1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Peropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. 1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır. Yaranma tarixi: 08.08.1930
Ərazi: 147,1 (km2)
Əhali: 151,1 min
Əhali sıxlığı: 103 (nəfər/km2)
Nəqliyyat vasitəsi kodu: 54
Telefon kodu: 143
Poçt kodu (Mər
kəzi PŞ): AZ 5400
Sabirabad rayonu Azərbaycanı yaradan bir neçə torpaq hissəsindən biri olan Muğan düzənliyinin şimalında Kür və Araz çaylarının qovuşduğu düzənlikdə yerləşir. Bakı şəhərindən 180 km məsafədə, dəniz səviyyəsindən 28, okean səviyyəsindən 16 m aşağıda yerləşir.Rayon şimaldan Kürdəmir rayonu ilə 30 km, şimal-şərqdən Şamaxı rayonu ilə 5 km, şərqdən Əli Bayramlı şəhəri ilə 24 km, cənub-şərqdən Salyan rayonu ilə 48 km, cənubdan Biləsuvar rayonu ilə 18 km, qərbdən Saatlı rayonu ilə 136 km və İmişli rayonu ilə 8 km qonşudur. Şimaldan-cənuba 66 km, qərbdən-şərqə 24 km məsafədə uzanır. Rayonun ərazisinin bir hissəsi Kür çayının sağ sahilində Şirvan düzündə yerləşir. Rayondakı yerli əhəmiyyətli qum, gil faydalı qazıntılarından tikintidə istifadə edilir. Bölgədə otlaq və su ehtiyyatlarının olması nəticəsində qədim zamanlardan maldarlıq və heyvandarlığın inkişafı üçün təbii imkanlar mövcud olmuşdur. Məhz həmin imkanlar Muğan ərazisində otlaq əkinçi tayfalarının məskunlaşmasına şərait yaratmışdır. Muğan torpağının bərəkəti artdıqca bu yerlərə xarici işğalçıların qalaya çevirərək bu yerə Qalaqayın (möhkəm qala) adını vermişdir. XIX əsrin axırlarında Kür və Araz çaylarının sahillərində Petropalovka adlanan kənd salınmağa başlanmışdır. 1887-ci ildə Ukraynalı kəndlilər Muğana köçürülərək bu məntəqədə məskunlaşdırılmışdır. 1901-ci ildə bu ərazidə cəmi 87 təsərrüfat olmuşdur. Keçən əsrin əvvəllərində Qalaqayın adlanan Sabirabadın iqtisadi inkişafı başlanmışdır. 1913-cü ildə burada pambıqtəmizləmə zavodu, iki kustar sənaye müəssisəsi-dəyirman işə salınmışdır. 1920-ci ildən sonra Petropalovka adlanan məntəqə iqtisadi inkişafına görə böyüyərək 1930-cı il avqustun 8-də yeni təşkil edilmiş rayon mərkəzinə çevrilmişdir. 1931-ci il oktyabr ayının 2-də şəhər böyük Azərbaycan şairi M.Ə.Sabirin şərəfinə Sabirabad adlandırılmışdır. 1952-ci il noyabrın 7-də rayona şəhər tipli qəsəbə, 1959-cu il dekabrın 4-də isə şəhər adı verilmişdir. Sabirabad ərazisi müxtəlif dövrlərə aid qədim, orta yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. Suqovuşan, Surra, Qalaqayın, Cavad, Qaratəpə, Şəhərğah, Qaradaşlı yaşayış yerləri, Baba-Səmid piri (XIV əsr), köhnə hamam (1900-il), şəhər məscidi (1903-il) bu qəbildən olan abidələrdəndir. Bu bölgədə arxeoloji qazıntılar nəticəsində iki şəhər qalığı aşkar edilmişdir. Qalıqları indiki Cavad kəndi yaxınlığında yerləşən Cavad şəhəri və Sabirabadın Zəngənə kəndi yaxınlığında aşkar edilmiş Şəhərğah Azərbaycanın orta əsr şəhərlərindən olmuşdur. Maddi mədəniyyət qalıqları hər iki şəhərin Muğan zonasının iri iqtisadi və ticarət mərkəzi olduğunu sübut edir. Burada il ərzində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi müşahidə olunur. Ərazidə il ərzində günəşli saatların miqdarı çoxdur. Bu da bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Torpaqları əsasən boz-çəmən torpaqlardır. Boz-qonur torpaqlara Surra, Qaratəpə, Ulacalı kəndləri ərazisində təsədüf olunur. Şoran torpaqlar rayonun qərb hissəsində Moranlı, Çölbeşdəli, Nizami kənd ərazisində daha çoxdur. Torpaqların şoranlaşmasının səbəbi rayon ərazisinin okean səviyyəsindən 16 m aşağıda yerləşməsi və yeraltı suların səviyyəsinin qalxmasıdır. Kür çayı sahilində tuqay meşələri yerləşir. Rayonda çay şəbəkəsi zəif inkişaf edib. Rayonun qərbindən axan Araz çayı Kürə qovuşaraq ərazinin hidroqrafik şəbəkəsinin əsasını təşkil edir. Rayon ərazisindən Araz çayı 3 km, Kür çayı isə 220 km məsafədə axır. Sabirabad rayonu Ermənistan dövlətinin ölkəmizə qarşı apardığı işğalçı müharibədə 210 nəfər şəhid verməklə 2 Milli Qəhrəman, 3 Azərbaycan Bayrağı ordenli igid əsgərlər yetişdirmişdir. Rayon üzrə 25 ərazi nümayəndəliyi, 75 yaşayış məntəqəsi mövcuddur. Hər birinizi doğma şəhərimizdə görməyə çox şad olardıq. Gəlin , hamımız birlikdə doğma şəhərimizin adını dünyaya yayaq və tanıtdıraq, necə ki, Sabirabadlı Hikmət Muxtarov və digərləri bunu etdilər.