Yolcubeyli Kend Tam orta mektebi

Yolcubeyli Kend Tam orta mektebi Sabirabad rayonu Yolçubəyli kənd tam orta məktəbinin rəsmi səhifəsi

🎨 Uğurun Rəngləri Zəhmətin Bəhrəsidir!Məktəbimizin təsviri incəsənət müəllimi Qədimova Noğul müəlliməni sertifikasiya im...
19/06/2026

🎨 Uğurun Rəngləri Zəhmətin Bəhrəsidir!
Məktəbimizin təsviri incəsənət müəllimi Qədimova Noğul müəlliməni sertifikasiya imtahanında yüksək nəticə göstərərək 54 bal toplaması münasibətilə ürəkdən təbrik edirik.
Noğul müəlliməyə peşə fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı və daha böyük nailiyyətlər arzulayırıq. Qazandığınız uğur kollektivimizin qürur mənbəyidir!
🌹 Təbriklər, Noğul müəllimə!

"Son Zəng"yeni həyata atılan ilk addım ...Bu gün 13 iyun 2026 cı il tarixində Sabirabad rayonu Yolçubəyli kənd tam orta ...
13/06/2026

"Son Zəng"yeni həyata atılan ilk addım ...
Bu gün 13 iyun 2026 cı il tarixində Sabirabad rayonu Yolçubəyli kənd tam orta ümumi təhsil məktəbində "Son Zəng" tədbiri keçirildi. Tədbirdə dəvət olunmuş qonaqlar, məktəb kollektivi, valideynlər və şagirdlər iştirak etdilər.

Tədbir zamanı məktəbin direktoru Kənan Ələsgərov 2025–2026-cı tədris ili ərzində təhsildə, ictimai fəaliyyətlərdə və məktəbdaxili tədbirlərdə fəal olan şagirdlərə, həmçinin buraxılış imtahanlarında yüksək nəticələr göstərən məzunlara diplomlar təqdim etdi.

Bu əlamətdar gündə məktəbin 1-ci sinif şagirdləri ilk təhsil pilləsini uğurla başa vurmağın sevincini yaşadılar. 4-cü sinif şagirdləri isə ibtidai təhsil mərhələsini tamamlayaraq növbəti təhsil pilləsinə qədəm qoymağın qürurunu hiss etdilər.

Tədbirdə kənd ağsaqqalları, uzunillik pedaqoji fəaliyyətə malik təcrübəli müəllimlər, valideynlər və qonaqlar çıxış edərək məzunlara və şagirdlərə gələcək həyat yollarında uğurlar arzuladılar, onlara Vətənə layiqli vətəndaş olmağı tövsiyə etdilər.

Son zəngin sədaları məktəb illərinin ən gözəl xatirələrini bir daha canlandırdı. Bu əlamətdar gün məzunlarımız üçün yeni həyata atılan ilk addım, 1-ci və 4-cü sinif şagirdləri üçün isə təhsil yolunda yeni mərhələlərin başlanğıcı kimi yadda qaldı. Müəllimlər və valideynlər üçün isə bu gün qürur, sevinc və kövrək duyğularla müşayiət olundu.

Bütün məzunlarımızı, birincilərimizi və ibtidai təhsili başa vuran dördüncülərimizi ürəkdən təbrik edir, onlara təhsil həyatlarında, gələcək fəaliyyətlərində və bütün həyat yollarında uğurlar arzulayırıq.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad rayon Yolçubəyli kənd tam orta ümumtəhsil məktəbində...
02/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad rayon Yolçubəyli kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə məktəb şagirdlərinin hazırladıqları musiqili-bədii kompozisiyalar, şeirlər və mahnılar təqdim olunmuş, uşaqların istedad və bacarıqları nümayiş etdirilmişdir.
Tədbirin sonunda 2025–2026-cı tədris ili ərzində təhsildə, məktəbdaxili tədbirlərdə, ictimai fəaliyyətdə, nizam-intizamda, təlim və tərbiyədə fərqlənən şagirdlər məktəbin direktoru Kənan Ələsgərov tərəfindən təltifnamə və təşəkkürnamələrlə mükafatlandırılmışlar.
Uşaqların hərtərəfli inkişafı, onların bilikli, vətənpərvər və layiqli vətəndaş kimi formalaşması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq.

26/05/2026
🇦🇿 Müstəqilliyimizin işığında dünəndən bu günə şərəfli tarix yolumuz! 🇦🇿Sabirabad rayonunun Yolçubəyli kənd tam orta ümu...
25/05/2026

🇦🇿 Müstəqilliyimizin işığında dünəndən bu günə şərəfli tarix yolumuz! 🇦🇿
Sabirabad rayonunun Yolçubəyli kənd tam orta ümumi təhsil məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə şagirdlərin hazırladıqları vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, videoçarx nümayiş olundu. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında əməyi olan ziyalılarımızın, dövlət xadimlərimizin xidmətlərindən bəhs edildi. Həmçinin Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlərdən, onun siyasi kursunu uğurla davam etdirən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi şərəfli inkişaf yolundan geniş söhbət açıldı.
Tədbirdə Azərbaycan Respublikasının dünəndən bu günə keçdiyi tarixi yol, dövlətimizin qazandığı uğurlar, milli birliyimiz və müstəqilliyimizin əbədi olması xüsusi vurğulandı.
🇦🇿 Azərbaycanın müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti və qürur mənbəyidir! 🇦🇿

“Kitabların işığında düşünən, oxuyan və öyrənən gələcək...”Sabirabad rayonu Yolçubəyli kənd tam orta ümumtəhsil məktəbin...
25/05/2026

“Kitabların işığında düşünən, oxuyan və öyrənən gələcək...”
Sabirabad rayonu Yolçubəyli kənd tam orta ümumtəhsil məktəbində keçirilən “Oxu dəqiqələri” çərçivəsində şagirdlər Oliver Henrinin “Hinduların başçısı” əsəri ilə tanış oldular.
Oxu dəqiqələrini məktəbin ibtidai sinif müəllimi Leylaxanım Məmmədzadə maraqlı və maarifləndirici şəkildə həyata keçirdi.
Şagirdlərdə mütaliə sevgisinin formalaşdırılması, dünyagörüşünün genişləndirilməsi və bədii ədəbiyyata marağın artırılması məqsədilə keçirilən bu cür tədbirlər böyük əhəmiyyət daşıyır.

“Köhnə küçə fənəri” əsəri üzrə oxu dəqiqələriSabirabad rayonu Yolçubəyli kənd tam orta ümumtəhsil məktəbində ibtidai sin...
25/05/2026

“Köhnə küçə fənəri” əsəri üzrə oxu dəqiqələri
Sabirabad rayonu Yolçubəyli kənd tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi Ülkər Məmmədovanın təşkilatçılığı ilə oxu dəqiqələri keçirildi. Oxu dərslərində dünya şöhrətli yazıçı Hans Kristian Andersenin “Köhnə küçə fənəri” əsəri müzakirə olundu.
Şagirdlər əsərin məzmunu, qəhrəmanları və verdiyi mənəvi mesajlar haqqında fikir mübadiləsi apararaq mütaliəyə olan maraqlarını nümayiş etdirdilər. Tədbir şagirdlərin bədii ədəbiyyata sevgisinin artırılması baxımından maraqlı və yaddaqalan oldu.

Evdə qaz, elektirik əşyalardan təhlükəsizlik istifadə haqqında
21/05/2026

Evdə qaz, elektirik əşyalardan təhlükəsizlik istifadə haqqında

Address

Sabirabad

Telephone

+994506213241

Website

Alerts

Be the first to know and let us send you an email when Yolcubeyli Kend Tam orta mektebi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share