Sabirabad Gənclər Evi / Sabirabad Youth House

Sabirabad Gənclər Evi / Sabirabad Youth House 🏛 Sabirabad Gənclər Evi
✉️ [email protected]
☎️(+994 2123) 8-90-35
🌟 Sənin üçün imkanlar, hər kəs üçün bərabər imkanlar!

Media Akademiyası layihəsinin ilk günü başa çatdı.Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Evlərinin kol...
07/09/2026

Media Akademiyası layihəsinin ilk günü başa çatdı.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Evlərinin kollektivi üçün keçirilən "Media Akademiyası" layihəsinin ilk günü uğurla yekunlaşıb.

İlk olaraq iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Heydər Əliyev Mərkəzində ekskursiyada iştirak ediblər.

Düşərgənin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclər evləri ilə iş sektorunun müdiri Kənan Əliyev və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Günün davamında Qazax Olimpiya İdman Kompleksində təlimçi Murad Əliyev tərəfindən "Press-relizlərin hazırlanması və informasiya təhlükəsizliyi" mövzusunda təlim keçirilib. Təlimdə press-relizlərin hazırlanması, media ilə effektiv kommunikasiya və informasiya təhlükəsizliyinin əsas prinsipləri barədə iştirakçılara məlumat verilib.

less

“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə gənclərin yaradıcılıq və dizayn bacarıqlarının in...
06/09/2026

“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə gənclərin yaradıcılıq və dizayn bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Öz Gənclər evini yarat” adlı workshop keçirilib. 🎨

Workshop zamanı gənclər öz təsəvvürlərində Gənclər evi yaradaraq onun görünüşünü, məkanlarını və dizaynını hazırlayıblar. 🖌️

Maraqlı və yaradıcı şəraitdə keçirilən workshop iştirakçıların fərqli ideyalar irəli sürməsi və öz yaradıcılıqlarını sərbəst şəkildə ifadə etmələri ilə yadda qalıb. ✨

"Sabirabad Gənclər Evi"ndə "İnnovativ bacarıqlar" adlı layihə çərçivəsində növbəti məşğələ təşkil olunub.Məşğələ zamanı ...
06/09/2026

"Sabirabad Gənclər Evi"ndə "İnnovativ bacarıqlar" adlı layihə çərçivəsində növbəti məşğələ təşkil olunub.

Məşğələ zamanı iştirakçılar informasiya texnologiyaları və kompüter savadlılığı üzrə praktiki bacarıqlarını inkişaf etdirib, müasir proqram təminatları ilə işləmək qaydalarını mənimsəyiblər.

“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə gənclərin yaradıcılıq və dizayn bacarıqlarının in...
06/09/2026

“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə gənclərin yaradıcılıq və dizayn bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Öz Gənclər evini yarat” adlı “workshop” keçirilib. 🎨

“Workshop” zamanı gənclər öz təsəvvürlərində Gənclər evi yaradaraq onun görünüşünü, məkanlarını və dizaynını hazırlayıblar. 🖌️

Maraqlı və yaradıcı şəraitdə keçirilən “workshop” iştirakçıların fərqli ideyalar irəli sürməsi və öz yaradıcılıqlarını sərbəst şəkildə ifadə etmələri ilə yadda qalıb. ✨

“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Böyük Qayıdışın Qəhrəmanları” layihəsi çərçivəsi...
04/09/2026

“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Böyük Qayıdışın Qəhrəmanları” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi Ağacan Rəsulovun əziz xatirəsinə həsr olunmuş anım görüşü keçirilib. 🇦🇿

Anım görüşü zamanı şəhidimizin keçdiyi şərəfli ömür yolu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və torpaqlarımızın azadlığı uğrunda etdiyi fədakarlıqlar ehtiramla yad edilib. 🕊️

Qeyd edək ki, Ağacan Rəsulov 10 sentyabr 1997-ci ildə Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əsgəri kimi döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə şəhid olub və Sabirabad rayonunda dəfn edilib. 🇦🇿

Göstərdiyi igidlik və şücaətə görə Ağacan Rəsulov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 🏅

Anım görüşündə şəhidimizin əziz xatirəsinin daim yaşayacağı, onun qəhrəmanlıq yolunun gənc nəsil üçün Vətənə sevgi və sədaqət nümunəsi olduğu vurğulanıb. 🇦🇿

“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılı...
03/09/2026

“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda “Gənclərin şəxsi inkişafı” mövzusunda görüş keçirilib. 🌱

Tədbir zamanı gənclərin şəxsi inkişafı, özünüdərketmə və komanda ilə işləmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif interaktiv fəaliyyətlər həyata keçirilib. İştirakçılar qruplara bölünərək verilən tapşırıqları birgə yerinə yetirib, fikir mübadiləsi aparıblar. 🤝

Tədbirin sonunda fəal iştirak edən komandalar Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar. 🏆

"Sabirabad Gənclər Evi"ndə "İngilis dilində danışıq klubu"nun fəaliyyəti çərçivəsində növbəti görüş təşkil olunub.Görüş ...
03/09/2026

"Sabirabad Gənclər Evi"ndə "İngilis dilində danışıq klubu"nun fəaliyyəti çərçivəsində növbəti görüş təşkil olunub.

Görüş zamanı iştirakçılar ingilis dili üzrə danışıq bacarıqlarını inkişaf etdirib, yeni sözlər öyrənib və maraqlı müzakirələr aparıblar.

Address

Sabirabad şəhər, H. Əliyev Pr. , 95
Sabirabad

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994555591614

Alerts

Be the first to know and let us send you an email when Sabirabad Gənclər Evi / Sabirabad Youth House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sabirabad Gənclər Evi / Sabirabad Youth House:

Shortcuts

Share