. Onun müəyyən etdiyi strateji kurs ölkənin müdafiə potensialının gücləndirilməsinə, milli birliyin möhkəmlənməsinə və dövlət müstəqilliyinin etibarlı şəkildə qorunmasına mühüm töhfə vermişdir. Azərbaycan Ordusunun inkişaf yolu bir daha göstərir ki, güclü dövlətin əsas dayaqlarından biri məhz güclü və peşəkar ordudur.

Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

25/06/2026
Saatlıda 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib.25 iyun 2...
25/06/2026

Saatlıda 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib.
25 iyun 2026-cı il tarixində Saatlı Dövlət Rəsm Qalereyasında “Narkomaniya - əsrin bəlasıdır!” adlı sərgi təşkil olunub. Sərgidə rəssamlıq dərnək üzvlərinə insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya haqqında məlumat verilib. Sərgidə rəssamlıq dərnək üzvlərinin rəsm işləri iştirakçıların marağına səbəb olub.

Address

H. Eliyev Meydan . 5
Saatly
SAATLI.

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994212852261

Website

Alerts

Be the first to know and let us send you an email when Saatlı Dövlət Rəsm Qalereyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saatlı Dövlət Rəsm Qalereyası:

Share