M.S. Xəlilov adına Şahbuzkənd kənd tam orta məktəbi

M.S. Xəlilov adına Şahbuzkənd kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from M.S. Xəlilov adına Şahbuzkənd kənd tam orta məktəbi, Public School, Şahbuzkənd kəndi, Sahbuz.

ℹ️ Naxçıvanda iki özəl bağçaya  lisenziya verilib və  həmin bağçalar ilk dəfə olaraq valideyn-dövlət-özəl əməkdaşlığı əs...
04/09/2026

ℹ️ Naxçıvanda iki özəl bağçaya lisenziya verilib və həmin bağçalar ilk dəfə olaraq valideyn-dövlət-özəl əməkdaşlığı əsasında müsabiqənin qalibi seçilib

📢 “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində özəl təhsil müəssisələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvanda iki özəl məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilib.Belə ki, Naxçıvan Təhsil Mərkəzinin “Happy Kids” və “Ayla Baby İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin uşaq bağçaları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və aidiyyəti qurumların rəyi əsasında lisenziyalaşdırılıb.

🔗 Qeyd edək ki, hər iki özəl bağça məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə keçirilən müsabiqənin qalibi olub. Bu, Naxçıvanda sözügedən əməkdaşlıq modeli çərçivəsində ilk belə nəticədir.

Ⓜ️üsabiqənin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsidir.

✅ ️Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2026-cı il tarixli Fərmanı ilə “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” qərar qəbul edilib.

🔷 ️Fərman özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından səmərəli istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişləndirilməsinə və dövlət dəstəyinin daha effektiv mexanizmlərlə həyata keçirilməsinə xidmət edir.

ℹ️ Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına  start verilir 📢 Naxçıvan Muxtar Respublikası Təh...
04/09/2026

ℹ️ Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

📢 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə şirkəti arasında 10 aprel 2026-cı il tarixində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində ROOF Academy tərəfindən istedadlı şagirdlər üçün yeni bir təqaüd layihəsinə start verilir.

✅️ Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında təhsil alan 6–11-ci sinif şagirdləri İnformatika, Biologiya, Kimya və Riyaziyyat fənləri üzrə sistemli olimpiada hazırlığı alacaq.

🔷️ Bu layihənin məqsədi muxtar respublikada təhsil alan şagirdlərin potensialının inkişafına və Respublika Fənn Olimpiadalarında (RFO) yüksək nəticələr əldə etməsinə dəstək olmaq, həmçinin şagirdlərin yerli və beynəlxalq olimpiadalarda uğur qazanması üçün güclü təməl yaratmaqdır.

❗️10 sentyabrda keçiriləcək seçim imtahanında yalnız ötən tədris ilində ümumrespublika və Naxçıvan Muxtar Respublika səviyyəsində keçirilən yarışlarda uğurlu nəticə göstərmiş şagirdlərin iştirakı nəzərdə tutulur.

✔️ Layihə 2 il davam edəcək və olimpiada formatlı onlayn tədris, aylıq sınaq imtahanları və fərdi inkişafın izlənməsi ilə həyata keçiriləcək.

ℹ️ Naxçıvanın 4 məzunu qızıl və gümüş nişanla təltif olunub📢 Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrull...
03/09/2026

ℹ️ Naxçıvanın 4 məzunu qızıl və gümüş nişanla təltif olunub

📢 Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrini yüksək nəticələrlə başa vuran məzunlar qızıl və gümüş nişanlarla təltif ediliblər.

✅ ️Naxçıvandan 2 məzun qızıl, 2 məzun isə gümüş nişana layiq görülüb.

🥇Qızıl nişan: • Cabbarlı Ərsadiq İlham oğlu – Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəb

🥇Qızıl nişan: • Zülfüqarov Murad Rəşad oğlu – Culfa rayonu Saltaq kənd tam orta məktəbi

🥈Gümüş nişan: • Babayeva Fidan Nahid qızı – Babək rayon Şəkərabad kənd tam orta məktəbi

🥈Gümüş nişan: • Ələkbərli Solmaz Şahmar qızı – Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəb

🔗 Məzunlarımızı təbrik edir, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayırıq!

ℹ️ Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır🗓️ Təhsilverənlərin təkrar ser...
31/08/2026

ℹ️ Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır

🗓️ Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.

📌 Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq.

❗️ Nəzərinizə çatdırırıq ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

📍 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.

🤝 Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

ℹ️ Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır📢 Naxçıvan Muxtar Respublikasında təhsil infrastr...
29/08/2026

ℹ️ Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

📢 Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbində yenidənqurma və bərpa-gücləndirmə, Nehrəm qəsəbə 1 nömrəli uşaq bağçasında yeni tikinti, Culfa şəhər 3 nömrəli tam orta məktəbində isə cari təmir işləri yekunlaşmaq üzrədir.

📢 522 şagird yerlik, 3 mərtəbədən ibarət Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə 30 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.

Ⓜ️əktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi, həmçinin içməli su və yanğın təhlükəsizliyi məqsədilə su anbarları nəzərdə tutulub.

✅ ️Nehrəm qəsəbəsində 60 yerlik müasir uşaq bağçasının da tikintisi həyata keçirilib. Bağçada uşaqların təlim-tərbiyəsi və asudə vaxtının səmərəli təşkili üçün yataq, idman və rəqs otaqları daxil olmaqla zəruri infrastruktur yaradılıb. Məktəb və bağçanın yaxın ərazidə yerləşməsi Nehrəm qəsəbəsində uşaqların məktəbəqədər və ümumi təhsil imkanlarının daha əlverişli şəkildə təşkilinə şərait yaradacaq.

✔️ Əsaslı təmir işləri aparılan Culfa şəhər 3 nömrəli tam orta məktəbdə də son tamamlama işləri görülür.

❗️Həyata keçirilən bu layihələr Naxçıvanda müasir və dayanıqlı təhsil infrastrukturunun formalaşdırılmasına, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə və şagirdlərin daha əlverişli şəraitdə təhsil almasına mühüm töhfə verir.

ℹ️ 2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 40 məzun xüsusi təyinatlı ali ...
27/08/2026

ℹ️ 2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 40 məzun xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunub.

Ⓜ️əzunlarımızı təbrik edir, gələcək təhsil və xidmət fəaliyyətlərində uğurlar arzulayırıq!

ℹ️ Naxçıvanın  ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək✅ ️Naxçıvan...
27/08/2026

ℹ️ Naxçıvanın ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək

✅ ️Naxçıvan Muxtar Resublikasının ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək.

📢 “Rəqəmsal məktəb” platforması pilot layihə olaraq Heydər Əliyev adına tam orta məktəbində, Naxçıvan Qızlar, Şərur şəhər Fizika Riyaziyyat Təmayüllü liseyləri və Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrində həyata keçiriləcək. İlkin mərhələdə platformadan 20 ümumtəhsil müəssisəsinin 1200-dən artıq müəllimi, 14 mindən artıq şagirdi istifadə edə biləcək.

🔗 Qeyd edək ki, “Rəqəmsal məktəb” platforması təhsilalanların, müəllimlərin, valideynlərin və məktəb rəhbərliyinin vahid rəqəmsal mühitdə fəaliyyətini təmin edən müasir onlayn təhsil platformasıdır. Platformanın əsas məqsədi tədris və idarəetmə proseslərinin rəqəmsallaşdırılması, təhsil iştirakçıları arasında kommunikasiyanın gücləndirilməsi, şəffaflığın və səmərəliliyin artırılmasıdır.

🔷 ️Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Direktor” üçün ayrıca fərdi kabinetlər yaradılıb. Şagirdlər dərs cədvəli, dərs mövzuları və tədris materiallarına çıxış əldə edir, valideynlər övladlarının qiymətlərini, davamiyyətini və təlim nəticələrini izləyə, müəllim və məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilirlər. Müəllimlər dərs cədvəllərini, siniflərini və qiymətləndirmə prosesini idarə edir, məktəb rəhbərləri isə tədris göstəricilərini, dərs cədvəllərini və qiymətləndirmə nəticələrini təhlil etmək imkanına malikdirlər.

✔️ Platformada müxtəlif fənlər üzrə elektron tədris materialları və mövzular yerləşdirilib. Eyni zamanda müəllimlərin fəaliyyətini dəstəkləmək məqsədilə süni intellekt əsaslı Microsoft Copilot funksionallığı da platformaya inteqrasiya edilib.

ℹ️ Yüksək nəticə göstərən şagird və məzunlarla görüş keçirilib📢 Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazir...
22/08/2026

ℹ️ Yüksək nəticə göstərən şagird və məzunlarla görüş keçirilib

📢 Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ali təhsil müəssisələrinə qəbul imtahanlarında ixtisas qrupları üzrə muxtar respublikada ən yüksək nəticə göstərən, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında maksimum nəticə əldə edən, eləcə də fənn olimpiadalarında I yerə layiq görülən şagird və məzunlarla görüş keçirilib.

✅ ️Görüşdə şagird və məzunlarla yanaşı, onların valideynləri də iştirak ediblər.

🔷️ Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şagird və məzunları qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edib. Nazir qeyd edib ki, əldə olunan nəticələr şagirdlərin məqsədyönlü və davamlı əməyinin, müəllimlərin peşəkarlığının və valideynlərin dəstəyinin uğurlu nəticəsidir. Bu nailiyyətlərin Naxçıvanda təhsilin inkişafı və təhsilalanların yüksək potensialının göstəricisi olduğunu vurğulayan Elxan Nəcəfov şagirdlərə gələcək təhsil həyatlarında yeni uğurlar, qarşıya qoyduqları məqsədlərə nail olmalarını arzulayıb.

🔗 Nazir bildirib ki, yüksək nəticə göstərən şagird və məzunların uğurları digər təhsilalanlar üçün də mühüm nümunədir. Onların qazandıqları nailiyyətlərin bundan sonra da davamlı olması, bilik və bacarıqlarını ölkəmizin inkişafına yönəltmələri arzuolunandır.
Görüş zamanı şagird və məzunların təhsil və gələcək karyera planları dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

❗️Sonda qalib şagird və məzunlara Kaital Bankın, “Sirab” ASC-nin hədiyyələri təqdim olunub, xatirə fotosu çəkdirilib.

ℹ️ bp Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni istehsalat emalatxanala...
21/08/2026

ℹ️ bp Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni istehsalat emalatxanaları yaradılıb

📢 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında 10 aprel 2026-cı il tarixində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində iki yeni “Elektronika və kommunikasiya sistemlərinin istismarı” və “Avtoservis” emalatxanaları yaradılıb.

✅ ️Emalatxanalar müasir avadanlıqlarla təchiz edilərək tələbələrin nəzəri biliklərini praktiki bacarıqlara çevirməsi üçün əlverişli tədris mühiti ilə təmin olunub.

🔷 ️Emalatxanalarda müəllimlər üçün iş masaları, yanacaq sistemi, hidravlik və mexaniki sükanlar, elektromaqnit, birbaşa cərəyan mühərriki və birfazalı transformator modelləri, elektrik quraşdırma təlim dəstləri, elektrik quraşdırmasına nəzarət-test cihazları, iş dəzgahları, günəş və külək enerjisi, dövrə analizi üzrə təlim dəstləri və digər müasir avadanlıqlar quraşdırılıb.

✔️ 2026–2027-ci tədris ilinin qəbul planında nəzərdə tutulan müvafiq ixtisaslar üzrə təhsil alacaq 100-dən çox tələbənin təcrübə dərslərində yeni emalatxanaların imkanlarından istifadə etməsi nəzərdə tutulur. Müasir avadanlıqlarla təchiz edilmiş emalatxanalar tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına, əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığının gücləndirilməsinə və onların gələcək məşğulluq imkanlarının
genişləndirilməsinə mühüm töhfə verəcək.

🔗 Qeyd edək ki, həmçinin əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində də yeni laboratoriyalar yaradılıb.Sazişə əsasən muxtar respublikanın ümumtəhsil müəssisələrində çalışan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlb olunması, eləcə də riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilir.

ℹ️ Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üz...
17/08/2026

ℹ️ Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə rayon, şəhər Təhsil Şöbələrinə, Naxçıvan "ASAN xidmət" mərkəzinə müraciət edə bilərlər.


Address

Şahbuzkənd Kəndi
Sahbuz

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+994365430610

Website

Alerts

Be the first to know and let us send you an email when M.S. Xəlilov adına Şahbuzkənd kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category