04/09/2026
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində 31 avqust 2026-cı il tarixində əməkdaşların iştirakı ilə “Xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə Mərkəzin direktoru Səbinə İmanova və əməkdaşları iştirak ediblər. Görüşü giriş nitqi ilə açan Mərkəzin direktoru mövzu ilə bağlı çıxış edərək qeyd edib ki, xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət olunması insan həyatının və sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. O, fövqəladə hallar zamanı düzgün və çevik davranışın, təhlükəsizlik tələblərinə əməl edilməsinin, eləcə də xilasetmə işləri zamanı əməkdaşların öz təhlükəsizliyini təmin etməsinin vacibliyini vurğulayıb.
Xilasetmə manqasının üzvü Məhəbbət Yəhyayev mövzu ilə bağlı çıxış edərək xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyini diqqətə çatdırıb. O, fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təhlükəsizlik tədbirləri və risklərin qarşısının alınması ilə bağlı əməkdaşlara ətraflı məlumat verib.
Görüş zamanı əməkdaşları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və fövqəladə hallar zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Görüşün sonunda əməkdaşların mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılmasının, fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinin və təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi qeyd edilib.