Şirvan-Salyan Regional Təhsil İdarəsi

Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi
(1)

05/09/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

📌 Müsahibə mərhələsində uğur qazanan namizədlər *10 sentyabr saat 18:00-dək* zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
• əmək kitabçasının əsli (olduğu təqdirdə);
• 4 ədəd 3x4 formatında fotoşəkil;
• sağlamlıq haqqında arayış;
• kadrlar uçotunun şəxsi vərəqəsi;
• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

❗️ Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

📍 Çıxarışını təsdiq etdirməyən, eləcə də müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 7 sentyabr saat 11:00-dan 8 sentyabr saat 11:00-dək şəxsi səhifələri vasitəsilə apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətləri yalnız elektron formada qəbul ediləcək.

📌 Müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulur. Bununla əlaqədar namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanını müvafiq xanaya qeyd etməli və iştiraklarını təsdiqləməlidirlər. Elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

🤝 Müsabiqənin müsahibə mərhələsində uğur qazanan namizədləri təbrik edir, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!

Şagirdlərin yüksək nailiyyətləri və müəllimlərin əməyi təqdir edildiSentyabrın 4-də Şirvan şəhərində Şirvan-Salyan Regio...
05/09/2026

Şagirdlərin yüksək nailiyyətləri və müəllimlərin əməyi təqdir edildi

Sentyabrın 4-də Şirvan şəhərində Şirvan-Salyan Regional Təhsil İdarəsinin (RTİ) tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan və 2025/2026-cı tədris ilində müxtəlif yarış və müsabiqələrdə uğur qazanan şagirdlərin və onların müəllimlərinin təltif olunmasına həsr edilmiş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şirvan-Salyan RTİ-nin müdir müavini Rəvan Baxışov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, məktəb direktorları, qabaqcıl müəllimlər və təhsildə yüksək nailiyyətləri ilə seçilən şagirdlər iştirak ediblər.

Çıxışlarda ötən tədris ilində şagirdlərin müxtəlif istiqamətlər üzrə qazandıqları uğurlardan, onların yüksək nəticələr əldə etməsində müəllimlərin və valideynlərin mühüm rolundan bəhs olunub. Təhsil işçiləri və şagirdlər təbrik edilərək, yeni tədris ilində onlara uğurlar, yeni nailiyyətlər və yüksək nəticələr arzulanıb.

Tədbirin sonunda 2025/2026-cı tədris ilində ayrı-ayrı istiqamətlər üzrə yüksək nailiyyətlər əldə etmiş şagirdlərə və onların uğurlarında əməyi olan müəllimlərə Elm və Təhsil Nazirliyinin və Şirvan-Salyan RTİ-nin müxtəlif nominasiyalar üzrə diplomları, fəxri fərmanları və hədiyyələri təqdim olunub. Sonda xatirə şəkilləri çəkdirilib.

Şirvan-Salyan Regional Təhsil İdarəsində Sentyabr konfransının yekunlarına dair müşavirə keçirilibŞirvan-Salyan Regional...
04/09/2026

Şirvan-Salyan Regional Təhsil İdarəsində Sentyabr konfransının yekunlarına dair müşavirə keçirilib
Şirvan-Salyan Regional Təhsil İdarəsində Sentyabr konfransı çərçivəsində keçirilən panel müzakirələrin nəticələri müzakirə olunub.
Yekun müşavirədə Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, müdir müavini Rəvan Baxışov, struktur bölmə rəhbərləri iştirak ediblər.
Görüşdə təhsil müəssisələrinin rəhbərləri və müəllimlərlə aparılan müzakirələr zamanı səsləndirilən fikir, təklif və problemlər nəzərdən keçirilib. Təhsil müəssisələrinin fəaliyyətində qarşıya çıxan çətinliklər, müəllimlərin gözləntiləri və əlavə dəstəyə ehtiyac duyulan istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə təlim nəticələri aşağı olan şagirdlərlə iş zamanı valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi, məktəblərdə daha əlverişli və dəstəkləyici mühitin yaradılması, müəllimlər arasında qarşılıqlı dərsdinləmələrin təşkili və qabaqcıl təcrübələrin paylaşılması ilə bağlı təkliflər irəli sürülüb.
Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən fəaliyyətlərin artırılması, təhsil müəssisələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi, məktəbdənkənar tədbirlərin daha səmərəli təşkili və bu istiqamətdə işlərin təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.
Müşavirənin sonunda səsləndirilən təkliflər ümumiləşdirilərək qarşıdakı tədris ili üçün əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Tədrisin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin yaxşılaşdırılması və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Beləliklə, Şirvan-Salyan Regional Təhsil İdarəsində Sentyabr konfransı çərçivəsində müzakirələr yekunlaşıb.

04/09/2026
04/09/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib

🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib.

📌 Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər
10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər:
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
• əmək kitabçasının əsli (olduğu təqdirdə);
• 3x4 formatında 4 ədəd fotoşəkil;
• sağlamlıq haqqında arayış;
• kadrlar uçotunun şəxsi vərəqəsi;
• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

❗️ Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

🤝 Vakansiya seçimində uğur qazanan bütün namizədləri təbrik edir, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!

04/09/2026

📢 Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb.

📌 2026–2027-ci tədris ili üzrə 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi seçilib.

Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23286-1

04/09/2026

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır. Belə ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq.

Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

02/09/2026

📸 “FotoBax” milli fotomüsabiqəsi davam edir!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilən “FotoBax” milli fotomüsabiqəsinə müraciətlər davam edir.

✅ Müsabiqənin əsas məqsədi uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, onların ölkəmizin təbiətinə olan marağını və sevgisini gücləndirmək, həmçinin fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır.

⏰ Müsabiqədə iştirak etmək üçün çəkdiyiniz 20-yə qədər fotoşəkli 21 sentyabr tarixinədək www.fotobax.az saytı üzərindən təqdim edə bilərsiniz.

📌 Müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.

02/09/2026

📢 3 sentyabr saat 18:00-da 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatacaq.

ℹ️ Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

🔹 Alternativ qeydiyyat mərkəzlərinə;
🔹 Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə;
🔹 ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

📌 Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Address

Salyan ş. Ə. Hüseynov 2a
Salyan
AZ5200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994105250925

Alerts

Be the first to know and let us send you an email when Şirvan-Salyan Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share