04/09/2026
Şahbuzda “İnsan alveri: Ümumbəşəri bəla” mövzusunda maarifləndirici tədbir keçirilib
4 sentyabr 2026 -cı il tarixdə Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının inzibati binasında “İnsan alveri: Ümumbəşəri bəla” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Sevindik Abdullayev çıxış edib.
Çıxışlar zamanı insan alverinin mahiyyəti, onun cəmiyyət və xüsusilə də uşaqlar üçün yaratdığı təhlükələr, insan alverinin qarşısının alınması istiqamətində görülən tədbirlər və hüquqi maarifləndirmənin əhəmiyyəti barədə məlumat verilib.
Tədbirdə həmçinin Şahbuz Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Ülvi Əliyev və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Hüseynli çıxış ediblər.
Çıxışlarda insan alverinə qarşı mübarizədə maarifləndirmənin, hüquqi biliklərin artırılmasının və xüsusilə uşaqların və gənclərin bu istiqamətdə məlumatlandırılmasının vacibliyi vurğulanıb. Tədbir iştirakçıların diqqətinə insan alverinin ümumbəşəri problem kimi yaratdığı fəsadların çatdırılması baxımından əhəmiyyətli olub.