Saatlı Gənclər evi

Saatlı Gənclər evi "Saatlı Gənclər evi" sosial xidmət müəssisəsi

07/09/2026

4 sentyabrda “Təmiz Hava, Sağlam Həyat” təlimində gənclərlə birlikdə ekoloji vərdişlərdən danışdıq, interaktiv tapşırıqlarda iştirak etdik və təbiət üçün atacağımız kiçik addımları birlikdə kəşf etdik. ♻️✨

Gənclər evi ideyaların, dostluqların və yeni təcrübələrin ünvanıdır. Burada sadəcə tədbirlərdə iştirak etmirsən, komanda...
06/09/2026

Gənclər evi ideyaların, dostluqların və yeni təcrübələrin ünvanıdır. Burada sadəcə tədbirlərdə iştirak etmirsən, komanda qurur, yeni bacarıqlar öyrənir, ideyalarını reallaşdırır və özünə yeni imkanlar yaradırsan. 😌

Əgər sən də aktiv olmağı, yeni insanlarla tanış olmağı və faydalı işlərin bir parçasına çevrilməyi istəyirsənsə, Saatlı Gənclər evində könüllü komandamıza qoşul! 🤝

Gənclər Evi səni gözləyir. Bəlkə də növbəti böyük ideya sənin ideyandır! 😊

4 sentyabrda “Təmiz Hava, Sağlam Həyat” adlı təlim keçirdik. 💚Təlimdə təmiz havanın sağlamlığımız üçün əhəmiyyəti, ətraf...
06/09/2026

4 sentyabrda “Təmiz Hava, Sağlam Həyat” adlı təlim keçirdik. 💚

Təlimdə təmiz havanın sağlamlığımız üçün əhəmiyyəti, ətraf mühitə necə daha məsuliyyətli yanaşa biləcəyimiz, tullantıların düzgün idarə olunması və gündəlik həyatda tətbiq edə biləcəyimiz ekoloji vərdişlərdən danışdıq.

Ən maraqlı hissə isə gənclərin qrup işləri və interaktiv tapşırıqlarda fəal iştirakı oldu. Birlikdə düşündük, fikirlərimizi bölüşdük və təmiz hava üçün hər birimizin edə biləcəyi kiçik addımları müzakirə etdik.

05/09/2026

3 sentyabr tarixində Saatlı Gənclər evində gənclərin süni intellektdən istifadə edərək yaradıcılıq bacarıqlarını inkişaf etdirməsinə və yeni ideyalarını vizual kontentə çevirməsinə həsr olunmuş “AI ilə Yaradıcılıq” adlı kontent yaratma yarışı keçirilib. ✅

İştirakçılar süni intellektin imkanlarından yararlanaraq öz ideyalarını fərqli və maraqlı şəkillərə çevirdilər. ✨

Bəs sən süni intellektlə nə yaratmaq istərdin? 👀👇

05/09/2026

"Gələcəyə Doğru: Peşə Seçimi” təlimindən maraqlı anlar 🎥

Gənclər düşündü, öyrəndi, müzakirə etdi və gələcəyin peşələrini birlikdə kəşf etdilər! 👍

Sən gələcəkdə hansı peşəni seçərdin? 👇

Tolerantlıq nədir? 🤔➡️ Tolerantlıq — insanların fərqli düşüncələrinə, baxışlarına, mədəniyyətlərinə və həyat tərzlərinə ...
05/09/2026

Tolerantlıq nədir? 🤔

➡️ Tolerantlıq — insanların fərqli düşüncələrinə, baxışlarına, mədəniyyətlərinə və həyat tərzlərinə hörmətlə yanaşmaqdır.

Hər bir insan fərqlidir. Bu fərqliliklər bizi bir-birimizdən uzaqlaşdırmaq əvəzinə, bir-birimizi daha yaxşı tanımağa və öyrənməyə kömək edə bilər. 🌍

Gənclər üçün tolerant olmaq:⤵️
🔹 Qarşındakı insanı dinləməyi bacarmaq;
🔹 Fərqli fikirlərə hörmət etmək;
🔹 Heç kimi görünüşünə və fərqliliyinə görə kənarlaşdırmamaq;
🔹 Mübahisə zamanı hörmətli ünsiyyəti qorumaq;
🔹 Ayrı-seçkiliyə və bullinqə qarşı mövqe göstərməkdir.

Unutmayaq, fərqli olmaq ayrılıq deyil, zənginlikdir. Tolerantlıqla daha güclüyük! 🤗

Gələcəkdə hansı peşəni seçəcəyəm? Hansı sahə mənə daha uyğundur? 🤔Bu suallara cavab tapmaq və peşə seçimi ilə bağlı yeni...
04/09/2026

Gələcəkdə hansı peşəni seçəcəyəm? Hansı sahə mənə daha uyğundur? 🤔

Bu suallara cavab tapmaq və peşə seçimi ilə bağlı yeni biliklər əldə etmək üçün 2 sentyabrda Saatlı Gənclər evində “Gələcəyə Doğru: Peşə Seçimi” adlı təlim keçirildi. ✅

Training of Trainers təlimçisi, AFE King Group MMC-nin Mil-Muğan regional filialının rəhbəri Vüsalə Səməndərovanın təlimçiliyi ilə keçirilən təlimdə gənclər peşə seçimi, gələcəyin peşələri, əmək bazarında aktual istiqamətlər, maraq və bacarıqların peşə seçimində rolu barədə məlumat əldə etdilər.

📌Təlimin sonunda “Gələcəyin peşələri” adlı qrup işi keçirildi. Qrup işində iştirakçılar gələcəkdə daha çox tələbat olacaq peşələri müəyyənləşdirərək öz fikirlərini təqdim etdilər.

Sonda isə təlimdə fəal iştirak edən gənclər təlimçi tərəfindən sertifikatlarla təltif olundular.

Sülh insanların təhlükəsiz, azad və qarşılıqlı hörmət şəraitində yaşaması üçün ən vacib dəyərlərdən biridir. Bu dəyərin ...
02/09/2026

Sülh insanların təhlükəsiz, azad və qarşılıqlı hörmət şəraitində yaşaması üçün ən vacib dəyərlərdən biridir. Bu dəyərin bütün dünyada təbliği məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilib. Daha sonra, 28 sentyabr 2001-ci il tarixli qətnamə ilə 21 sentyabr hər il Beynəlxalq Sülh Günü kimi müəyyən olunub.

Beynəlxalq Sülh Günü insanları sülhün qorunmasına, zorakılıqdan uzaq olmağa, qarşılıqlı anlayış və əməkdaşlığı gücləndirməyə çağırır. Beynəlxalq Sülh Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müraciəti ilə 21 avqust – 21 sentyabr tarixləri ölkəmizdə “Sülh Aylığı” elan edilib. Bu müddət ərzində sülh, insan hüquqları, tolerantlıq, qarşılıqlı hörmət və dinc birgəyaşayış dəyərlərinin təbliği məqsədilə müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sülh yalnız müharibə və zorakılığın olmaması demək deyil. İnsan hüquqlarına hörmət, bərabərlik, ədalət, qarşılıqlı etimad, dialoq və anlayış da davamlı sülhün əsas şərtlərindəndir. Xüsusilə gənclərin sülh mədəniyyətinin formalaşdırılmasında mühüm rolu var. Hər bir gənc gündəlik həyatında fərqli fikirlərə və insanlara hörmətlə yanaşmaqla, tolerantlığı və qarşılıqlı anlayışı təşviq etməklə daha sağlam və dinc cəmiyyətin qurulmasına öz töhfəsini verə bilər.

Gəlin sülhü, birliyi və qarşılıqlı hörməti həyatımızın vacib dəyərinə çevirək. Çünki sülh hər birimizin davranışından və münasibətindən başlayır! 🕊️

02/09/2026

🏆 Aktiv könüllülərimizlə bilik yarışından maraqlı anlar!

Psixoloji sağlamlıq da fiziki sağlamlıq qədər vacibdir!Gündəlik həyatda dərs, iş, ailə və digər amillər bəzən stress və ...
02/09/2026

Psixoloji sağlamlıq da fiziki sağlamlıq qədər vacibdir!

Gündəlik həyatda dərs, iş, ailə və digər amillər bəzən stress və gərginlik yarada bilər. Belə hallarda öz emosiyalarımızı tanımaq, dincəlmək və stressi düzgün idarə etməyi öyrənmək vacibdir.

Stresslə mübarizə aparmaq üçün:⤵️
🌿 Özünüzə istirahət üçün vaxt ayırın.
💬 Hisslərinizi güvəndiyiniz insanlarla paylaşın.
🚶 Fiziki fəaliyyətə və gəzintiyə vaxt ayırın.
😴 Yuxu rejiminizə diqqət yetirin.
🎯 Problemləri tələsmədən və mərhələli şəkildə həll etməyə çalışın.

Unutmayaq ki, özümüzə qayğı göstərmək zəiflik deyil, sağlam və balanslı həyatın vacib hissəsidir.

Address

H. B. Zərdabi 71A
Saotly
AZ4900

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994212853738

Website

Alerts

Be the first to know and let us send you an email when Saatlı Gənclər evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saatlı Gənclər evi:

Shortcuts

Share