Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

👪“Ailə Könüllüləri” layihəsinə Siz də qoşulun!💠“Ailə Könüllüləri” layihəsi ailələri könüllülük fəaliyyəti ətrafında bir ...
01/09/2026

👪“Ailə Könüllüləri” layihəsinə Siz də qoşulun!

💠“Ailə Könüllüləri” layihəsi ailələri könüllülük fəaliyyəti ətrafında bir araya gətirərək həmrəyliyin və ailə dəyərlərinin gücləndirilməsinə, sosial məsuliyyətin artırılmasına və cəmiyyətimiz üçün daha işıqlı gələcəyin qurulmasına töhfə verir.

ℹ Layihəyə qoşulan ailələr:

· sosial və ictimai əhəmiyyətli təşəbbüslərdə, könüllülük fəaliyyətlərində iştirak edirlər

· ailə dəyərlərinin, sağlam və fəal həyat tərzinin təbliğinə töhfə verirlər;

· həssas vəziyyətdə olan ailələrə sevgi, diqqət, qayğı və dəstək göstərirlər;

· cəmiyyət üçün faydalı sosial layihə və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edirlər.

Siz də ailənizlə birlikdə bu gözəl təşəbbüsün bir parçası olun!

🔗 Qeydiyyat linki:
https://drive.google.com/drive/folders/1z28YAOe0fyiu2q0z8z1D2FM-sFaslN9h?usp=sharing

📞 Telefon: (012) 493 79 62

✅ Ətraflı:
🖇https://family.gov.az/az/news/aile-konulluleri-layihesine-siz-de-qosulun

01/09/2026

📱Uşaqlar texnologiyadan öyrənə, onunla inkişaf edə və əylənə bilərlər. Bunun üçün əsas şərt düzgün seçim və valideyn nəzarətidir.

✅Yaşa uyğun məzmun seçin.
✅Ekran vaxtını idarə edin.
✅Rəqəmsal dünyada uşaqlarınıza bələdçi olun.

ℹValideyn nəzarəti qadağa deyil - qayğıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşki...
28/08/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 26 avqust 2026-cı il tarixində valideyn və övlad münasibətlərində yaranan çətinliklərlə bağlı psixoloji və pedaqoji məsləhətləşmə keçirilib.

Psixoloji və pedaqoji məsləhətləşmənin məqsədi valideynlərin uşaqların ehtiyaclarını və davranışlarını daha düzgün anlamalarına, onlarla sağlam ünsiyyət qurmasına, yaş və fərdi xüsusiyyətlərinə uyğun tərbiyə üsullarından istifadə etməsinə və ailə daxilində sağlam münasibətlərin formalaşdırılmasına dəstək olmaqdır.

Məsləhətləşmə zamanı Mərkəzin sosial pedaqoqu Fatimə Bəşirova, psixoloqlar Sevinc Həmidova və Aytac Əlizadə tərəfindən valideyn-uşaq münasibətləri, düzgün ünsiyyət, uşaqların emosiyalarına yanaşma, yaşa uyğun tərbiyə və pozitiv intizam barədə məlumat verilib.

Daha sonra valideynlərin qarşılaşdıqları problemlər dinlənilib, psixoloqlar və sosial pedaqoq tərəfindən həmin məsələlərlə bağlı qarşılıqlı məsləhətləşmə aparılıb, valideynlərin sualları cavablandırılıb və müvafiq tövsiyələr verilib.

Sonda valideynlərə “Ailədə uşaqlara psixosoial dəstəyin göstərilməsi” adlı buklet paylanıb.




📌26 avqust – Laçın Şəhəri GünüdürŞanlı Azərbaycan ordusu  2022-ci il avqustun 26-da daha bir qürurverici hadisəni zəfər ...
26/08/2026

📌26 avqust – Laçın Şəhəri Günüdür

Şanlı Azərbaycan ordusu 2022-ci il avqustun 26-da daha bir qürurverici hadisəni zəfər tariximizə yazdı. Həmin gün Azərbaycan Ordusu Laçın şəhərinə daxil olaraq Zabux və Sus kəndlərini nəzarətə götürdü. Bununla da mühüm strateji əhəmiyyət daşıyan Laçının işğaldan azad olunması tam təmin edildi.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur.

📌26 avqust — Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban...
26/08/2026

📌26 avqust — Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Mehriban xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə çoxşaxəli fəaliyyətində yeni uğurlar və müvəffəqiyyətlər, möhkəm cansağlığı, xoşbəxtlik arzulayırıq.

Hörmətli valideynlər! İmtahan həyəcanı geridə qaldı, ali təhsil müəssisələrinə qəbul olan bütün övladlarımızı ürəkdən tə...
25/08/2026

Hörmətli valideynlər! İmtahan həyəcanı geridə qaldı, ali təhsil müəssisələrinə qəbul olan bütün övladlarımızı ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq. Bu nəticəni əldə edə bilməyənlər isə əsla ruhdan düşməsinlər, həyatda uğura aparan yollar çoxdur və bir imtahan insanın gələcəyini müəyyən etmir.
Əziz valideynlər, bu günlərdə ən böyük ehtiyac övladlarınızın məzəmmətə deyil, sevginizə, anlayışınıza və dəstəyinizədir. Onları başqaları ilə müqayisə etməyin, nəticədən asılı olmayaraq dəyərli olduqlarını hiss etdirin. Unutmayaq ki, uşaqlarımızın ən böyük gücü onların arxasında dayanan, onlara inanan və hər zaman qayğı göstərən ailələridir. Onlara sevgi ilə yanaşın, çünki bəzən bir xoş söz və səmimi qucaqlaşma ən böyük uğurun başlanğıcı ola bilər. Ailəmiz – ən güclü dəyərimiz!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşki...
24/08/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 19-21 avqust 2026-cı il tarixlərində sosial baxımdan həssas əhali qrupuna aid olan qadınların iştirakı ilə manikür üzrə 3 günlük təlim təşkil olunub.

Təlimin təşkilində əsas məqsəd sosial baxımdan həssas əhali qrupuna aid olan qadınların peşə bacarıqlarının artırılması, əmək bazarına inteqrasiyasının dəstəklənməsi və ictimai fəallıqlarının gücləndirilməsidir.

Təlimçi Nuranə Mirzəyeva tərəfindən aparılan təlim proqramı çərçivəsində iştirakçılar nəzəri biliklərə və praktik vərdişlərə yiyələniblər.

Yekunda təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.



Address

Saotly

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994212852806

Alerts

Be the first to know and let us send you an email when Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi:

Shortcuts

Share

Category